21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Ukraynada İranın 8 “Shahed-136” dron-kamikadzesi məhv edilib
Tarix: 11-10-2022 11:12 | Bölmə: Dünya
Ukraynada İranın 8 “Shahed-136” dron-kamikadzesi məhv edilib

Oktyabrın 11-də Ukraynanın Odessa və Nikolyevsk vilayətlərinin səmasında İran istehsalı olan 8 ədəd “Shahed-136” dron-kamikadze məhv edilib.

Bunu Odessa vilayəti Hərbi Administrasiyasının sözçüsü Sergey Bratçuk bildirib.

Onun sözlərinə görə, oktyabrın 11-də səhər saatlarında Rusiya 3 belə dron vasitəsi ilə Odessaya hücum edib.

Nikolayevsk vilayətində isə 5 “Shahed” zərərsizləşdirilib. Həmin dronlar Rusiyanın “Qeran-2” texniki vasitəsi adı altında uçurmuş.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynaya 84 qanadlı raket və 24 PUA ilə hücumu edib. Ukrayna ordusu 43 qanadlı raketi və 13 PUA-nı havada zərərsizləşdirib/Report.

Xatırladaq ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və 12 vilayəti raket atəşinə tutub. Nəticədə 19 nəfər ölüb, 105 nəfər yaralanıb.

Rusiya raketləri Kiyevlə yanaşı, ölkənin 12 vilayətində mühüm obyektlərə və mülki infrastruktura düşüb. Nəticədə 30-dan çox yanğın baş verib. Kiyev, Lvov, Sumı, Ternopil və Xmelnitski vilayətlərində 301 yaşayış məntəqəsində elektrik enerjisi kəsilib.

Hücum zamanı 70-ə yaxın obyektə ziyan dəyib, 29 strateji infrastruktur obyekti, 4 çoxmərtəbəli bina, 35 fərdi yaşayış evi və 1 məktəb zərər görüb.

Rusiyanın raket hücumları dünyada böyük etirazlara səbəb olub. Bir çox dövlət başçıları və beynəlxalq qurumların rəhbərləri Kremlə qarşı təzyiqləri artıracaqlarını bildiriblər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər