Peskov: "Putin Ərdoğanla sabah telefonla danışacaq"
Tarix: 07-10-2022 00:02 | Bölmə: Dünya
Peskov: "Putin Ərdoğanla sabah telefonla danışacaq"

Sabah Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutacaq.

Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.

Daha əvvəl Peskov Putinin oktyabrın 7-nə bir sıra telefon əlaqəsi planlaşdırdığını bildirib.

Bununla yanaşı, sabah Vladimir Putin Sankt-Peterburqda MDB ölkələrinin rəhbərləri ilə qeyri-rəsmi görüş keçirəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}