10:09 / 14-05-2024
XİN İsraili təbrik edib
Rusiya Ukraynanın daha 8 döyüş təyyarəsini vurub
Tarix: 25-08-2022 14:22 | Bölmə: Dünya
Rusiya Ukraynanın daha 8 döyüş təyyarəsini vurub

Rusiya Hava Kosmik Qüvvələri Ukraynanın Poltava vilayətinin Mirqorod aerodromuna zərbə endirib.


Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, nəticədə aerodromda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 5 döyüş təyyarəsi məhv edilib.

"Dnepr hərbi aerodromuna yüksək dəqiqliklə endirilən zərbə nəticəsində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus daha 3 təyyarə məhv edilib. Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən gün ərzində Ukraynaya məxsus beş pilotsuz uçuş aparatını və on doqquz HIMARS reaktiv yaylım atəşi sisteminin mərmisini vurub", -deyə Rusiya MN-dən bildirilib.

O da qeyd olunub ki, ötən sutka ərzində Dnepropetrovsk vilayətində “İskəndər” raketinin hərbi eşalana birbaşa zərbəsi nəticəsində Donbasa gedən Ukrayna Silahlı Qüvvələrinin 200-dən çox ehtiyatda olan hərbçisi öldürülüb: Rusiya Hava Kosmik Qüvvələri Nikolayev vilayətində Ukrayna qoşunlarının Kaxovka qrupunun komanda məntəqəsini və 60-dan çox millətçini məhv edib.

Bundan əlavə, Rusiya Silahlı Qüvvələri Xmelnitski vilayətində zirehli silahların və cümlədən xarici silahların təmiri müəssisəsinin emalatxanalarını dağıdıb. Rusiya Silahlı Qüvvələri Zaporojyedəki “İskra” zavodunun radarlarını təmir etdikləri istehsalat sexlərinə, həmçinin “Miqremont” təyyarə təmiri zavodunun binalarına zərbələr endirib"/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}