Şoyqu daha 300 min nəfərin hərbiyə çağırılacağını açıqlayıb: "Biz Ukrayna ordusu ilə yox, Qərblə savaşırıq"
Tarix: 21-09-2022 10:49 | Bölmə: Dünya
Şoyqu daha 300 min nəfərin hərbiyə çağırılacağını açıqlayıb: "Biz Ukrayna ordusu ilə yox, Qərblə savaşırıq"

“Qismən səfərbərlik çərçivəsində ehtiyatda olan 300 min nəfər çağırılacaq”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna ordusu ilə yox, kollektiv Qərblə mübarizə aparır: "Hərbi əməliyyatlar çərçivəsində çətin döyüşlər gedir. Ukraynaya böyük miqdarda silah verilir, lakin Rusiya bu silahlarla mübarizə yollarını tapır. Qərb komandanlığı Kiyevdə oturur və Ukraynadakı hərbi əməliyyatlara rəhbərlik edir".

O daha sonra Putinin nüvə təhdidinə toxunaraq deyib ki, Rusiya Silahlı Qüvvələrinin bütün növ silahları, o cümlədən nüvə silahı prezidentin qarşıya qoyduğu tapşırığın yerinə yetirilməsi üçündür.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}