MN: "Rusiyanın indiyədək 46250 hərbçisi öldürülüb"
Tarix: 26-08-2022 11:32 | Bölmə: Dünya
MN: "Rusiyanın indiyədək 46250 hərbçisi öldürülüb"

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Reyting.az 
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 46250 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 1936 tankı, 4251 zirehli döyüş maşını, 1040 artilleriya sistemi, 272 RYAS-i (reaktiv yaylım atəş sistemi), 148 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 202 helikopteri, 3162 nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 834 dronu, 196 qanadlı raket və 99  xüsusi texnikası məhv edilib".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}