21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İsrail Türkiyəyə səfir təyin edib
Tarix: 19-09-2022 18:20 | Bölmə: Dünya
İsrail Türkiyəyə səfir təyin edib

İsrail Türkiyəyə yeni səfir təyin edib.

“Haber Global” xəbər verir ki, bu barədə Türkiyədəki diplomatik mənbə bildirib.

Bu vəzifəyə İrit Lilian təyinat alıb.

O, bu təyinata qədər İsrailin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili olub.

Qeyd edək ki, Türkiyə ilə İsrail arasında münasibətlərin pozulmasının təməli 2009-cu il yanvarın 29-da İsveçrənin Davos şəhərində "Qəzza: Orta Şərqdə sülh" mövzusunda keçirilən konfransda qoyulub. Belə ki, Türkiyənin o zamankı Baş naziri R.T.Ərdoğan İsrailin həmin dövrdəki Prezidenti Şimon Peres çıxış edərkən İsraili fələstinlilər münasibətdə obyektiv və ədalətli davranmamaqda qınayaraq, "one minute" ("bir dəqiqə") deyərək dövlət başçısının sözünü kəşmişdi. Bundan sonra tərəflər arasında diplomatik qalmaqal yaşanmışdı.

2010-cu il mayın 31-də isə Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını iki dövlət arasında gərginliyin yaranmasına səbəb olmuşdu. Həmin hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. Bundan sonra isə iki ölkə arasında vəziyyət böhran həddinə çatmışdı. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmışdı və iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.

2016-cı ildə diplomatik əlaqələr yenidən bərpa olunub.

Münasibətlərin istiləşməsinin əlaməti olaraq İsrail Prezidenti İsaak Hersoq 2022-ci ilin martında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya səfər edib. Avqustun 17-də isə İsrailin Baş naziri Yair Lapidin ofisi İsrail və Türkiyə arasında diplomatik münasibətləri tam bərpa etmək və səfir təyin etmək barədə qərarı qəbul edildiyini açıqlayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər