21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Ukrayna müharibəsində 7 mindən çox dinc sakin öldürülüb
Tarix: 03-09-2022 09:45 | Bölmə: Dünya
Ukrayna müharibəsində 7 mindən çox dinc sakin öldürülüb

Ukraynada müharibə zamanı həlak olan və yaralanan dinc sakinlərin sayı açıqlanıb.

Daxili işlər nazirinin müavini Yevgeni Yenin telemarafonun efirində deyib ki, döyüş əməliyyatları başlayandan indiyədək 7 mindən çox dinc sakin atışma nəticəsində həlak olub, 5500 nəfər isə yaralanıb.

Onun sözlərinə görə, müharibə başlayandan indiyədək polis 22 min mərmi qeydə alıb:

“24 mindən çox mülki obyekt atəşə məruz qalıb. Bütün bunlar dinc sakinlərin həyatına son qoyur. Artıq bu müharibə zamanı həlak olan mülki əhalinin sayı 7 min nəfərə çatıb, daha 5500 mülki şəxs yaralanıb”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər