12:54 / 21-11-2024
Zaxarova: "COP29 beynəlxalq arenada Bakının nüfuzunu artıracaq"
12:45 / 21-11-2024
Trampdan qaçan amerikalılara 1 avroya ev təklif edirlər
12:38 / 21-11-2024
Rusiya-Ukrayna savaşı: Qərb silahları müharibənin xarakterini dəyişir
12:36 / 21-11-2024
Hesablama Palatası İşsizlikdən Sığorta Fondunun büdcəsi ilə bağlı təkliflər verib
12:24 / 21-11-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:13 / 21-11-2024
İrəvan-Tbilisi-İrəvan istiqamətində hava uçuşları başlayır
12:13 / 21-11-2024
Kərim Vəliyev pakistanlı komandanla görüşüb
12:00 / 21-11-2024
Sahil Babayev: "Bu paket 3 milyon insanı əhatə edəcək"
12:00 / 21-11-2024
Rusiyaya güclü artilleriya sistemləri göndərirlər - Foto
11:50 / 21-11-2024
Ermənistan 78 artilleriya qurğusu almaq istəyir
11:45 / 21-11-2024
Generalın oğlu vəzifəyə təyin olunub
11:43 / 21-11-2024
Rusiya Həştərxandan ballistik raket buraxıb - Foto
11:39 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqlayıb
11:27 / 21-11-2024
COP29 zirvəsi Ərdoğanı leyboristlərlə barışdırıb
11:19 / 21-11-2024
Dövlət sərhədini pozan hava gəmiləri və... - Hökumət yeni qərar verib
11:15 / 21-11-2024
Bakıda daha 46 marşrutun fəaliyyəti bərpa olunur
10:56 / 21-11-2024
Şəhid ailələri ilə bağlı yeni qaydalar təsdiqlənib
10:54 / 21-11-2024
Pivə istehsalçıları cərimələnib
10:42 / 21-11-2024
İranda güclü zəlzələ olub
10:03 / 21-11-2024
İlon Mask miqrasiya ilə bağlı təklif verib
10:02 / 21-11-2024
BMT rəsmisi: "Bakı Bəyannaməsi gələcək üçün mühüm impuls yaradacaq"
09:58 / 21-11-2024
Akula idmançını parçalayıb
09:51 / 21-11-2024
Vladimir Zelenskinin gizli planı varmış
09:42 / 21-11-2024
Merkel: “Tramp Putinə heyran olub”
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
09:36 / 21-11-2024
Bjaniya: “Moskvaya müraciət etməmişik”
09:26 / 21-11-2024
Mask Trampın dəstəyi ilə almanlara meydan oxuyur
09:23 / 21-11-2024
BMT Baş katibi Azərbaycana gəlib - Foto
00:02 / 21-11-2024
Tramp keçmiş prokuroru NATO-ya göndərir
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
16:18 / 19-11-2024
Birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - Siyahı
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
00:03 / 19-11-2024
Yer kürəsinə təhlükə: qitələr arasındakı məsafələr itəcək
17:14 / 19-11-2024
Zenqin Mask haqqında dedikləri təəccüb doğurub
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
Tarix: 16-02-2024 12:55 | Bölmə: Müsahibə
Röya Hüseynova deyir ki, bu tələskənlikdə özün olmağı da bacarmalısan, çünki müasir zamanın ritmi bəzən insanı dəyişə bilir...
Son vaxtlar müxtəlif teatrlarda hazırlanan yeni tamaşaların afişasında bir ad, soyad diqqət çəkir - bəstəkar Röya Hüseynova. Gənc bəstəkar Azərbaycan Dövlət Kukla Teatrının “Gözəl bahar” və “Melisa”, Dövlət Gənc Tamaşaçılar Teatrının “Antiqona” tamaşaları üçün musiqilər yazıb. Özəl “M Teatrı”nda dünya şöhrətli yazıçı Stefan Sveyqin “Yad qadının məktubu” əsəri əsasında səhnəyə qoyulan eyni adlı tamaşanın da musiqisi Röya xanıma məxsusdur.
Röya Hüseynova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının həm bakalavr, həm də magistr pilləsini bitirib, tanınmış pedaqoqlar - Əməkdar incəsənət xadimi, professor İsmayıl Hacıbəyov və Əməkdar incəsənət xadimi, professor Aydın Əzimovdan dərs alıb. O, fərqlənmə diplomu ilə bitirdiyi doğma ali təhsil müəssisəsində bu gün Beynəlxalq əlaqələr və xarici tələbələrlə iş üzrə şöbə müdiri vəzifəsində çalışır və eyni zamanda pedaqoq kimi də fəaliyyət göstərir.
Gənc xanım bəstəkar bir çox iri və kiçik həcmli əsərlərin müəllifidir. Onun əsərləri mütəmadi olaraq bir çox tədbirlər, konsertlər, layihələr və festivallarda, Azərbaycanın müxtəlif konsert zallarında, eləcə də Rusiyanın paytaxtı Moskvada və Türkiyənin bir çox şəhərlərində səslənib. Böyük Simfonik Orkestr üçün yazdığı “Yuxular” simfonik poeması Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə ifa olunub və maraqla qarşılanıb. O, Nəsiminin sözlərinə yazılan romansın, violonçel və kamera orkestri üçün konsertin, trio, kvartet, prelüdlərin və s. musiqi əsərlərinin, mahnıların müəllifidir, respublika müsabiqələri laureatıdır.
Röya xanım həm də qısa metrajlı filmlərə musiqi yazıb. Onun musiqisini işlədiyi qısametrajlı filmlərdən biri müsabiqədə “Ən yaxşı film musiqisi” nominasiyası üzrə təltif olunub.
Gənc bəstəkarın Nazim Hikmətin sözlərinə bariton xor və instrumental heyət üçün bəstələdiyi “Masalların masalı” poeması bu günlərdə ifa edilib. Yeni nəsil bəstəkarların yazdığı əsərlər sırasında uğurlu əsərlərdən biri kimi qəbul edilən Röya Hüseynovanın bəstələdiyi “Masalların masalı” poeması onunla söhbətimizə körpü saldı.
- Röya xanım, gəlin söhbətə “Masalların masalı”ndan başlayaq. Çünki böyük həcmli əsərin yaranması və ifa olunması sıradan bir musiqi hadisəsi deyil...
- Bakı Musiqi Akademiyasında həm İsmayıl Hacıbəyovun, həm də Aydın Əzimovun sinfində təhsil aldığım müddətdə müxtəlif janrlarda əsərlər yazmışam. Nazim Hikmətin yaradıcılığına müraciət etmək təklifi Aydın müəllimdən gəldi. “Masalların masalı”nı oxuyanda əsərdəki dərin fəlsəfi məna məni cəlb etdi.
Su başında durmuşuz.
Su serin,
Çinar ulu.
Ben şiir yazıyorum,
Kedi uyukluyor.
Güneş sıcak.
Çok şükür yaşıyoruz.
Suyun şavki vuruyor bize
Çinara, bana, kediye, güneşe, bir de ömrümüze...
Müəllimimlə müzakirə aparıb maraqlı bir konsepsiya hazırladıq, musiqinin ifası üçün xüsusi alətlər - fleyta, violonçel, vibrafon, arfa, o cümlədən solo bariton və xor seçdik. Bu əsərdə hər musiqi aləti şairin şeirdə yazdığı obrazları ayrı-ayrılıqda təsvir edir. Fleyta – kedi (pişik), vibrafon – günəş, arfa – su, violonçellər – Çinar ağacını, bariton şairin obrazını, xor isə canlıların ömrünü, bütün canlı aləmi canlandırmaq üçün seçilmişdir. Əslində əsəri beş il öncə yazmışam, sadəcə, müxtəlif səbəblərdən ifası yubandı.
- Müxtəlif səbəblər deyərkən nələri nəzərdə tutursunuz?
- Məlum məsələdir ki, belə böyük həcmli əsərlərin ifası, təqdimatı zamanı xeyli problemlər ortaya çıxır. Təşkilati işlər, maliyyə problemləri üzləşdiyin çətinliklərin üzdə görünən hissəsidir. Amma əsər yazılıbsa dinləyicisinə, tamaşaçısına çatmalıdır.
Aydın Əzimov hər zaman deyirdi ki, bir neçə tələbəmin bəzi əsərləri var ki, onların ifasını səbirsizliklə gözləyirəm. Müəllimimin dediyi həmin əsərlər arasında “Masalların masalı” da var idi. Təbii ki, müəllif kimi mən özüm də arzumun nə vaxt reallaşacağını gözləyirdim. Nəhayət istəyim həyata keçdi, “Masalların masalı” Akademik Dövlət Filarmoniyasının Kamera və Orqan musiqisi zalında ifa olundu. Bu, əsərin ilk premyerası sayıla bilər.
Lakin, fevralın 19-da Beynəlxalq Muğam Mərkəzində mərhum şair-rəssam Adil Mirseyidə həsr olunmuş, Aydın Əzimovun sinfinin təqdimatında “Umud çiçəkləri” konserti keçiriləcək. Bu konsertdə “Masalların masalı” əsərim tam heyət ilə ifa olunacaq. Gənc bəstəkarların maraqlı yeni müasir əsərlərini eşitmə imkanını əldə etmək istəyən hər kəsə konsertə gəlməyi tövsiyə edirəm.
- Bildiyim qədəri ilə əsər ilk dəfə ifa ediləndə müəllif kimi özünüz həmin konsertdə iştirak edə bilməmisiniz...
- Təəssüf ki, belə alındı və mən əsərin ilk ifasında iştirak edə bilmədim. Çünki Zəhra Bədəlbəylinin dəvəti ilə beynəlxalq uşaq musiqi festivalı kimi çox maraqlı bir layihə ilə məşğul idim və “Masalların masalı” ifa olunanda mən həmin beynəlxalq festivalla bağlı Moskvada səfərdə idim.
Önəmlisi odur ki, əsər dinləyicilərin xoşuna gəlib. Aydın müəllim və konsertdə iştirak edən, musiqi zövqünə inandığım dinləyicilər, musiqişünaslar əsərimi yüksək qiymətləndirdilər. Hətta müəllimimin konsert bitdikdən sonra, elə həmin gün yazdığı tərif dolu mesajı məni çox qürurlandırdı. Vətəndən kənarda ikən belə xəbər almaq başqa bir hissdir.
Mən Bakıda olmadığım üçün əsərin ifasının ərsəyə gəlməsi həmkar dostlarım Rüzgar Əhmədzadə və Azər Hacıəsgərli sayəsində baş tutdu. Minnətdarlıq hissi ilə qeyd etmək istərdim ki, məhz onlar musiqiçilərlə məşq prosesini və təşkilati məsələləri həyata keçirdilər.
Onu da qeyd edim ki, Moskvada keçirilən uşaq musiqi festivalında həm Azərbaycan nümayəndə heyəti kimi, həm də bəstəkar kimi iştirak edirdim. Müsabiqədə Zəhra Bədəlbəylinin sözlərinə yazdığım “Xoşbəxtlik quşu” mahnısı ilə Azərbaycanı təmsil edirdik. Mahnı çox qısa zamanda məhz müsabiqə üçün yazılmışdı. Mahnının ifaçısı 9 yaşlı Selin İskəndərova idi və müsabiqədə bu mahnı ilə laureat adına layiq görüldü.
- Yaradıcılığınızla tanış olanda romans janrına maraq göstərdiyinizin şahidi oldum...
- Mənim düşüncəmə görə, peşəkar bəstəkar özünü musiqinin bütün janrlarında sınamalıdır. Bu baxımdan romanslar da yazmışam və ifa olunub. Səmimi deyim ki, romanslarda özümü daha rahat ifadə edirəm. 2019-cu ildə Azərbaycanda “Nəsimi ili” elan olunanda dahi şairin yaradıcılığının öyrənilməsi və təbliği ilə bağlı çox böyük işlər görüldü, bu işə mənim də bir kiçik töhfəm olsun deyə şairin “Dinin günəşi, dünyada imanım əfəndi” qəzəlinə romans bəstələdim.
Onu da qeyd edim ki, həmin ərəfədə “Nəsimi ili” çərçivəsində Bakı Musiqi Akademiyasında BMA-nın rektoru, professor Fərhad Bədəlbəylinin bədii rəhbərliyi, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Yeganə Axundovanın təşkilatçılığı ilə gənc bəstəkarlar arasında keçirilən “Nəsimi-romans” müsabiqə-festivalında bu əsər ifa edildi. Müsabiqə-festival üçün bəstələnən 17 bəstəkarın romansları toplu şəklində kitab halında dərc olundu və bu da biz bəstəkarlara müsabiqədən yadigar, gözəl bir hədiyyə oldu. Qeyd edim ki, gənc bəstəkarların romans əsərlərindən ibarət ilk məcmuə sayılan bu kitab Azərbaycan romans janrının inkişafına da dəstək hesab oluna bilər.
Bir məsələni də vurğulayım ki, ölkə başçısının sərəncamları ilə həm “Nəsimi ili”, həm də “Nizami ili” elan etməsi gənc bəstəkarlarımıza da geniş meydan verdi. Həm Nəsimi, həm Nizami ili çərçivəsində Bakı Musiqi Akademiyasında qeyd etdiyim kimi, respublika müsabiqəsi keçirildi. Bu layihələrdə həm bəstəkar, həm də təşkilat komitəsinin nümayəndəsi kimi iştirak edirdim. Hər iki layihə çox böyük uğurla baş çatdı və müasir gənc bəstəkarlıq məktəbinə öz töhfəsini verdi,- deyə bilərəm. Həm də iki dahi şairin əsərlərinə yeni romanslar yazıldı.
- Amma dinləyicilər populyar janr kimi mahnı yazan bəstəkarları daha çox tanıyırlar...
- Xalq olaraq musiqiyə, xüsusi ilə mahnı janrına maraq göstəririk, bu, genetik kodla, yaddaşla bağlı bir duyğudur yəqin ki. Azərbaycanın bütün bölgələrindən istedadlı musiqiçilər, ifaçılar yetişib, bu gün də belə insanlarımız var, təbii ki, gələcəkdə də tanınmış musiqiçilər yetişəcək. Qarabağda doğulan insanların musiqi duyumu, səs imkanları barədə geniş danışmağa isə ehtiyac yoxdur. Valideynlərim qarabağlı olduqları üçün mən də musiqiyə, muğama, mahnıya böyük maraq göstərən mühitdə böyümüşəm.
Atam Firəddin müəllim Birinci Qarabağ savaşının od-alovundan keçən zabit və komandir idi, ixtisasca musiqiçi olmasa da, tarda, qarmonda, fortepianoda gözəl ifa etməyi bacarırdı və eyni zamanda gözəl səsi var idi. Anam isə ingilis dili müəlliməsidir, onun da gözəl musiqi duyumu var, həmçinin şeirlər yazır, rəsm çəkməyi bacarır.
Məktəbdə oxuyanda tədbirlərdə kiçik səhnəciklər qurulurdu. Belə tədbirlərin birində o səhnəciklərə musiqi yazmaq təklifi etdim. Beləliklə, teatr musiqisinə marağım yarandı. Ümumiyyətlə, musiqi məktəbində oxuduğum dövrlərdə, hələ şagird ikən müxtəlif festivallarda, müsabiqələrdə iştirak edirdim. Müsabiqələrin birində mahnımın vokal ifasını bacıma həvalə etdim. Daha sonra o da vokal sənəti ilə məşğul olmağa başladı. Belə bir mühitdə böyüdüyümüzə görə, bütün fənləri yaxşı oxuyaraq məktəbi fərqlənmə ilə bitirsəm də, mən də, bacım da təhsil olaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını, musiqi sahəsini seçdik.
Mahnı janrına gəldikdə isə peşəkar səviyyədə musiqi təhsili alandan sonra təbii ki, mahnılar bəstələməyə daha ciddi yanaşmağa başladım.
Aydın müəllim bütün tələbələrinə, o cümlədən mənə də özümü mahnı janrında da sınamağı məsləhət görür.
Bayaq qeyd etdiyim kimi, peşəkar bəstəkar gərək özünü musiqinin müxtəlif janrlarında sınasın. Mən də mahnılar yazmışam və ifa olunub. “Bənövşə”, “Çadır şəhərciyində ev tikən qarı”, “Ulu Öndər nişanəsi”, “Nə deyim?”, “Sən mənimsən, mən sənin”, “Sülh olsun”, “Xoşbəxtlik quşu” kimi mahnıları misal çəkə bilərəm. Hazırda bir neçə yeni mahnı üzərində çalışıram.
- Son illər müxtəlif teatr tamaşalarına musiqi yazırsınız. Bu yaxınlarda Dövlət Gənc Tamaşaçılar Teatrında premyerası keçirilən “Antiqona” tamaşasının uğuru haqqında yazan tənqidçilər bəstəkar kimi sizin işinizi də xüsusi vurğulayırlar. Teatrlarla əməkdaşlıq necə başladı?
- Qeyd etdiyim kimi, bəzi tədbirlərdə kiçik səhnəciklərə musiqi yazmışdım. Kiçik də olsa, bu sahədə təcrübəm var idi. Lakin ilk olaraq professional teatr səhnəsində teatr musiqisini Azərbaycan Dövlət Kukla Teatrında qoyulan tamaşa üçün yazmışdım. Teatrın quruluşçu rejissoru Saida Haqverdiyeva bir neçə il öncə quruluş verdiyi “Gözəl bahar” tamaşasına musiqi yazmağımı təklif etdi. Maraqlıdır ki, Abdulla Şaiqin əsəri əsasında hazırlanan bu səhnə əsərində rolları “Oyuq” uşaq teatr-studiyasının uşaq aktyorları oynayırdı. Həmçinin aktyor kimi tamaşaya fiziki məhdudiyyətli istedadlı uşaqların yer aldığı “Küllücə” teatr-studiyasının kiçik aktyorları da cəlb olunmuşdu. Qeyd edim ki, bu iki uşaq – teatr studiyalarının təsisçisi Saida xanımdır. Əsərdə Su, Od, Hava və Torpaq obrazlarını uşaqlar tamaşada məhz tamaşa üçün tikilmiş əlbisələrlə uşaqlar ifa edirdi və hər bir obraz üçün ayrıca mahnılar yazdım.
Ümumiyyətlə, mahnılarla zəngin rəngarəng bir tamaşa olan “Gözəl bahar” düşünürəm ki, Saida xanımla olan ilk birgə uğurlu işimiz kimi çox maraqlı alındı. Bunu tamaşaçıların rəyindən irəli gələrək qeyd edirəm və tamaşa sevildiyi üçün hələ də teatrın repertuarındadır.
Daha sonra Saida xanım Sevil Nuruqızının “Melisa” əsərinə quruluş verərkən bəstəkar kimi məni dəvət etdi və bu tamaşaya da musiqi yazdım. “Melisa” tamaşası üçün tamaşa musiqisinin tərkibində 15-ə yaxın mahnı yazıldı. Bu tamaşada quruluşçu rəssam Əfşan Əsədovanın da işini xüsusi vurğulamaq lazımdır. Səhnə tərtibatı, kuklalar və onların geyimləri çox fərqli və maraqlıdır. Sevinirəm ki, mahnılarla və gözəl səhnə tərtibatı ilə rəngarəng olan və yaxınlarda premyerası keçirilən “Melisa” kukla tamaşası olmasına baxmayaraq, balaca tamaşaçılarla yanaşı böyüklər tərəfindən maraqla izlənilir.
Xalq artisti Vidadi Həsənovun yaratdığı müstəqil “M. Teatr”la əməkdaşlığımın isə maraqlı tarixçəsi var. Dostlarla bu teatrın tamaşasına getmişdik, “M.Teatr”ında olanlar bilir, orada hər tamaşadan sonra müzakirə aparılır, tamaşaçılar öz fikirlərini bildirirlər. Mən çıxış edəndən sonra Vidadi bəy bəstəkar olduğumu bilib çox sevindi və növbəti yeni əsərdə birgə işləməyimizi təklif etdi. Bu təklifdən sonra biz “Yad qadının məktubu” əsərini hazırladıq. Tamaşa hələ də “M. Teatr”-ın səhnəsində oynanılır və böyük tamaşaçı rəğbəti qazanıb.
- Uğur növbəti uğura yol açır deyirlər. “Yad qadının məktubu”nun ardınca “Antiqona” gəldi...
- Əməkdar artist Nofəl Vəliyev Dövlət Gənc Tamaşaçılar Teatrında “Antiqona” əsərinə quruluş verməyə hazırlaşanda tamaşanın musiqisini yazmağı mənə təklif etdi. Nofəl bəylə bir neçə dəfə görüşüb əsər və tamaşa barədə gərgin müzakirələr apardıq, sonda, necə deyərlər, tamaşanın musiqi dilini birgə tapa bildik. Nofəl bəy sağ olsun ki, quruluşçu rejissor olaraq mənə güvəndi. İstedadlı, geniş dünya görüşünə malik bir rejissorla və çox peşəkar bir kollektivlə, həm də faciə janrında işləmək mənim üçün də gözəl bir təcrübə oldu.
- Bəstəkar kimi çox məhsuldar çalışır, müxtəlif janrlarda əsərlər yazırsınız. Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə yanaşı həm də beynəlxalq əlaqələr və xarici tələbələrlə iş şöbəsinə başçılıq edirsiniz. Müxtəlif beynəlxalq tədbirlərdə iştirak edirsiniz və ölkədaxili tədbirlərin təşkilatçılığında da uğurla fəaliyyət göstərirsiniz. Üstəlik, məişət ilə bağlı gündəlik işlərlə məşğul olmaq, övladın tərbiyəsinə, təhsilinə zaman ayırmaq... Bakının bu qovhaqovunda, səs-küyündə zamanın ritmini tapmaq çətin deyil ki?
- Tək Bakıda deyil, dünyanın hər yerində zaman çox sürətlə dövr edir. Zamanın ritmini tutmaq, onunla ayaqlaşmaq təbii ki, çətinləşib. Üstəlik, bu tələskənlikdə, sürətdə özün olmağı da bacarmalısan, çünki müasir zamanın ritmi bəzən insanı dəyişə bilir...
Bu gün çox təəssüf ki, tək bəstəkarlıqla böyük gəlir əldə etmək mümkün deyil, ona görə də sırf yaradıcılıq üçün ayıra biləcəyim vaxtı başqa işlərə sərf etmək məcburiyyətində oluram. Yaradıcı insanın işi sənət əsəri yaratmaqdı, əsərin ifasının ərsəyə gəlməsi məsələsi, məsələnin digər vacib tərəfi olan – kommersiya məsələsi ilə başqa insanlar, müasir dildə desək, produserlər məşğul olmalıdır.
- Ötən ilin oktyabrında ilk dəfə keçirilən Musiqi Forumunda da bu barədə fikirlər səsləndi...
- Həmin tədbirdə musiqi ictimaiyyətini narahat edən bir çox problemlər ciddi, açıq şəkildə müzakirə edildi. Mədəniyyət Nazirliyinin rəhbərliyinə minnətdarlıq edirəm ki, belə bir formatda tədbir təşkil edilmişdi. Forumda müxtəlif mövzuları, biz gənc bəstəkarları narahat edən məsələləri dilə gətirmək imkanı yaradıldı, həm də problemlərdən çıxış yollarını göstərmək fürsəti qazandıq. Təbii ki, bütün məsələləri və problemləri bir forumda həll etmək mümkünsüzdür. Mədəniyyət nazirinin və komandasının məsələlərin həllinə müasir yanaşması, faydalı müzakirələrə açıq olması şəxsən məndə gələcəyə inam oyadır.
Etibar CƏBRAYILOĞLU
Reyting.az
Bölməyə aid digər xəbərlər

18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 21:27
Rahib Qərib: “Mən seçicilərimə vəd yox, kişi sözü verirəm” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə
9-10-2022, 14:22
Sülhəddin Əkbər: “İran yalnız Zəngəzur dəhlizinin açılacağından qorxmur” - Müsahibə