12:54 / 21-11-2024
Zaxarova: "COP29 beynəlxalq arenada Bakının nüfuzunu artıracaq"
12:45 / 21-11-2024
Trampdan qaçan amerikalılara 1 avroya ev təklif edirlər
12:38 / 21-11-2024
Rusiya-Ukrayna savaşı: Qərb silahları müharibənin xarakterini dəyişir
12:36 / 21-11-2024
Hesablama Palatası İşsizlikdən Sığorta Fondunun büdcəsi ilə bağlı təkliflər verib
12:24 / 21-11-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:13 / 21-11-2024
İrəvan-Tbilisi-İrəvan istiqamətində hava uçuşları başlayır
12:13 / 21-11-2024
Kərim Vəliyev pakistanlı komandanla görüşüb
12:00 / 21-11-2024
Sahil Babayev: "Bu paket 3 milyon insanı əhatə edəcək"
12:00 / 21-11-2024
Rusiyaya güclü artilleriya sistemləri göndərirlər - Foto
11:50 / 21-11-2024
Ermənistan 78 artilleriya qurğusu almaq istəyir
11:45 / 21-11-2024
Generalın oğlu vəzifəyə təyin olunub
11:43 / 21-11-2024
Rusiya Həştərxandan ballistik raket buraxıb - Foto
11:39 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqlayıb
11:27 / 21-11-2024
COP29 zirvəsi Ərdoğanı leyboristlərlə barışdırıb
11:19 / 21-11-2024
Dövlət sərhədini pozan hava gəmiləri və... - Hökumət yeni qərar verib
11:15 / 21-11-2024
Bakıda daha 46 marşrutun fəaliyyəti bərpa olunur
10:56 / 21-11-2024
Şəhid ailələri ilə bağlı yeni qaydalar təsdiqlənib
10:54 / 21-11-2024
Pivə istehsalçıları cərimələnib
10:42 / 21-11-2024
İranda güclü zəlzələ olub
10:03 / 21-11-2024
İlon Mask miqrasiya ilə bağlı təklif verib
10:02 / 21-11-2024
BMT rəsmisi: "Bakı Bəyannaməsi gələcək üçün mühüm impuls yaradacaq"
09:58 / 21-11-2024
Akula idmançını parçalayıb
09:51 / 21-11-2024
Vladimir Zelenskinin gizli planı varmış
09:42 / 21-11-2024
Merkel: “Tramp Putinə heyran olub”
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
09:36 / 21-11-2024
Bjaniya: “Moskvaya müraciət etməmişik”
09:26 / 21-11-2024
Mask Trampın dəstəyi ilə almanlara meydan oxuyur
09:23 / 21-11-2024
BMT Baş katibi Azərbaycana gəlib - Foto
00:02 / 21-11-2024
Tramp keçmiş prokuroru NATO-ya göndərir
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
16:18 / 19-11-2024
Birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - Siyahı
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
00:03 / 19-11-2024
Yer kürəsinə təhlükə: qitələr arasındakı məsafələr itəcək
17:14 / 19-11-2024
Zenqin Mask haqqında dedikləri təəccüb doğurub
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
Tarix: 28-01-2024 15:36 | Bölmə: Müsahibə
Prezidentliyə namizəd dövlət idarəetməsində köklü islahatlara və ölkədə amnistiyaya ehtiyac görür
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin namizədlərindən biri də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevdir.
Prezdentliyə 7 namizəddən biri olan Qüdrət Həsənquliyev Bakıda və ölkənin müxtəlif bölgələrində seçicilərlə görüşür, onları seçki platforması ilə tanış edir, qalib gələcəyi təqdirdə görüləcək işlərlə bağlı vədlərini verir.
Qüdrət Həsənquliyev Reyting.az-a müsahibəsində də əvvəlcə seçki platformasında nəzərdə tutulan ən vacib məsələlərdən danışıb. O, seçki kampaniyası dövrünün qısa olmasına baxmayaraq daha çox görüş keçirməklə seçicilərinə vacib mesajlar verdiklərini açıqlayıb.
Onun sözlərinə görə, seçki kampaniyası dövrünün qısa olmasından başqa problemlər də var:
- Əslində normal imkanlarımız olsa, ölkədəki bütün televiziyalar siyasi partiyaların fəaliyyətini işıqlandırsalar problemlərlə üzləşmərik. Xatırlayıram 90-cı illərin əvvəllərini, ölkədə fəaliyyət göstərən bütün televiziyalar partiya qərargahlarına gəlir, partiya funksionerlərindən baş verən hadisələrlə bağlı açıqlamalar alırdılar. Partiyaların belə bir imkanı olsaydı, indiki halda təbliğat üçün iki ay da normal müddətdir.
Bundan başqa, seçki kampaniyası dövründə televiziyalar ya prosesə qatılmırlar, ya da reklam qiymətlərini çox baha edirlər. Ona görə də bizim pulsuz efir vaxtından başqa efir almaq imkanlarımız çox məhduddur.
Əlbəttə, problemlərimiz var, həm də çoxdur. Biz də bu problemlərin olmaması üçün düşünürük ki, ölkədə köklü konstitusiya islahatları aparılmalıdır, proporsional seçki sistemi bərpa olunmalıdır, parlamentli respublika modelinə keçilməlidir, prezident məhdud səlahiyyətlərlə 5 il müddətinə parlamentdə seçilməlidir, o, icra hakimiyyətinin başçısı olmamalıdır, baş nazir icra hakimiyyətinin başçısı olmalıdır. O da parlamentdə deputatlarla birlikdə 4 il müddətinə seçilməlidir. Əgər bir şəxs yaxşı işləmirsə, xalq onu dəyişmək üçün 5 il gözləməməlidir, ya da inqilab, yaxud siyasi böhran yaradıb onu istefaya məcbur etməməlidir. Ona görə də 4 ildən bir imkan olmalıdır ki, hakimiyyətin fəaliyyətinə xalq qiymət versin və onu dəyişsin.
Parlamentli respublika modeli belədir ki, xalq həm də siyasi partiyanı istədiyi qədər dəstəkləyə bilər.
Biz onun üçün köklü islahatlar aparılmasını istəyirik ki, ölkədə güclü siyasi rəqabət olsun. Bundan başqa, hesab edirik ki, hər hansı partiya, yaxud partiyaların bloku topladığı səsdən asılı olmayaraq (hətta xalqın 99,99 faizinin səsini alsa belə) parlamentdə yerlərin üçdə ikisindən çoxuna sahib ola bilməməsi Konstitusiyada birbaşa öz əksini tapmalıdır. Yerdə qalan üçdə bir yerin (biz 151 nəfərlik parlamenti nəzərdə tuturuq) 51-i ən azı sonra ən çox səs toplamış iki partiya arasında bölünməli və parlamentdə minimum 3 partiya təmsil olunmalıdır.
Biz həm ATƏT, həm də MDB məkanında tək ölkəyik ki, parlamentimizdə fraksiyalar yoxdur. Hesab edirik ki, fraksiyalar olmalı və onlara geniş səlahiyyətlər verilməlidir, ölkədə ictimai əka-səda doğuran cinayət xarakterli hadisələr baş verəndə parlamentin deputat-istintaq komissiyası yaratmaq səlahiyyəti olmalıdır və bu, birbaşa Konstitusiyada bir vəzifə olaraq parlamentin üzərinə qoyulmalıdır.
Azərbaycanda vahid İstintaq Komitəsi yaradılmalıdır. Cinayət işlərini başlamaq səlahiyyəti yalnız bir orqanda olmalıdır. Prokurorluqla Ədliyyə Nazirliyi birləşdirilməlidir, ədliyyə naziri həm də baş prokuror funksiyalarını yerinə yetirməlidir. Prokurorluqdan istintaq alınmalıdır.
- Bunlar hamısı sizin seçki platformanızda öz əksini tapıb. Platformanızdakı bu istəklərinizə cəmiyyətin, hakimiyyətin reaksiyası necədir?
- Biz hələ ki seçki platformamıza insanların real münasibətini öyrənmək üçün ictimai rəy sorğusu keçirməmişik. Səmimiyyətlə deyirəm, bu, yeganə platformadır ki, konkret nə edəcəyimiz, hansı müddətə edəcəyimiz öz əksini tapıb. Məsələn, seçicilər platformamla tanış olub mənə səs verəcəklərsə, onlar biləcəklər ki, Qüdrət Həsənquliyev bir il müddətində nə edəcək. Biz bir il müddətində yeni Konstitusiya qəbul edib, onun əsasında da yeni Seçki Məcəlləsi qəbul edib parlament seçkiləri keçirəcəyik. Deməli, bir ildən sonra artıq yeni hökuməti parlament formalaşdıracaq. Mən də keçid dövrü üçün prezident olacağam.
Bundan başqa, biz bu islahatları təkcə öz partiyamızla, öz kadr potensialımızla həyat keçirəcəyimizi demirik. Biz bunu milli birlik hökuməti yaratmaqla edəcəyik. Cəmiyyətdə, ölkənin ictimai-siyasi həyatında özünü bir il müddətində yaxşı mənada təsdiqləmiş insanların hamısına hökumətdə təmsil olunmaq təklif olunacaq. Qəbul edənlər həmin milli birlik hökumətinin formalaşmasında iştirak edəcəklər. Milli birliyə nail olmaq üçün seçkilərdən sonra dərhal ilk qəbul olunacaq qərar parlamentə amnistiya aktı layihəsinin göndərilməsi olacaq.
Yerli idarəetmə ilə bağlı konkret və ciddi qərarlar qəbul olunacaq. Məsələn, Azərbaycan indi 85 kiçik rayonlara bölünüb, bu, həddindən çox məmur ordusu deməkdir və xalq yerli dövlət hakimiyyət orqanlarının formalaşdırılmasında iştirak etmir. Bələdiyyələr də bildiyiniz kimi, dövlət hakimiyyət orqanı yox, yerli özünüidarəetmə orqanıdır. Biz hesab edirik ki, yerli dövlət hakimiyyət orqanlarının formalaşdırılmasında xalq iştirak etməlidir.
Azərbaycan 15 vilayət, yaxud region kimi inzibati ərazi vahidinə bölünməli, onların məclisləri olmalıdır. Bu məclislərin tərkibi 25 nəfərdən 31 nəfərə qədər dəyişə bilər. Xalqın seçdiyi həmin məclis Azərbaycanın Ali Məclisində (biz Milli Məclisin də Ali Məclis adlandırılmasını istəyirik) ölkənin baş naziri seçiləcəksə, yerlərdə də həmin inzibati ərazi vahidinin rəhbəri müəyyənləşəcək.
Bundan başqa, yerli özünüidarəetmə orqanları kimi bələdiyyələr saxlanılacaq və hər yaşayış məntəqəsinin özünün bələdiyyəsi olacaq. Amma böyük bir ərazidə yerli özünüidarəetmə orqanlarının geniş səlahiyyətləri olacaq. Məsələn, Yardımlıda, yaxud da hansısa bir kənddə kimsə tövlə tikmək istəyirsə, o Bakıya gəlib Arxitektura və Şəhərsalma Komitəsindən icazə almalıdır. Biz hesab edirik ki, orada istər mənzil, istərsə də obyekt tikintisi məsələsi region səviyyəsində həll olunmalıdır. Yerli özünüidarəetmə orqanlarına belə geniş səlahiyyətlər vermək lazımdır. O adamları da xalq seçdiyindən onlardan asılı olacaqlar. İndiki halda icra başçısının insanlardan elə bir asılılığı yoxdur. Dövlət idarəetməsini xalqa yaxınlaşdırmaq, xalq üçün əlçatan etmək üçün bu islahatlara gedilməlidir. Belə köklü islahatlara gedilərsə, ölkədə doğrudan da böyük sıçrayışa nail ola bilərik.
Hökumət elan edib ki, ümumi daxili məhsulumuzun (ÜDM) həcmində 2023- ildə 1,1 faiz artım olub. Bu artım sürətini nəzərə alan Dünya Bankının hesablamalarına görə Azərbaycanda 2050-ci ildə adambaşına düşən ÜDM-nin həcmi təqribən 14 min dollar olacaq. Mən televiziyadakı çıxışımda da qeyd etdim ki, Macarıstanda hazırda bu göstərici 21 min dollardır. Deməli, hələ 2050-ci ildə biz Macarıstandakı göstəricinin az qala yarısına çatacağıq. Biz bu artımla nəyə nail ola bilərik?
Ölkədə bu gün yaşayış minimumun həddi 270 manat, minimum əmək haqqının məbləği 345 manat, orta əmək pensiyasının həcmi 483 manatdır. Bu pulla necə yaşamaq olar? Ona görə, mən deyirəm ki, dövlət quruculuğu istiqamətində bu islahatları həyata keçirmədən heç nəyə nail olmaq mümkün deyil. Bu islahatlar nəticəsində iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən mütləq çıxarılmalıdır. Bizdə bu gün bazar iqtisadiyyatının elementləri olan əslində planlı iqtisadiyyat mövcuddur.
BMT-nin ticarət və inkişaf üzrə hesabatında Azərbaycan iqtisadiyyatının zəif nöqtələri qeyd edilir və bildirilir ki, əgər ora investisiya qoyursunuzsa, bunu nəzərə almalısınız. Orada birinci göstərilir ki, ölkə hələ də Ermənistanla müharibə vəziyyətindədir.
Biz xarici investorların Azərbaycana gəlməsi üçün çalışmalıyıq ki, tezliklə sülh sazişinə nail olaq.
İkincisi, qeyd edilir ki, Azərbaycan neftdən çox asılı vəziyyətdədir, qeyri-neft sektoru inkişaf etməyib. Bu da azmış kimi, bildirilir ki, neftin hasilatı və qiyməti kəskin aşağı düşür. Yəni, siz onu da nəzərə alın ki, neft pulları gələcək, sizin bundan faydalanmağınız da olmayacaq.
Bundan əlavə, vurğulanır ki, ölkədə manatın məzənnəsi daim risk altındadır, yəni bir günün içində devalvasiya baş verə bilər.
Eyni zamanda qeyd edilir ki, bank sektoru ölkədə çox zəifdir, siz bunu da nəzərə almalısınız. Bu da doğrudur, ona görə ki, 2023-cü ildə ölkə iqtisadiyyatına 20 milyard investisiya qoyulub, bunun cəmi 3 faizi bank kreditləridir. Banklar nə uzun müddətə kredit vermirlər, nə də məbləğ böyük deyil. Verilən məbləğlə də istehsal sahəsi qurmaq olmaz. Deməli, bank sektoru da iqtisadiyyatın inkişafına töhvə vermir.
Ölkənin Dövlət Neft Fondunun pullarının 70 milyarda yaxını xaricdə saxlanılır, bu il birinci dəfədir ki, 7 faiz qazanc verib. Bank kreditlərinin minimum aşağı səviyyəsi 13, yuxarı səviyyəsi 27 faizdir. Həmin pulu bizim yerli banklarda saxlasalar, dövlət daha çox pul qazana bilər. Amma dövlət öz banklarımıza güvənmir. Məsələn, son 10 ildə bankların sayı 45-dən 24-ə düşüb, 21-i bağlanıb. Bu banklarda nə qədər iş adamının, vətəndaşın pulu batıb. Ona görə ki, vətəndaşın pulunun cəmi 30 min manata qədəri sığortalanıb, qalanı batıb. Bu səbəbdən insanlar pullarını evdə saxlayır. Dövlət vətəndaşın pulunu evdə saxladığını bilir.
2022-ci ildə cinayət yolu ilə əldə olunmuş “Əmlakın legitimləşdirilməsi və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanun qəbul edildi. Bu qanunun 3-cü və 4-cü maddələrinə görə dövlət orqanları 20 min manatdan yuxarı alış-satış zamanı müştəri uyğunluğunu (yəni həmin vəsaitin mənbəyini) soruşmalıdır. İnsanlar ev almağa gedir, deyirlər ki, pulun mənbəyini göstərin.
Prezident 2021-ci ildə “Azərbaycan -2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlər haqqında” sərəncam imzalayıb. Orada hökumətə kölgə iqtisadiyyatının həcminin azaldılması (“yox edin” deyilmir, çünki bilir ki, bu tam mümkün deyil) tövsiyə edilir. Bu o deməkdir ki, kölgə iqtisadiyyatı böyükdür. Əgər kölgə iqtisadiyyatı böyükdürsə, hökumət onu məhv etmək yox, legitimləşdirmək haqqında düşünməlidir.
Elçibəyin hakimiyyəti dövründə, 1993-cü ilin yanvar ayında “Varidata təminat haqqında” konstitusiya qanunu qəbul olunmuşdu. 1995-ci ildə yeni Konstitusiya qəbul etmişik, ondan sonra hökumət bu konstitusiya qanununu nəzərə almır. Amma o qanun qüvvədədir, ona görə ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın keçid müddəalarının 8-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının bu Konstitusiya ilə ziddiyyət təşkil etməyən əvvəlki bütün qanunlar öz hüquqi qüvvəsini saxlayır. Yəni “Varidata təminat haqqında” Qanun da Konsitusiya ilə heç bir ziddiyyət təşkil etmir. Həmin qanunda da qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşı heç bir izahat və deklorasiya təqdim etmədən öz vəsaitlərini istehsal müəssisələrinə yatıra, özünün şəxsi məqsədləri üçün istifadə edə bilər, hətta xaricdəki pullarını Azərbaycana gətirə bilər. Təəssüf ki, bu qanun qüvvədə olsa da, ondan daha aşağı hüquqlu qüvvəyə malik olan qanun qəbul etdilər. Bununla əhaliyə böyük problemlər, çətinliklər yaradıblar.
Mərkəzi Bankın rəhbəri də Milli Məclisin iclasında evlərdə 10 milyard pul olduğunu deyirdi. İnsanlar banklara inanmırlar. Məsələn, mənim pulum olsa, niyə bankda saxlamalıyam? Dövlətin özü də pulunu xarici bankda saxlayır. Bu halda, niyə mən öz pulumla risk etməliyəm? Ona görə də insanlar pullarını banka qoymurlar. Deməli, biz birinci növbədə kölgə iqtisadiyyatını məhv etmək yox, onun legitimləşdirilməsi haqqında düşünməliyik. Bizim hökumət isə o qanunu qəbul etməklə kölgə iqtisadiyyatını legitimləşdirmək yox, sanki onu məhv etməyə çalışır. Bu, əslində yolverilməzdir və insanlar da məcburdurlar, yenə başqa yollara əl atsınlar, alqı-satqı müqavilələrini həyata keçirmək üçün əlavə pul ödəsinlər. Ona görə deyirəm ki, Azərbaycanda köklü kompleks islahatlara ehtiyac var, ölkə yenidən qurulmalıdır.
Biz möhtəşəm bir uğura imza atmışıq, Qarabağ üzərində dövlət suverenliyini bərpa etmişik. Bundan sonra ölkəmizi yenidən qurmaq haqqında düşünməliyik və bizim platforma da bu dəyişikliklərə, konkret nəyi nə vaxt həll etməyə hesablanıb.
İqtidarın təmsilçilərinin çıxışlarını görürsünüz: onlar keçmişin uğurlarından danışırlar, adətən faizlər sadalayırlar, keçmiş dövrlə müqayisə edirlər. Biz onlardan soruşuruq ki, sizin söylədiyiniz artımlar nə qədər olub, rəqəmi də deyin? Mən sual verdim ki, qiymətlərin nə qədər artdığını da deyin. Məsələn, o dövrdə ərzaq məhsullarının qiyməti neçəyə idi, indi neçəyədir?
Prezident seçkiləri kampaniyası elədir ki, burada əgər icra hakimiyyətinin təmsilçisi prosesə qatılırsa, təkcə gördüyü işlər haqqında hesabat verməməlidir, həm də bundan sonra edəcəklərindən danışmalıdır. Hansı addımları atacaqlarını, onlardan nə gözlədiklərini açıqlamalıdırlar. Bununla bağlı insanlara vəd verilməldir, amma biz bunu görmürük.
Platformamızla nə qədər insanın tanış olduğunu bilmirəm, seçicilərin səsvermədə nə qədər aktiv olacağı bəlli deyil, hər halda, hesab edirəm ki, siyasi partiya seçkiyə qatılmalıdır.
