21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Putin Ukraynanın 4 vilayətini Rusiyanın tərkibinə daxil edib
Tarix: 05-10-2022 11:16 | Bölmə: Dünya
Putin Ukraynanın 4 vilayətini Rusiyanın tərkibinə daxil edib

Rusiya prezidenti Vladimir Putin Ukraynanın 4 vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbul edilməsi haqqında 4 federal konstitusiya qanununu imzalayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilir ki, qanunlara görə, yeni bölgələrin sakinləri bu ərazilər Rusiyanın tərkibinə daxil edildiyi gündən - sentyabrın 30-dan Rusiya vətəndaşları kimi tanınır.

Rusiya vətəndaşlığından çıxmaq istəyənlərə ərizə vermək üçün bir ay vaxt verilir. Eyni zamanda, vətəndaşlığın əldə edilməsinin Rusiya Federasiyası vətəndaşının ərizə verməsi və and içməsi şərti ilə mümkün olduğu göstərilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər