Çin ordusuna "hazır olun" əmri verilib
Tarix: 21-09-2022 18:02 | Bölmə: Dünya
Çin ordusuna "hazır olun" əmri verilib

Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkənin silahlı qüvvələrini hərbi əməliyyatlara hazırlaşmağa çağırıb.

TASS xəbər verir ki, o, bu barədə sentyabrın 21-də Pekində milli müdafiə və hərbi islahatlar üzrə keçirilən konfransdakı çıxışında bildirib.

S.Cinpin islahatların uğurlu təcrübəsini ümumiləşdirmək və tətbiq etmək, yeni vəziyyəti mənimsəmək, tapşırıqların tələblərini anlayıb diqqəti müharibələrə hazırlaşmağa yönəltməyə çağırıb.

Bildirilib ki, konfransda Mərkəzi Hərbi Şurasının, Xalq Silahlı Milisi və Hərbi akademiyaların yüksəkrütbəli nümayəndələri iştirak ediblər.

Mərkəzi Hərbi Şura Çin Xalq Azadlıq Ordusuna və Xalq Silahlı Milisinə rəhbərlik edir. S.Cinpin 2013-cü ildən Şuranın sədridir/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}