Bilirsiniz, ölkəmizdə demokratiyanı inkişaf etdirmək istəyiriksə, hamı əziyyət çəkməlidir. Mənim getdiyim görüşdə 150-200 nəfər iştirak edirsə belə, onun birinin naminə belə seçkiyə qatılmağa dəyər.
- Seçicilərlə görüşlərinizdə daha çox hansı problemlər, məsələlər qaldırılır?
- Birincisi, son vaxtlar yuxarıda qeyd etdiyim alış-veriş edə bilməmələri ilə bağlı məsələni qaldırırlar.
İkincisi, əmlakların qeydiyyatı ilə bağlı məsələ qaldırılır.
Bilirsiniz ki, Bakıda insanlar 500-600 min manatlıq evlər tikiblər, amma dövlət qeydiyyata almır, insanlar stress, gərginlik altında saxlanılır. Onlar çox narahatdırlar, istəyirlər ki, əmlkalarını nə vaxtsa satmaq, yeri gələndə girov qoyub bankdan kredit götürə bilmək üçün qeydiyyata aldırsınlar. İnsanlar daha çox bunu istəyirlər.
Sözsüz ki, insanlar iş yerləri istəyirlər. Onlar övladlarının iş axtarmaq üçün ölkəni tərk etməsindən narahatdırlar. İş yerləri açmaq üçün, söylədiyim kimi, islahatlar aparılmalıdır.
Bundan başqa, məsələn, Lənkəranda mənə uşaqlarının müharibədə yaralanmasına baxmayaraq, əlillik bir tərəfə, heç veteranlıq verilməməsi ilə bağlı çox sayda müraciətlər edildi. Ona görə hesab edirik ki, milli birlik hökumətində ilk növbədə canı və qanı ilə bu millətə bağlı olan, məsələn, dövlətin kasıb insanlar üçün ayırdığı pullara qənaət etməsi ilə öyünməyən, yoxsulluğun, kasıblığın nə olduğunu bilən, xüsusilə də müharibədə sağlamlığını itirənlərdən biri Əmək və əhalinin sosial müdafiə naziri olsun.
Yeri gəlmişkən, dövlət qulluqçularının sayı üçdə birə qədər azaldılmalıdır. Məsələn, Səhiyyə Nazirliyi və TƏBİB var, bir də Əmək və əhalinin sosial müdafiə nazirliyində sosial-tibbi reabilitasiya agentliyi var. Bunlar üçü Səhiyyə Nazirliyində birləşdirilməlidir. Nazirliyin verdiyi arayış əsasında da insanlar əlillik dərəcələri alacaqlar. Beləliklə, hər şeyi bir dövlət orqanı həll edəcək.
Azərbaycanda çoxlu agentliklər, komitələr, publik hüquqi şəxslər yaradılıb, dövlət aparatı həddindən artıq şişib. Biz deyirik ki, 85 rayon əvəzinə 15 inzibati vahidlik yaransın, bu zaman nə qədər dövlət məmurunun sayı azalacaq. Əvəzində işləyənlərə yüksək əmək haqqı və dövlər qulluğunda işləmiş digər şəxslərə güzəştli kreditlər veriləcək ki, kimsə gedib biznesini qursun, bunu istəməyən isə özəl sektorda özünə iş tapsın. Biznes mühitini yaxşılaşdıranda sahibkarlar məşğul olduqları biznes sahələrini genişləndirmək imkanı əldə edəcəklər, yeni iş yerləri açılacaq, ölkəyə xarici investisiya gələcək, bunun üçün də vergi cənnəti yaratmalıyıq.
Hesab edirəm ki, xarici investorlar Azərbaycana pul qoyurlarsa, bu məbləği çıxarana qədər bütün növ vergilərdən azad olmalıdırlar. Sonrakı 5 il ərzində isə onlara 50 faiz vergi güzəşti edilməlidir. Bu da bizim platformada öz əksini tapıb. Məsələn, metro tikintisi ilə bağlı xarici şirkətləri cəlb edəcəyik, deyəcəyik ki, gəlib tikib qazansın, həm də yerli işçi götürsün, bizim insanlarımız da metrodan yaxşı istifadə edə bilsinlər.
Dünyanın keçdiyi bir yol var, dediklərim mənim tərəfimdən edilən xüsusi kəşf olunmuş, yaxud düşünülmüş bir ideya deyil. Bütün imkişaf etmiş ölkələr bu yolu keçiblər. Biz də bu yolu keçməliyik.
Televiziya çıxışlarımın birində demişəm ki, inkişafdan danışırıq, 34 milyard büdcəmizin gəlirləridir, onun da 12 milyardan çoxu Dövlət Neft Fondundan transfertdir. Məsələn, Belçikada 260 milyard dollardır. Çexiyanın Azərbaycan qədər əhalisi var, büdcə gəliri 103 milyard dollardır. Macarıstanın büdcə gəlirləri bizimkindən üç dəfədən də artıqdır. Odur ki, əsas məsələ ölkənin yenidən qurulmasıdır.
- Platformanızda vətəndaşların mülkiyyət hüquqlarının qorunması da qeyd olunur. Sizcə, bu sahədə problemlər hansı səviyyədədir?
- Ölkədə bir şəxs heç vaxt qanunların icrasına nəzarət edə bilməz. Bunun üçün ilk növbədə parlamentin geniş səlahiyyətləri olmalıdır.
İkincisi, ölkədə istənilən səviyyədə məhkəmə hakimiyyəti olmalıdır. Yəni məmur özbaşınalığı ilə üzləşən şəxs birbaşa məhkəməyə müraciət etməlidir.
Mən BMT-nin ticarət və inkişafa dair konfransının Azərbaycana dair hesabatını misal çəkdim. Orada da qeyd olunur ki, Azərbaycanda mülkiyyətin toxunulmazlığı ilə bağlı çox ciddi problemlər var. Azərbaycana investisiya qoymaq istəyən ölkədə bank sektorunun zəif, manatın məzənnəsinin risk altında olduğunu, mülkiyyət toxunulmazlığı ilə bağlı ciddi problemlər olduğunu, qeyri-neft sektorunun inkişaf etmədiyini, neftin hasilatının azaldığını, ölkə iqtisadiyyatının neftdən asılı vəziyyətdə olduğunu, Ermənistanla müharibə vəziyyətində olduğunu oxuyur və buna görə də investisiya qoymur. Bizdə keçən ilin 9 ayının rəqəmləri var və oradan bəlli olur ki, Azərbaycana 4 milyard dollardan bir az artıq investisiya qoyulub.
- İlham Əliyev 7 namizəd arasında ən çox səs toplamağa ən şanslı hesab olunur. Siz həmin namizədlər arasında daha fəal təbliğat və təşviqat kampaniyası aparırsınız. Qalan 6 namizəd arasında səs toplamaq baxımından özünüzü ən şanslı hesab edirsiniz?
- Bilirsiniz, seçkidə qalib gəlmirsənsə, neçənci yer tutmağın elə bir əhəmiyyəti yoxdur. Mənə çox adam sual verib ki, seçkidə qalib gəlmək şansınız yüksək deyilsə, niyə prosesə qatılmısınız? Bayaq dedim ki, siyasi partiya hər bir halda seçkidə iştirak etməlidir.
İkincisi, bu bir yarışdır, mən bunu idman yarışı ilə müqayisə edirəm. Çempionatın favoritləri olur. Onda gərək Azərbaycanın futbol üzrə milli komandası heç vaxt Avropa çempionatının, dünya çempionatının seçmə mərhələsinin yarışlarına qatılmasın. Bizdə də elə siyasi partiyalar var ki, ümumiyyətlə, yarışa qatıla bilmirlər. Biz isə yarış iştirakçısıyıq. Hesab edirəm ki, Azərbaycanda seçkilərə mütləq qatılmaq lazımdır. Seçkilər imkan verir ki, biz ölkəmizin problemləri, gələcəyi ilə bağlı alternativ ideyaları, fikirləri xalqımıza çatdıraq. Xalqımızın bunu necə qəbul edəcəyi, bu ideyaların gerçəkləşməsi üçün hansı fədakarlığa hazır olub-olmaması, insanların bir-birinə güvənib-güvənmədiyi, artıq xalqdan asılı olan məsələdir.
Bəziləri gözləyir ki, camaat gəlib qutuya səsini atıb getdikdən sonra namizəd hər şeyi həll etməlidir. Axı namizəd bir nəfərdir, onun komandası olmalıdır, xalq onun ideyaları ilə tanış olmalıdır, götür-qoy etməlidir. Xalq düşünməlidir ki, YAP artıq yeni heç nə təklif etmir, ona prosesin belə davam etməsi lazımdırmı? Bu vəziyyətin davam etməsi xalqı qane edirsə, belə də gedəcək.
Bilirsiniz, xalqımız demokratik, hüquqi dövlətdə yaşamayıb, indikindən daha yaxşı həyatın nə olduğunu çoxu bilmir. Çox vaxt insanlar deyir ki, buna da şükür. Amma biz çalışırıq insanları inandıraq ki, bundan daha artığına layiqsən, indikindən daha yaxşı yaşaya bilərsən, indikindən daha yaxşı dövləti övladın üçün qoyub gedə bilərsən ki, orada sənin uşağının hüququnu heç kim poza bilməyəcək, yaxşı təhsil ala, özünə iş tapa, ailə qura, ev ala, özünü təmin edə biləcək. Bunun üçün həm özünə, həm də ətrafındakılara inanmalısan ki, qonşumla, qohumumla, ailəmlə, kəndçimlə, rayonlumla, xalqımla birlikdə bu işi görə bilərik. İnanmalısan və reallığın dəyişməsi üçün nəsə etməlisən. Nəsə etməyib, ancaq seçkiyə qatılana irad tutmaq da düzgün deyil. Mən də qatılmayım, gedim oturum evdə, onsuz da bununla seçki prosesini poza bilmirsən. İstənilən iqtidarın imkanı var ki, elə öz partiyasının sıralarından min namizəd irəli sürsün. Ona görə kiminsə seçkiyə qatəılmaması ilə vəziyyətin dəyişəcəyinə arxayın olmaq düz yol deyil.
Seçkiyə qatılmaq müəyyən imkanlar yaradır, bundan istifadə etmək lazımdır. Siz şahidsiniz, insanlar var ki, bu gün bir, sabah başqa söz deyiblər. Bunlar üçün son məqsəd hakimiyyətə gəlməkdir. Siz iqtidarı tərifləyib, haqqında kitab yazıb, deputat seçilməyəndən sonra 180 dərəcə dönəni də görmüsünüz. Nazirlər olub ki, həbsxanaya düşəndən sonra özünün dönməz imicini yaratmağa çalışıb, amma azadlığa çıxandan sonra kiçik vədlər qarşısında necə dəyişib.
Bunlar demokratik şüarlardan istifadə edib hakimiyyətə gəlmək istəyirlər. Bizim isə məqsədimiz hakimiyyət deyil, sadaladığım hədəflərdir. Hakimiyyət o hədəflərə çatmaq üçün bir vasitədir, ondan istifadə edib ədalətli cəmiyyət, hüquqi dövlət qurasan, ölkədə demokratiyanı inkişaf etdirəsən. Bizim əsas məqsədimiz budur. Hesab edirik ki, seçkilər, hətta qalib gəlməsən də, o məqsədlərə çatmaq üçün bir yoldur.
Digər tərəfdən, həmişə xalqımıza güvənmişik, potensialını da bilirik, bilirik ki, siyasi hazırlığı yetərincə deyil. Amma buna baxmayaraq, seçkiyə qatılmışıq, meydana çıxanda da kiminlə oynamağından asılı olmayaraq qalib gəlməyə çalışırsan. Biz də qalib gəlmək üçün çalışırıq. Nəticənin necə olması isə bizi çox üzməyəcək.
Y. QACAR
Reyting.az
Bölməyə aid digər xəbərlər

18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 21:27
Rahib Qərib: “Mən seçicilərimə vəd yox, kişi sözü verirəm” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə
9-10-2022, 14:22
Sülhəddin Əkbər: “İran yalnız Zəngəzur dəhlizinin açılacağından qorxmur” - Müsahibə