21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Zaxarova: "Krım körpüsündə törədilən partlayış terror xarakterlidir"
Tarix: 08-10-2022 13:41 | Bölmə: Dünya
Zaxarova: "Krım körpüsündə törədilən partlayış terror xarakterlidir"

Rusiya Xarici İşlər Nazirliyi oktyabrın 8-də Krım körpüsündə törədilən partlayışın terror xarakterli olduğunu açıqlayıb.

TASS xəbər verir ki, bunu qurumun sözçüsü Mariya Zaxarova bildirib.

O, Ukrayna rəhbərliyinin hadisəyə münasibətini qınayıb: “Bu, partlayışın terror xarakterli olmasına dəlalət edir”/Report.

Qeyd edək ki, bu gün səhər saatlarında Krım körpüsündə yanacaq çəni yanıb. Nəticədə körpüdə yanğın başlayıb, partlayış olub. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Rusiyanın Baş naziri Mixail Mişustin hadisəni araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə fərman imzalayıb.

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak körpüdəki partlayışın hələ başlanğıc olduğunu söyləyib.

Xatırladaq ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər