"Rusiyanın indiyədək 53850 hərbçisi öldürülüb"
Tarix: 15-09-2022 10:01 | Bölmə: Dünya
"Rusiyanın indiyədək 53850 hərbçisi öldürülüb"

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Reyting.az
 xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 53850 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 2193 tankı, 4682 zirehli döyüş maşını, 1295 artilleriya sistemi, 311 reaktiv yaylım atəş sistemi, 167 hava hücumundan müdafiə sistemi, 250 təyyarə, 215 helikopteri, 3522 nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 908 dronu, 233 qanadlı raket və 120 xüsusi texnikası məhv edilib".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}