KTMT Tacikistan və Qırğızıstanı dialoqa başlamağa çağırıb
Tarix: 19-09-2022 12:56 | Bölmə: Dünya
KTMT Tacikistan və Qırğızıstanı dialoqa başlamağa çağırıb

KTMT qurumun üzvü olan Tacikistan və Qırğızıstanı dialoqa başlamağa çağırıb.

Bu barədə təşkilatın saytında bildirilib.

KTMT-nin Tacikistan-Qırğızıstan sərhədindəki durumla bağlı yaydığı bəyanatda hər iki ölkənin xalqlarına başsağlığı verilib:

"Bişkek və Düşənbə arasında konstruktiv dialoq təkcə həmin ölkələrin özləri üçün deyil, həm də təşkilat üçün vacibdir. KTMT gərginliyin azaldılmasına töhfə verməyə hazırdır. Biz mübahisəli məsələlərin həlli üçün güc tətbiq etmək cəhdlərini qəbuledilməz hesab edirik. Əminik ki, siyasi və diplomatik yanaşmalara alternativ yoxdur".

Məlumatda həmçinin qeyd olunub ki, KTMT davamlı kompromis əldə etmək üçün hər cür vasitəçilik səylərini artırmağa hazırdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}