21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin yekununda Bəyannamə qəbul ediləcək
Tarix: 15-09-2022 13:42 | Bölmə: Dünya
Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin yekununda Bəyannamə qəbul ediləcək

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin yekunlarına əsasən Səmərqənd Bəyannaməsi qəbul ediləcək.

Bunu ŞƏT-in Baş katibi Çjan Min sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək sammit ərəfəsində verdiyi müsahibə zamanı deyib.

“Səmərqənd Bəyannaməsi ŞƏT-in beynəlxalq siyasət, iqtisadiyyat və bir sıra digər aspektlər üzrə mövqeyinə dair əhatəli siyasi bəyannaməyə çevriləcək”, - o bildirib.

Ç.Minin sözlərinə görə, builki sammitdə təşkilatın 2023-2027-ci illər üçün planı, “Bir kəmər, bir yol” layihəsi də müzakirə olunacaq/Report.

Son üç ildə ilk dəfə əyani formatda keçiriləcək sammitdə ŞƏT-ə üzv dövlətlərin, üç müşahidəçi dövlət - Belarus, İran və Monqolustanın, həmçinin dəvət olunmuş üç dövlət Azərbaycan, Türkmənistan və Türkiyənin liderləri iştirak edəcək.

Tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilsə də, dünən onun səfərinin ləğv edildiyi məlum olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər