Ərdoğan: "Bizim kimsənin torpağında gözümüz yoxdur"
Tarix: 25-08-2022 16:37 | Bölmə: Dünya
Ərdoğan: "Bizim kimsənin torpağında gözümüz yoxdur"

"Suriya və İraqla sərhədlərimizin 30 kilometr dərinliyində təhlükəsiz dəhlizi təmin edənə qədər terrorla mübarizəmiz davam edəcək".

Reyting.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 951-ci il zəfəri münasibətilə çıxışında deyib.

O bildirib ki, Türkiyənin təhlükəsizliyi üçün əməliyyatlar sürəcək: "Bizim kimsənin torpağında gözümüz yoxdur. Biz sadəcə öz təhlükəsizliyimiz üçün çalışırıq. Kimsənin Türkiyənin bu ədalətli mübarizəsini tənqid etməyə haqqı yoxdur".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}