21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Putin: "Krım körpüsündə terror aktını Ukrayna xüsusi xidmət orqanları təşkil edib"
Tarix: 09-10-2022 23:38 | Bölmə: Dünya
Putin: "Krım körpüsündə terror aktını Ukrayna xüsusi xidmət orqanları təşkil edib"

"Krım körpüsündə terror aktını Ukrayna xüsusi xidmət orqanları təşkil edib".

Bunu Rusiya Prezidenti Vladimir Putin İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə görüşündə bildirib.

“İcraçılar və sifarişçilər Ukraynanın xüsusi xidmət orqanlarıdır”, - Rusiya lideri deyib.

Putin hadisəni terror aktı adlandırıb/Report.

Qeyd edək ki, oktyabrın 8-də Rusiyanın Milli Antiterror Komitəsi Krım körpüsündə yük maşınının partlaması, nəticədə iki avtomobilin aşırımının qismən dağılması, körpünün naviqasiya hissəsinin üzərindəki tağın zədələnməməsi barədə məlumat yayıb.

Rusiya İstintaq Komitəsinin ilkin məlumatına görə, partlayış nəticəsində 3 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin fövqəladə vəziyyətin səbəblərini müəyyən etmək və nəticələrini aradan qaldırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər