09:40 / 21-05-2025
Etibarnamə ilə maşın alan şəxs problemlə üzləşib - Video
09:19 / 21-05-2025
Kosmosda naməlum canlı orqanizm tapılıb
08:40 / 21-05-2025
Münəccimin proqnozu Yaponiyada turist böhranı yaradıb
08:33 / 21-05-2025
Kallas: Suriyaya sanksiyalar ləğv edilməlidir
08:28 / 21-05-2025
Xarkovda partlayışlar baş verib
08:22 / 21-05-2025
NATO parçalana bilər
08:14 / 21-05-2025
Roma Papası tərəfləri Vatikana dəvət edib
08:06 / 21-05-2025
Tramp 2 günə 900 min dollar qazanıb
07:59 / 21-05-2025
Bakıda dünya çempionatı başlayır
00:04 / 21-05-2025
Aİ “Azadlıq Radiosu”na 5,5 milyon avro ayırıb
22:36 / 20-05-2025
Sabirabaddakı qətl hadisəsi araşdırılır
19:07 / 20-05-2025
Milli Məclis daha 13 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq
18:45 / 20-05-2025
Yanacaqsız işləyən mühərrik kəşf ediblər
18:23 / 20-05-2025
Tramp Avropa liderlərini çıxılmaz vəziyyətlə üzləşdirir
18:14 / 20-05-2025
Tofiq Yaqublunun şikayəti rədd olunub
18:12 / 20-05-2025
Ukrayna nümayəndələri İstanbul görüşündə rus dilində danışıblar
18:02 / 20-05-2025
İlham Əliyevlə Viktor Orban görüşüb - Birgə bəyanat - (Yenilənib) - Fotolar+Video
17:54 / 20-05-2025
Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq
17:48 / 20-05-2025
Polis 75 kq narkotik maddəni dövriyyədən çıxarıb - 10 nəfər saxlanılıb
17:24 / 20-05-2025
10 kiloqram qızılı talayan dəstə tutulub - Video
17:12 / 20-05-2025
Prokuror "Abzas işi" ilə bağlı cəza istəyib
16:34 / 20-05-2025
Tanınmış musiqiçi xeyriyyəçilik edib - Fotolar
16:01 / 20-05-2025
Ər arvadını öldürərək Kür çayına atıb
15:55 / 20-05-2025
Tramp sülh danışıqlarından çıxa bilər: “Bu, mənim müharibəm deyil”
15:43 / 20-05-2025
Xamnəi ABŞ-la danışıqlardan müsbət nəticə gözləmir
14:50 / 20-05-2025
III Çarlz Azərbaycan prezidentinə məktub göndərib - Mətn
14:47 / 20-05-2025
Kral Salman İlham Əliyevə məktub ünvanlayıb
14:30 / 20-05-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
14:29 / 20-05-2025
Rusiyaya qarşı 17-ci sanksiya paketi təsdiqlənib
14:20 / 20-05-2025
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
15:02 / 16-05-2025

09:51 / 16-05-2025

17:37 / 16-05-2025

09:52 / 16-05-2025

16:30 / 19-05-2025

14:21 / 16-05-2025

10:38 / 17-05-2025

11:12 / 16-05-2025

12:20 / 16-05-2025

14:11 / 16-05-2025

16:02 / 16-05-2025

14:03 / 16-05-2025

“Milli Məclisdə müxalifətçi deputatların sayı çoxaldıla bilər” - Müsahibə
Tarix: 15-10-2018 01:02 | Bölmə: Müsahibə

İqbal Ağazadə: “Müxalifətin sayı parlamentdə çox olduqca onun danışmaq, toparlanmaq və fikir bildirmək imkanları qismən məhdudlaşdırılmalıdır. Hakimiyyətin düşüncəsinə görə, bu cür şəraitə öncədən hazırlıq görmək lazımdır”
Artıq xeyli müddətdir ki, ölkədə ictimai-siyasi proseslər kifayət qədər zəifləyib. Belə demək mümkündürsə, siyasi qüvvələrin fəaliyyəti cəmiyyət tərəfindən hiss olunmur. Son seçkilərdə aparıcı müxalifət partiyalarının iştirak etməməsi isə siyasi fəallığı daha da zəiflədib.
Ölkəmizdə keçirilən sonuncu prezident seçkilərindən sonra növbədənkənar parlament, yaxud boş qalan deputat yerlərinə seçkilərin keçiriləcəyi ilə bağlı müzakirələr də müxalif siyasi qüvvələrin aktivləşməsi üçün yetərli olmadı.
Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə “Reytinq”də müsahibəyə siyasi proseslərin bu həddə çatmasının səbəbləri ilə bağlı suala cavab verməklə başlayıb:
- Siyasi proseslərin müzakirəsi dağınıq, pərakəndə keçirilir. Çoxsaylı məğlubiyyətdən və nəticəsizlik sindromundan sonra müxalifət hələlik təşkilat olaraq toparlana bilmir. Baxmayaraq ki, cəmiyyətin xeyli hissəsi mövcud hakimiyyətin siyasətinə müxalif mövqedədir - vətəndaş olaraq, insan olaraq, seçici olaraq. Amma siyasi təşkilatların gücü o qədər zəifləyib ki, onlar vəziyyətdən istifadə edib toparlana, ciddi addımlar ata bilmirlər. Təşkilatlar olmayanda siyasi müzakirələr fərdlər arasında gedir, daha çox ictimai xarakter almır. İndi fərdlər daha çox sosial şəbəkələr vasitəsi ilə mövqeyini ifadə eləyir. Amma təşkilatların mövqeyi görünmür. Azərbaycan müxalifəti müzakirələri virtual aləmə keçirib. Sosial şəbəkələr üzərindən hər şey müzakirə olunur, inqilab edilir, torpaq verilir, torpaq alınır... Enerjilərini bu istiqamətdə xərclədikləri üçün ictimai-siyasi mühit formalaşdırmaq çox çətindir.
- Sizcə, proseslər niyə bu məcraya yönəldi? Siyasi mübarizənin sosial şəbəkələrə transferi nəyin nəticəsidir? Hakimiyyət belə istədi, yoxsa müxalifətə belə daha rahatdır?
- Hələlik bu prosesin tam diaqnozunu vermək və kimisə günahlandırmaq doğru olmazdı. İnsan bədənində müqavimət zəifləyəndə xəstəliyə daha tez mübtəla olur, qripləyir və xəstələnir. Müxalifət zəiflədiyi üçün iqtidarın atdığı addımlar bunu daha çox mübarizədən əsas müstəviyə aparıb çıxara bildi. Müxalifət zəif və gücü az olduğundan bu istiqamətdə sürüşməyə meyl etdi. Burada müxalifətin, iqtidarın və ya hakimiyyətin hərəkətindən, ya da hərəkətsizliyindən söhbət getmir.
- Artıq bir neçə ildir ki, deputat mandatınız yoxdur və Milli Məclisdə təmsil olunmursunuz. Bu müddət ərzində Milli Məclis tribunasından çıxış imkanlarının olmaması fəaliyyətinizə necə təsir edir?
- Təbii ki, Milli Məclis siyasətçiyə, siyasi təşkilata hökumətin, dövlət adamlarının fəaliyyətini tənqid və ya təftiş etmək üçün ən optimal tribuna idi. Bir başa ünsiyyətdə təftiş və ya tənqid edə, iradlarını çatdıra bilirdin.
İndi də iradlarımızı çatdırırıq. Amma mətbuat vasitəsi ilə. Oxuyurlarmı, oxumurlarmı, bu təsir edirmi, etmirmi, bu başqa məsələdir.
Parlament tribunasından səslənən iradların, tənqidlərin effekti daha böyükdür, daha ciddidir. Nümayəndəsinin parlamentdə olması siyasi təşkilata ciddi avantaj verir.
- Sizin parlamentdə olduğunuz mühitlə indiki vəziyyət arasında fərq varmı?
- Mən indiki ab-havanı bilmirəm.
- Kənardan müşahidələrinizə görə deyirəm...
- Kənardan görünənlə rəy bildirmək qeyri-peşəkarlıqdır. Hər halda Milli Məclisdəki vəziyyət o dövrlə eyni deyil. Son dövrlər bunu müşahidə etmişəm.
- Amma belə baxanda, millət vəkillərinin əksəriyyəti eyni şəxslərdir. Müxalifəti təmsil edənlər də dəyişməyib, ancaq mövqeləri xeyli yumşalıb. Necə düşünürsünüz, hansısa təzyiq var, yoxsa başqa məsələdir? Mənim hiss etdiyim odur ki, çoxları özü üzərində senzura tətbiq edib...
- Mən 15 ilə yaxın parlamentdə təmsil olunmuşam. Mənə heç vaxt “nəyisə danış, nəyisə danışma”,- deyilməyib. Hətta icra strukturlarında olan dostlarımdan belə hər hansı mesaj almamışam. Mən orada təzyiq hiss etməmişəm. Görünür, siz demiş, özünüsenzura kimi şeylər var. Tutaq ki, insanlar baş verən hadisələrdə bir az hakimiyyətin yanaşmalarından və daxili nizamnamələrdə dəyişikliklər edildiyindən özlərinə senzura tətbiq edirlər. Əvvəl deputat toxunulmazlığı Baş prokurorun təqdimatı əsasında götürülürdü, ondan sonra mandat alınırdı. Təbii ki, əgər barəsində cinayət işi var idisə və cinayəti sübut olunurdusa. Amma indi Milli Məclisdə təmsil olunan deputat barəsində İntizam Komissiyası rəy verə, həmin rəy əsasında Mərkəzi Seçki Komissiyası deputat mandatını ləğv edə bilər. Görünür, bu tip dəyişikliklər deputatların fəaliyyətinə təsir edib. Deputatın mandatdan sadə formada məhrum edilmə proseduru olan yerdə onun daha ehtiyatlı, özünüsenzura ilə davranması normal qarşılanmalıdır.
- Ümumiyyətlə, hakimiyyətin bir qolunun - qanunverici orqanın bu hala düşməsinin səbəbi nədir? Nə oldu ki, bu cür zəmin yarandı?
- Hesab edirəm ki, növbəti mərhələdə parlamentdə müxalifətçi deputatların sayı çox olacaq. Müxalifətin sayı parlamentdə çox olduqca onun danışmaq, toparlanmaq və fikir bildirmək imkanları qismən məhdudlaşdırılmalıdır. Hakimiyyətin düşüncəsinə görə, bu cür şəraitə öncədən hazırlıq görmək lazımdır. Ona görə də qeyd olunan dəyişiklikləri daha çox növbəti mərhələ üçün ediblər. Özünüsenzuranı tətbiq etmək üçün hüquqi baza hazırlayıblar ki, insanlar bu məsələdə mandatlarının alınacağından ehtiyat edərək özlərinə senzura tətbiq etsinlər. Əks təqdirdə, buna ciddi bir lüzum yox idi.
Avropaya inteqrasiya və Avropa Çərçivə Sazişinin bağlanması, böyük sazişin gözlənilməsi istər-istəməz, Azərbaycan iqtidarını bu çoğrafiyada olan respublika kimi bəzi demokratik açılıma məcbur edəcək. Bunların da ən optimalı parlamentdir.
Başqa bir məsələni də diqqətinizə çatdırım. Bakı şəhər merinin seçkiləri keçiriləcək. Bu niyyət artıq görünür. Uzun müddətdir ki, Bakı Şəhər İcra Hakimiyyətinə başçının təyin olunmaması da Baki şəhərinə mer seçkisini təsdiqləyən faktorlardan biridir. Çox güman ki, qanunverici baza hazırlayacaqlar.
Azərbaycan Avropa Prlamentinə daxil olarkən üzərinə şəhər merinin seçilməsi ilə bağlı öhdəlik götürüb. 