18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
İran beynəlxalq sularda üzən neft tankerini ələ keçirib
Tarix: 27-04-2023 18:10 | Bölmə: Dünya
İran beynəlxalq sularda üzən neft tankerini ələ keçirib

İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Oman körfəzində Marşal adaları bayrağı altında üzən neft tankerini ələ keçirib. Reyting.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığı “Twitter” hesabında bildirib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bəyanatında deyilir ki, aprelin 27-də yerli vaxtla saat 13:15 radələrində Marşal adaları bayrağı altında üzən “Advantage Sweet” neft tankeri beynəlxalq sulardan keçərkən İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri tərəfindən qaçırılıb.

ABŞ Hərbi Dəniz Qüvvələri İranın hərəkətlərinin "beynəlxalq qanunlara zidd olduğunu və regionda təhlükəsizlik və sabitliyi pozduğunu" bəyan edir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər