Bayden Ukraynaya “Abrams” tanklarının verilməsinə razılaşıb
Tarix: 24-01-2023 20:21 | Bölmə: Dünya
Bayden Ukraynaya “Abrams” tanklarının verilməsinə razılaşıb

Almaniyanın Ukrayna Silahlı Qüvvələrinə “Leopard” tankları verməsinə təsir göstərmək üçün Bayden administrasiyası bu həftənin əvvəlində Ukraynaya “Abrams” tanklarının verildiyini elan edə bilər.

Reyting.az
-ın xəbərinə görə, bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Nəşrin mənbələri bildirib ki, ABŞ-ın mövqeyində dəyişiklik yanvarın 17-də Almaniya rəhbəri Olaf Şolzla telefon danışığından sonra baş verib və Pentaqonun (ABŞ Müdafiə nazirliyi) qərarına baxmayaraq, Bayden “Abrams”ın tədarükünü nəzərdən keçirməyə razılaşıb.

Məlumata görə, tankların Ukraynaya verilməsi ABŞ-Almaniya danışıqlarının gərgin müzakirə predmeti olub.

Hələlik Ağ Ev məsələyə şərh verməkdən imtina edib.

Onu da diqqətə çatdırırıq ki, Pentaqon Ukraynaya “Abrams” tankları verməkdən imtina etmişdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}