ABŞ Ukraynaya 3 milyard dollarlıq əlavə hərbi yardım göstərəcək
Tarix: 23-08-2022 23:57 | Bölmə: Dünya
ABŞ Ukraynaya 3 milyard dollarlıq əlavə hərbi yardım göstərəcək

ABŞ Ukraynaya 3 milyard dollarlıq hərbi yardım paketi elan edəcək.

"Associated Press" xəbər verir ki, paket avqustun 24-ü Ukraynanın Müstəqillik Günündə elan ediləcək/Report.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Cozef Baydenin administrasiyası dövründə Ukraynaya ayrılan hərbi yardımın ümumi məbləğinin 10 milyard dolları ötdüyünü bildirib.

Birləşmiş Ştatlar, həmçinin Kiyevə 1 500 tank əleyhinə “Tou” raketi, HARM antiradar raketi və 1 000 ədəd “Javelin” tank əleyhinə raket kompleksi verəcək. Qeyd olunur ki, yardım Baydenin fərmanı əsasında həyata keçiriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}