Paşinyan Putin və Makronla danışıb
Tarix: 16-09-2022 11:10 | Bölmə: Dünya
Paşinyan Putin və Makronla danışıb

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildiriblər.

Ermənistanın KTMT-yə müraciəti ilə bağlı qəbul edilən qərarların reallaşmasının müzakirə olunduğu bildirilir.

Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla da telefonla danışıb.

Telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədindəki son hadisələr müzakirə olunub.

Makron sülh danışıqları çərçivəsində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Tərəflər Ermənistanın BMT-yə müraciətini də müzakirə ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}