2018-ci ildə bunu gerçəkləşdirmək niyyətindədirlər. Ona görə də Bakıya icra başçısı təyin etmirlər. Çox güman ki, bu seçkilər olacaq. Buna görə də Bakının icra başçısının səlahiyyətlərinin xeyli hissəsi alınıb. Tikintiyə icazə verilməsi həmin qurumdan alınaraq Şəhərsalma və Arxitektura Komitəsinə verildi. Nəqliyyatla bağlı məsələlər Bakı Şəhər İcra Hakmiyyətindən alınaraq ayrıca bir səhmdar cəmiyyətə taşırıldı. Yəni Bakının icra başçısının səlahiyyətləri kifayət qədər kiçildildi, yeni qurumlara, strukturlara verildi ki, gələcəkdə Bakı merinin səlahiyyətləri çox geniş olmasın. Çünki seçkili orqanda onu çıxarmaq o qədər də sadə məsələ deyil. Cinayətdən və könüllü istefadan başqa mer vəzifəsini tərk etmir. Mən hesab edirəm ki, bu tip məsələlərlə bağlı bəzi tədbirlər görülüb. Parlament üçün də bu qanunlar öncədən görülən bir tədbir idi. Qabaqcadan bəzi tədbirlər gördülər. Prezidentin parlamenti buraxa bilməsi, deputatın etik normaları pozması ilə bağlı İntizam Komissiyasının onun mandatını alması ilə bağlı MSK-ya müraciət etməsi konsitutusiyaya ziddir. Niyə ziddir konsitutisiyanın ruhuna? Çünki 40 mindən çox seçicinin seçdiyi bir şəxsi o parlementdə oturan şəxslərdən 5 nəfəri İntizam Komissiyasında cəzalandıra bilər. Etik normanı pozduğuna görə İnzibati Xətalar Məcəlləsində belə cəzanın cəzası təsdiqini tapmır. İnzibati Xətalar Məcəlləsində belə ona cəza təbiq oluna bilmir. Deməli, inzibati xəta törətməyən hərəkət, inzibati xəta kimi tövsif olunmayan hərəkət mandatın alınmasına gətirib çıxarır. Buna görə düşünürəm ki, Milli Məclisdə müxalifətçi millət vəkillərinin sayı çoxaldıla bilər. Yəni, önləyici tədbirlər görüləndən sonra müəyyən qədər rahatlıq yaranır.
- Milli Məclisdə müxalifəti təmsil edən millət vəkillərinin sayı çoxaldılsa, bu, siyasi proseslərə təsir edə bilərmi?
- Təbii ki, seçkili orqanlarda fərqli fikir nümayəndələrinin sayının çox olması ictimai-siyasi proseslərə təsiretmə imkanlarına malikdir. Olacaqmı, olmayacaqmı, bu, artıq konkret fəaliyyətdən asılıdır. Amma nəzəri cəhətdən təbii ki olacaq. Hakimiyyət də Avropa coğrafiyasından uzaqlaşa bilməyəcəyini bilir. Çünki Azərbaycan hərtərəfli Avropa ilə çox bağlıdır - istər iqtisadi, istərsə də siyasi cəhətdən. Ona görə də bu addımları atmağa məhkumdur. Bu addımları atmadan Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarda nüfuz və yerini təyin etməsi çox çətin olacaq.
- İqbal bəy, çox uzağa getmirəm. Biz Türkiyə nümunəsində görmüşük ki, hər hansı böyük şəhərdə, hansısa bölgədə idarəçilik müxalifəti təmsil edən şəxsə verilir. Hətta istər qanunverici, istərsə də icraedici hakimiyyətdə müxalifət nümayəndələri təmsil oluna bilirlər. Azərbaycan hakimiyyətinin gələcəkdə belə bir bölgü aparmasını mümkün sayırsınız?
- Hələlik hakimiyyətin müxalifətlə pay bölgüsünə getməsinə ictimai və psixoloji zəmin yoxdur. Nə Azərbaycan müxalifətinin gücü və imkanları o qədər deyil ki, ictimai-siyasi baxımdan zəmin yaransın və hakimiyyət buna ehtiyac duysun, nə də tərəflər psixoloji cəhətdən buna hazırdır. Azərbaycan iqtidari və müxalifətinin psixoloji cəhətdən münasibətləri təəssüflə qeyd edim ki, yaxşı deyil. Tərəflər bir-birindən çox uzaqdır. Bu isə ölkə və gələcəyimiz üçün yaxşı heç nə vəd eləmir. Gələcəkdə bu uçurum aradan qaldırılsa, psixoloji zəmin yaransa, siz deyən məsələ mümkün ola bilər. Əslində rəqiblik bu bölgülərdən çox asılıdır. Hələlik ictimai və siyasi zəminin olmaması bunları istisna edir. Ona görə də yaxın müddətdə hakimiyyətin müxalifətlə hər hansı formada uzlaşması, üstəlik, ona hansısa bölgüdə pay verməsi mümkün görünmür.
Reyting.az
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə