21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Ukraynanın 1,3 milyard dollarlıq yardım tələbi araşdırılacaq
Tarix: 04-10-2022 08:57 | Bölmə: Dünya
Ukraynanın 1,3 milyard dollarlıq yardım tələbi araşdırılacaq

Beynəlxalq Valyuta Fondunun (BVF) İcra Şurası cümə axşamı Ukraynanın təcili maliyyə yardımı üçün 1,3 milyard ABŞ dolları məbləğində tələbinə baxacaq.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” iki mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, BVF əməkdaşları lazımi sənədləri hazırlayıblar və hesab edirlər ki, Ukrayna təşkilatın tələblərini yerinə yetirmək və fövqəladə maliyyələşməyə uyğun olmaq üçün beynəlxalq tərəfdaşlarından kifayət qədər təminat alıb.

Tələb təsdiq olunarsa, vəsait BVF Direktorlar Şurasının ötən həftə təsdiq etdiyi ərzaq qiymətlərinin artması ilə üzləşən ölkələrə yardım proqramının bir hissəsi kimi təqdim ediləcək.

Agentliyin həmsöhbətlərindən biri əlavə edib ki, fondun nümayəndələri oktyabrın ortalarında Vyanada Ukrayna rəsmiləri ilə görüşərək ölkə iqtisadiyyatının inkişafı planlarını müzakirə etməlidirlər.

Qeyd olunur ki, mart ayında BVF-nin İcra Şurası Kiyev üçün 1,4 milyard ABŞ dollar məbləğində təcili maliyyələşdirməni təsdiqləyib.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər