21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Şolts: "Ukrayna, Gürcüstan və Moldova gələcəkdə Aİ-yə üzv olmalıdır"
Tarix: 29-08-2022 15:25 | Bölmə: Dünya
Şolts: "Ukrayna, Gürcüstan və Moldova gələcəkdə Aİ-yə üzv olmalıdır"

Almaniya kansleri Olaf Şolts ölkəsinin Avropa İttifaqının genişlənməsinə sadiq olduğunu, Qərbi Balkan ölkələri, Ukrayna, Moldova və Gürcüstanın da bu bloka qoşulmalı olduğunu deyib.

DW xəbər verir ki, kansler Şolts bu barədə Praqada Çarlz Universitetində çıxışında bildirib.

O deyib ki, Aİ üzv dövlətlərin dəyərlərini paylaşan bütün Avropa xalqları üçün açıqdır və o imperializm və avtokratiyanı rədd edir.

"Biz qadınların, kişilərin və uşaqların öldürülməsinə və ya azad ölkələrin xəritədən silinməsinə, divarlar və ya dəmir pərdələr arxasında yoxa çıxmasına səssizcə baxmayacağıq. Onların müharibələri ilə 19-cu və ya 20-ci əsrə qayıtmaq istəmirik, işğal və totalitar sistemlərə qarşıyıq", Şolts vurğulayıb.

"Biz həmrəy Avropamızın nüfuzunu daha da gücləndirməliyik... Avropa bizim gələcəyimizdir və bu gələcək bizim əlimizdədir."
Almaniya kansleri genişlənmənin İttifaqda siyasi maraqlar, iqtisadi nüfuz və sosial təminat sistemləri baxımından üzv dövlətlər arasında fikir ayrılıqlarını artıracağını əlavə edib.

"Bu gün yekdilliyin tələb olunduğu yerdə, ayrı-ayrı ölkənin vetodan istifadə etməsi və digərlərinin irəliyə doğru getməsinə mane olması riski hər bir əlavə üzv dövlətlə artır", Şolts qeyd edib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər