Ermənilər hərbi komissarı döyüb
Tarix: 26-04-2023 12:14 | Bölmə: Dünya
Ermənilər hərbi komissarı döyüb

Ermənistanın Tavuş rayonunun hərbi komissar döyülüb.

Reyting.az
-ın xəbərinə görə, Tavuş polis şöbəsinə hərbi hospitala bədən xəsarətləri olan vətəndaşın daxil olması barədə məlumat verilib.

Polis yaralının 47 yaşlı Tavuş vilayətinin sakini Lernik Ohanyan olduğunu müəyyən edib.

Polis həmçinin müəyyən edib ki, həmin gün saat 18:00 radələrində qazdoldurma məntəqələrindən birində Ohanyanla Tavuş vilayətinin 43 yaşlı sakini Qor Atoyan, 33 yaşlı Vardan Yesayan arasında dava düşüb. Mübahisə zamanı sonuncu Ohanyanı döyüb.

Faktla bağlı cinayət işi başlanılıb. Hazırda polis Atoyan və Yesayanın tapılması üçün lazımi tədbirlər görür.

Erməni saytları yazır ki, xəstəxanaya çatdırılan Ohanyan Ermənistan Müdafiə Nazirliyinin (hərbi komissar) Tavuş 2-ci ərazi diviziyasının rəisidir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}