Britaniya Ukraynaya sualtı dronlar verəcək
Tarix: 28-08-2022 07:33 | Bölmə: Dünya
Britaniya Ukraynaya sualtı dronlar verəcək

Böyük Britaniya Qara dənizdəki naviqasiya yollarının minadan təmizlənməsi üçün Ukraynaya sualtı dronlar verəcək.

Reyting.az
xəbər verir ki, bu məlumatı “Anadolu” Agentliyi Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadla yayıb.

Ukraynaya ümumilikdə 5 belə pilotsuz aparat veriləcək. Onlardan 3-ü Britaniya ordusunun arsenalından götürüləcək, digərləri isə istehsalçı şirkətdən alınacaq. Bu aparatlar 100 metrədək dərinlikdə minaları aşkar edə bilir. Cihazları işlədə bilmək üçün Ukrayna hərbçilərinə xüsusi kurs da keçəcəklər.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}