Rusiya və Çin liderləri Özbəkistanda müzakirə aparıblar
Tarix: 15-09-2022 17:06 | Bölmə: Dünya
Rusiya və Çin liderləri Özbəkistanda müzakirə aparıblar

Rusiya prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında görüş olub.

Rusiya mətbuatı xəbər verir ki, tərəflər Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində bir araya gəliblər.

Tərəflər Ukraynadakı savaş barədə danışıblar.

Bundan başqa, Putin ABŞ-ın Tayvandakı təxribatlarını pislədiyini söyləyib: “Birqütblü dünya yaratmaq cəhdləri son vaxtlar tamamilə çirkin xarakter alıb. Bu, əksər dövlətlər üçün tamamilə qəbuledilməzdir”.

Bundan başqa, liderlər ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparıblar./Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}