MN: "Rusiyanın indiyədək 45700 hərbçisi öldürülüb"
Tarix: 24-08-2022 10:30 | Bölmə: Dünya
MN: "Rusiyanın indiyədək 45700 hərbçisi öldürülüb"

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Reyting.az
 xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 45700 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 1924 tankı, 4243 zirehli döyüş maşını, 1036 artilleriya sistemi, 266  RYAS-i (reaktiv yaylım atəş sistemi), 147 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 199 helikopteri, 3160 nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 819 dronu, 196 qanadlı raket və 99  xüsusi texnikası məhv edilib".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}