11:31 / 03-02-2026
Rus ordusu Odessanı zülmətə qərq edib
11:30 / 03-02-2026
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
11:23 / 03-02-2026
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
11:14 / 03-02-2026
“Kəpəz”in futbolçusunu bıçaqlayıblar - Yenilənib
11:06 / 03-02-2026
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
11:00 / 03-02-2026
İranın sabiq prezidenti “Epşteyn faylları”nda: onlar görüşüblər?
10:59 / 03-02-2026
Brusellyoz xəstəliyinə görə seroloji monitorinqlər keçiriləcək
10:55 / 03-02-2026
"Azvvallet"ə qadağa qoyulub
10:43 / 03-02-2026
Gəncədə 25 yaşlı şəxs öldürülüb
10:17 / 03-02-2026
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
10:01 / 03-02-2026
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
09:31 / 03-02-2026
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
08:17 / 03-02-2026
Ərdoğan: Türkiyə sülhü dəstəkləməyə yönəlik addımları alqışlayır
08:11 / 03-02-2026
Baş nazirin hakimiyyəti saxlamaq planı üzə çıxıb
08:06 / 03-02-2026
Taylandda fil turisti tapdalayıb öldürüb
08:02 / 03-02-2026
Qəzzanın idarəçiliyi Milli Komitəyə verilir
07:56 / 03-02-2026
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
07:49 / 03-02-2026
Tramp yenə BMT-ni tənqid edib
07:42 / 03-02-2026
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Müasir və təkmil audit sistemi şəffaf idarəetmənin əsasını təşkil edir
Tarix: 29-01-2021 12:01 | Bölmə: İqtisadiyyat

Şəffaflığa, hesabatlılığa və ədalətə söykənən müasir idarəetmə sisteminin formalaşdırılması son illər Azərbaycanda aparılan islahatların əsas istiqamətlərindən biridir. Müstəqil Azərbaycan hazırda inkişafının elə həlledici mərhələsindədir ki, əldə olunan uğurların davamlı olması daha çox ictimai həyatın bütün əhəmiyyətli sahələrində demokratik normaların, şəffaflığın və qanunçuluğun təminatından keçir.
Şəffaflıq naminə siyasi iradə nümayişi
Xatırlatmaq lazımdır ki, ümummilli lider Heydər Əliyev şəffaflığı və maliyyə intizamını, eləcə də korrupsiya hallarına qarşı mübarizəni hüquqi dövlət quruculuğunun vacib şərti hesab edərək dövlət idarəçiliyinin bütün mərhələlərində bu istiqamətdə ardıcıl, məqsədyönlü və konkret strategiyaya əsaslanan islahatların reallaşdırılmasını təmin edib. Azərbaycana birinci rəhbərliyi dövründən respublikada mövcud olan bir sıra problemlərin kökünü məhz korrupsiya və rüşvətxorluqda görən, bu sosial bəlalara qarşı barışmaz, qətiyyətli mövqe tutan ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də belə neqativ hallara qarşı mübarizəni xüsusi önə çəkib. Ümummilli liderin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında» 9 avqust 1994-cü il tarixli fərmanında cəmiyyətdə rüşvətxorluq və korrupsiya kimi cinayətlərin geniş yayılmasının xüsusi narahatlıq doğurduğu vurğulanıb, bu kimi neqativ təzahürlərə qarşı mübarizənin gücləndirilməsi üçün konkret mexanizmlər əksini tapıb.
Sonrakı mərhələdə məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində hüquqi, demokratik dövlət quruculuğu ilə bir araya sığmayan, mütərəqqi inkişafa ciddi əngəl olan korrupsiyaya qarşı səmərəli mübarizə məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Xatırlatmaq yerinə düşər ki, ulu öndərin «İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə» 1996-cı il 17 iyun tarixli, «Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında» 1999-cu il 7 yanvar tarixli fərmanları, habelə «Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında» 1998-ci il 27 yanvar tarixli sərəncamı korrupsiyaya qarşı mübarizəni yeni dövrün tələbləri səviyyəsində qurmağa, bu sahədə səmərəliliyin gücləndirilməsinə xidmət edirdi.
Bütün bu fərman və sərəncamlar, qəbul edilmiş bir sıra normativ-hüquqi aktlar ölkəmizdə korrupsiyaya qarşı tədbirlər reyestrinin yaranması ilə nəticələnib. Ulu öndər Heydər Əliyevin 2000-ci il iyulun 8-də imzaladığı «Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair» fərmanla «Korrupsiyaya qarşı mübarizə haqqında» qanunun və müvafiq Dövlət Proqramının layihələrinin hazırlanmasına start verilib, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində addımlar atılıb.
Ümummilli lider Heydər Əliyev böyük strateq olaraq yeni ictimai-iqtisadi formasiyaya keçid şəraitində audit sisteminin də cəmiyyətdəki yerini və rolunu düzgün dəyərləndirərək bu sahədə qanunverici və institusional tədbirlərin həyata keçirilməsini təmin edib. Dövlət qurumlarının, eləcə də biznes strukturlarının fəaliyyətində şəffaflığın və maliyyə intizamının gücləndirilməsi baxımından ölkədə Auditorlar Palatasının yaradılmasının vacibliyi də düzgün dəyərləndirilib.
Audit sahəsində mükəmməl hüquqi baza
Ümummilli lider Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixdə imzaladığı “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında auditor xidmətinin təşkilini, onun həyata keçirilməsinin hüquqi əsaslarını, auditorların funksiyalarını, hüquq və vəzifələrini müəyyən etməklə, mülkiyyətçinin əmlak hüquqlarını müdafiə edən müstəqil maliyyə-nəzarəti sisteminin yaradılmasını təmin edib. Qanunun 2-ci maddəsinə əsasən, audit dedikdə, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılması nəzərdə tutulur. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Məsələn, səhmdar cəmiyyətləri, xarici investisiyalı müəssisələr, banklar və digər kredit təşkilatları, sığorta təşkilatları, məhdud məsuliyyətli cəmiyyətlər, investisiya fondları, maliyyə-sənaye qrupları üzrə audit məcburidir.
Qeyd olunan qanunun 3-cü maddəsinə əsasən, təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində diğər xidmətləri göstərmək auditor xidməti hesab edilir. Auditor xidməti dövlət orqanlarının öz səlahiyyətləri daxilində təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını da istisna etmir. Eyni zamanda, Qanunun 4-cü maddəsində bildirilir ki, sərbəst auditor Azərbaycan Respublikası Auditorlar Palatasının (bundan sonra «Auditorlar Palatası» adlandırılacaqdır) verdiyi lisenziyaya əsasən respublika ərazisində sərbəst auditor xidməti göstərmək hüququnu əldə etmiş fiziki şəxsdir.
“Auditor xidməti haqqında” qanunun 5-ci maddəsinə görə auditor təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya əsasında Azərbaycan Respublikası ərazisində auditor xidməti göstərmək hüququnu əldə etmiş və nizamnaməsinə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir. 8-ci maddəyə görə isə auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan sənəddir. Səlahiyyətli dövlət orqanlarının qərarına əsasən keçirilmiş yoxlamanın nəticələrini əks etdirən auditor rəyi Azərbaycan Respublikası prosessual qanunvericiliyinə uyğun olaraq təyin edilmiş ekspertizanın rəyi ilə bərabar tutulur.
Maliyyə intizamının təmini başlıca hədəfdir
Xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli qərarı ilə “Auditorlar Palatası haqqında Əsasnamə”nin təsdiq edilməsi və 1996-cı il 5 aprel tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasının fəaliyyətə başlaması ölkə həyatında mühüm hadisələrdən olub. Yaranmasının 25-ci ildönümü tamam olmuş Auditorlar Palatasının prioritet fəaliyyət istiqamətlərindən biri də məhz cəmiyyətin və dövlətin sivil inkişafı baxımından zəruri sayılan maliyyə nəzarətinin təmin edilməsidir. Maliyyə nəzarəti ümumilikdə valyuta, gömrük və bank nəzarətini əhatə etməklə maliyyə resurslarının formalaşması, bölgüsü və istifadəsi prosesinin qanuniliyinə, məqsədəuyğunluğuna və səmərəliliyinə nəzarət sahəsində dövlət orqanları və auditor təşkilatlarının həyata keçirdikləri tədbirlərin məcmusu kimi dəyərləndirilir. Şübhəsiz, auditdən yayınma mahiyyətcə korrupsiyaya şərait yaradan halların mövcudluğu, bilavasitə korrupsiya halları, çirkli pulların yuyulması və digər neqativ hallar deməkdir.
Auditorlar Palatası ötən müddətdə idarəetmədə optimal qərarların qəbuluna və normal fəaliyyətin təmin olunmasına əsas verən informasiya bazasının formalaşması; mövcud nöqsan və çatışmazlıqların üzə çıxarılması ilə yanaşı, onların gələcəkdə təkrar olunmaması; təsərrüfat subyektlərinə vəsaitlərdən səmərəli və məqsədyönlü istifadə sahəsində öhdəliklərə əməl edilməsi; məsul şəxslərə qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi və öz öhdəliklərinin dəqiq yerinə yetirilməsi sahəsində tələblərin aşılanması istiqamətində ardıcıl və sistemli fəaliyyət göstərib.
Respublikamızda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasətini inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son 18 ildə dövlət idarəetmə sistemində şəffaflıq prinsipinin qorunmasını, büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsini əsas vəzifələrdən biri kimi müəyyənləşdirib. Eyni zamanda, maliyyə intizamının və korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin genişləndirməsini təmin edib. Ötən illərdə sosial-iqtisadi inkişafda yeni nailiyyətlərin əldə edilməsi həm də islahatların düşünülmüş şəkildə aparılması, şəffaflığın təmin edilməsi, iqtisadiyyatın müasirləşməsi, sosial dəyişikliklərin keçirilməsinə kompleks yanaşma zəminində baş verib. Bu və digər tədbirlər bütün dünyada maliyyə nəzarətinin sivil forması kimi qəbul edilən auditor xidmətinin inkişafı üçün yaxşı imkanlar yaradıb.
Etiraf etmək lazımdır ki, Azərbaycanda ictimai həyatın bütün sahələrində əsaslı islahatların aparıldığı bir dövrdə cəmiyyətdə korrupsiya hallarının hələ də mövcud olması dövlətin və cəmiyyətin inkişafına ciddi əngəllər törədir, sosial-mənəvi problemlər doğurur. Məhz bu baxımdan korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi sahəsində siyasi və hüquqi tədbirlərin proqram şəklində həyata keçirilməsi dövrün zəruri tələbinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev ölkədə maliyyə intizanının gücləndirilməsi vacibliyi ilə bağlı deyib: “Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və onun dünya təsərrüfat sisteminə inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə auditin imkanlarından daha geniş istifadə etmək zərurəti yaranır”.
Korrupsiyaya qarşı mübarizə - şəffaflığın vacib şərti
Biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan biri də şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəni nəzərdə tutan qanunverici-institusional tədbirlərin gücləndirilməsidir. Ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 13 yanvar 2004-cü il tarixli «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanun qəbul edib, habelə «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)» layihəsi hazırlanaraq 3 sentyabr 2004-cü il tarixdə təsdiq olunub.
Prezident İlham Əliyevin 28 oktyabr 2004-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradılıb. Ümumilikdə, ölkə rəhbərinin 28 iyul 2007-ci il tarixli «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə», 2009-cu il 22 iyun tarixli «Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarsı mübarizənin gucləndirilməsi haqqında», 13 aprel 2010-cu il tarixli «Sahibkarlıq sahəsində yoxlamaların nizama salinması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» fərmanları ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin ardıcıl xarakter daşıdığını bir daha təsdiqləyib.
2007-ci il 28 iyul tarixli «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» çərçivəsində dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi, şəffaflığın artırılması məqsədilə ölkə başçısı 2012-ci il 5 sentyabr tarixdə «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın və «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın təsdiq edilməsi haqqında» sərəncamlar imzalayıb. "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı" da bu baxımdan əhəmiyyətli olub. Nəhayət, 2020-ci il 27 fevral tarixində Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda ölkəmizdə şəffaflığın təmin edilməsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi, informasiya azadlığı və digər sahələri əhatə edən mühüm vəzifələr müəyyənləşdirilib.
Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.2-ci bəndinə müvafiq olaraq, Auditorlar Palatası tərəfindən “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasının (2012-2020-ci illər)” hazırlanıb və 2014-cü il 11 aprel tarixində təqdimat mərasimi keçirilib.
İqtisadi islahatlara sanballı töhfə
Auditorlar Palatasının sədri, professor Vahid Novruzov bildirir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin daimi diqqət və qayğısı nəticəsində milli audit sistemi keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub, qurumun ölkənin iqtisadi-sosial həyatında rolu və əhəmiyyəti daha da artıb. Bu həm də beynəlxalq audit standartları və praktikasının ölkəmizdə tətbiqi kimi mühim vəzifələrin icrası sayəsində mümkün olub. Ölkədə auditor xidmətinin inkişafı və tətbiqinin genişləndirilməsi son dövrlərdə qəbul olunmuş və uğurla yerinə yetirilmiş bir sıra mühüm dövlət proqramlarında da əksini tapıb. Son 15 ildə Auditorlar Palatası 7 dövlət proqramının iştirakçısı olmaqla, üzərinə düşən vəzifələri tam yerinə yetirib. 2010-cu il yanvarın 1-dən etibarən ölkədə Beynəlxalq Audit Standartlarının tətbiqinə başlanılması, auditor xidmətinin inkişafına dair İnkişaf Konsepsiyasının hazırlanması, Beynəlxalq Mühasiblər Federasiyası (İFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) kimi nüfuzlu beynəlxalq peşəkar qurumlara tamhüquqlu üzvlüyün reallaşması, dünyanın 40-a yaxın ölkəsinin audit və mühasibatlıq qurumları ilə işgüzar əlaqələrin qurulması Auditorlar Palatasının son 25 ildəki mühüm uğurları sırasında xüsusi vurğulanmalıdır.
Auditorlar Palatası ötən müddətdə auditin təbliği və yayılması istiqamətində bir çox işlər görüb, o cümlədən auditə dair 50-yədək praktik nəşri ərsəyə gətirib. Bu müddətdə 25 beynəlxalq elmi-praktik konfrans, simpozium, forum keçirib. On səkkizi regionlarda olmaqla 100-dək seminar və dəyirmi masa təşkil edib, qabaqcıl xarici audit təcrübəsinin yayılması üçün kompleks tədbirlər həyata keçirib. Hazırda Palatanın nüfuzlu peşə qurumlarında - Beynəlxalq Mühasiblər Federasiyasında (İFAC), Mühasiblərin və Auditorların “Avrasiya” Beynəlxalq Regional Federasiyasında, Avropa Mühasiblər və Auditorlar Federasiyasında (EFAA), Sertifikatlı Mühasiblərin və Auditorların Avrasiya Şurasında tamhüququlu üzv kimi təmsilçiliyi səmərəli nəticələr verir. Eyni zamanda, İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA), Rusiya Federasiyası, Çin, Böyük Britaniya, Fransa, Kanada, Türkiyə, Ruminya, Macarıstan, Polşa, Slovakiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Estoniya, Litva, Latviya, Moldova, Belarus, Makedoniya, Monteneqro, Bolqarıstan və digər ölkələrin audit və mühasibatlıq qurumları ilə əməkdaşlıq barədə saziş və niyyət protokollarının imzalanması, intensiv işgüzar əlaqələrin qurulması Azərbaycan auditorlarının peşə-ixtisas səviyyəsinin müntəzəm olaraq təkmilləşdirilməsinə imkan yaradır.
Auditorlar Palatası yerli qurumlarla da səmərəli əməkdaşlıq edir, birgə konfrans, seminar, simpozium, “dəyirmi masa” və digər tədbirlər həyata keçirir. Əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə indiyədək ölkəmizin 20-dək müəssisə və təşkilatları ilə əməkdaşlıq haqqında saziş, protokol və anlaşma memorandumu imzalaıb, onların iştirakı ilə mühüm əhəmiyyətə malik bir sıra beynəlxalq elmi-praktiki konfranslar, regional seminar-müşavirələr, simpoziumlar keçirilib.
Beynəlxalq audit norma və standartlarına müvafiq olaraq auditor xidmətini müasir tələblər baxımından inkişaf etdirmək, ölkə ərazisində fəaliyyət göstərən sərbəst auditorların və auditor təşkilatlarının apardıqları auditlərin keyfiyyətinə səmərəli nəzarətə nail olmaq, peşə etikası qayda və normalarına riayət edilməsi üzrə tədbirləri həyata keçirmək məqsədilə Auditorlar Palatasında audit norma və standartlarının hazırlanması, auditin keyfiyyətinə nəzarət və təkrar audit üzrə komissiyalar, habelə auditorların peşə etikası komissiyası fəaliyyət göstərir. "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Palata sərbəst auditorların və auditor təşkilatlarının fəaliyyətini, apardıqları auditlərin keyfiyyətinin audit standartlarına uyğunluğunu yoxlayır və işlərinə nəzarəti təmin edir.
Qeyd olunanlar bir daha təsdiqləyir ki, müasir və mükəmməl audit sistemi hər bir dövlətdə iqtisadi islahatların uğurla aparılmasının, eyni zamanda dövlət idarəçilik sisteminin şəffaf və ədalətli mexanimzlər əsasında qurulmasının ümdə şərtlərindən biridir. Bu reallığı düzgün dəyərləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli tədbirlər idarəetmə sisteminin müasirləşdirilməsini, maliyyə intizamının gücləndirilməsini, eləcə də dövlət büdcəsi vəsaitlərindən səmərəli və məqsədyönlü istifadəni təmin edir. Bu kimi vacib vəzifələrin reallaşdırılmasında digər aidiyəti dövlət və hökumət qurumları ilə yanaşı, Auditorlar Palatası da yaxından iştirak edərək üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır.
Akif Cabbarlı,
müstəqil jurnalist
Məqalə Azərbaycan Respublikasının Auditorlar Palatasının yaranmasının 25-ci ildönümü münasibətilə elan olunmuş müxbir yazısı müsabiqəsinə təqdim etmək üçündür
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:06
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
Bu gün, 10:55
"Azvvallet"ə qadağa qoyulub
Bu gün, 09:31
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
Bu gün, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
Dünən, 09:49
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
1-02-2026, 16:52
Biləcəridən Ermənistana Rusiya taxılı daşıyan qatar yola düşüb
30-01-2026, 17:40
İqtisadi Şuranın iclası keçirilib
30-01-2026, 16:30
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
30-01-2026, 14:15
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
30-01-2026, 13:47
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
30-01-2026, 10:23
Agentlik sədrinin müavini vəzifədən azad edilib
30-01-2026, 07:18
Ağıllı eynəklərin və süni intellektli cihazların istehsalı artacaq
29-01-2026, 18:04
Nazirlikdə nöqsanlar aşkarlanıb
29-01-2026, 17:41
Vakansiyalar arasında maaş uçurumu: 300-10 min manat arasında dəyişir
29-01-2026, 17:11
Mərkəzi Bankda yeni təyinatlar olub
29-01-2026, 16:04
İranla bağlı gərginlik dünya bazarında nefti bahalaşdırıb
29-01-2026, 14:21
Kəmaləddin Qafarovun şirkəti hospitalla sövdələşib
29-01-2026, 11:25
İşçi Qrupun iclası keçirilib - Foto
29-01-2026, 07:02
Dollar üçün təhlükəli dövr başlayır
28-01-2026, 15:00
Nə qədər dövlət borcumuz var? - Rəqəm açıqlanıb
28-01-2026, 14:45
Hibrd modellər Avropa avtomobil bazarında üstünlük qazanıb
28-01-2026, 12:56
Trampın şərhləri dolları dəyərdən salır
28-01-2026, 12:07
İrandan Azərbaycana gətirilən qənnadı məhsulunda kif aşkarlanıb
28-01-2026, 09:26
Avropa İttifaqı Polşaya 44 milyard avro ayırıb
27-01-2026, 23:00
"Bloomberg": Hindistan Rusiya neftindən imtina edib
27-01-2026, 19:35
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub
27-01-2026, 16:11
Almaniya şirkətləri Çinə investisiyaları artırıb
27-01-2026, 11:27
Neft Fondu qızıl aktivlərini 200 tona çatdırıb
27-01-2026, 10:53
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
27-01-2026, 10:45
Mərkəzi Bank vəzifəli şəxsləri cərimələyib
27-01-2026, 10:37
ARDNF-in aktivləri artıb
27-01-2026, 10:30
Sinqapur valyutası ABŞ dollarını üstələyir
27-01-2026, 08:42
Seul Trampın yeni tariflərini rədd edir
26-01-2026, 21:03
SOCAR Dünya Bankı ilə yaşıl enerji dəhlizlərini müzakirə edib - Fotolar
26-01-2026, 16:30
"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiq olunub
26-01-2026, 16:05
Maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulub
26-01-2026, 11:26
Qida təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır
26-01-2026, 10:50
Pensiya nə qədər artırılacaq? - Açıqlama
26-01-2026, 10:30
Məşhur şirkəti fantastik maliyyə itkiləri gözləyir
26-01-2026, 09:57
Dollar arxa plana keçir, qızıl və gümüşə üstünlük verirlər
23-01-2026, 22:36
Qızıl və gümüşün qiyməti artır
23-01-2026, 17:53
Baş İdarə rəisi vəzifədən azad olunub
23-01-2026, 17:22
Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma ləğv olunub
23-01-2026, 15:10
"VTB Azərbaycan”dan 17 milyon manatdan çox depoziti geri götürülüb

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər