MN: "Rusiyanın indiyədək 47100 hərbçisi öldürülüb"
Tarix: 29-08-2022 10:50 | Bölmə: Dünya
MN: "Rusiyanın indiyədək 47100 hərbçisi öldürülüb"

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 47100 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 1947 tankı, 4269 zirehli döyüş maşını, 1060 artilleriya sistemi, 279 RYAS-i (reaktiv yaylım atəş sistemi), 149 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 203 helikopteri, 3188 nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 844 dronu, 196 qanadlı raket və 101  xüsusi texnikası məhv edilib".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}