Ərdoğan Özbəkistana gedib
Tarix: 15-09-2022 16:12 | Bölmə: Dünya
Ərdoğan Özbəkistana gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanda səfərdədir.

Reyting.az
“TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə liderinin rəsmi qarşılanma mərasimi keçirilib.

Ərdoğan Özbəkistanın Səmərqənd şəhərində 2 gün davam edəcək Şanxay Əməkdaşlıq (ŞƏT)Təşkilatının növbəti sammitində iştirak edəcək.

Qeyd edək ki, sammit çərçivəsində Türkiyə dövlət başçısının bir sıra liderlər, o cümlədən rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}