18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Putinin sözçüsü: "Vaşinqtonun oyunu yaxşı heç nə ilə nəticələnməyəcək"
Tarix: 09-10-2022 16:38 | Bölmə: Dünya
Putinin sözçüsü: "Vaşinqtonun oyunu yaxşı heç nə ilə nəticələnməyəcək"

“Amerika Birləşmiş Ştatları öz qərarlarını nəyin bahasına olursa olsun həyata keçirmək istəyir, neft ehtiyatları ilə manipulyasiya etməyə çalışır”.

Bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqtonun belə bir oyunu yaxşı heç nə ilə nəticələnməyəcək:

“Onlar daha çox bazara çıxarmaqla öz neft ehtiyatlarını manipulyasiya etməyə çalışırlar. Əslində belə oyun yaxşı heç nəyə gətirib çıxarmayacaq. ABŞ istənilən yolla, hətta dünya enerji bazarında sabitliyi pozmaq bahasına olsa da, öz planlarına nail olmaq niyyətindədir”/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}