Fransa prezidenti Rusiya ilə dialoqu davam etdirəcək
Tarix: 21-09-2022 00:10 | Bölmə: Dünya
Fransa prezidenti Rusiya ilə dialoqu davam etdirəcək

Fransa prezidenti Emmanuel Makron Ukraynada sülhün bərqərar olması üçün Rusiya ilə dialoqu davam etdirməyə hazırdır. Reyting.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Fransa lideri bunu BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində deyib.

E. Makron diqqətə çatdırıb ki, Fransa Ukraynada sülhün yaranmasına çalışır.

Onun sözlərinə görə, hələ müharibə başlamazdan əvvəl Rusiya ilə dialoq aparıb, son bir ay ərzində də bu işi davam etdirib və bundan sonra da sülh üçün çalışacaq.

Qeyd edək ki, BMT Baş Assambleyası sentyabrın 20-dən 26-dək təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında keçirilir.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}