09:38 / 24-08-2025
Polşalılar təhlükəsizlik məsələsində Trampa etibar etmir
08:57 / 24-08-2025
Leninqrad vilayətinə hücum olub
08:28 / 24-08-2025
ABŞ Kiyevə uzaqmənzilli raket satmağa razılıq verib
18:02 / 23-08-2025
"Qarabağ"-"Ferentsvaroş" oyununa 30 minə yaxın bilet satılıb
16:27 / 23-08-2025
Bayramovla Lavrov arasında telefon danışığı olub
16:05 / 23-08-2025
Qubada dağlıq ərazidə yanğın başlayıb
14:28 / 23-08-2025
Sabahın hava proqnozu açıqlanıb
14:25 / 23-08-2025
Üç qardaş, bir məqsəd - Elçin Mirzəbəyli yazır
11:55 / 23-08-2025
Jurnalist Günel Gözəlova vəzifəyə təyin olunub
11:08 / 23-08-2025
Yasamalda qətl: 45 yaşlı qadın öldürülüb - (Yenilənib)
09:06 / 23-08-2025
Füzulidə yanğın törədən şəxs saxlanılıb
08:12 / 23-08-2025
Günəşdə güclü partlayış baş verib
00:05 / 23-08-2025
600 bal toplayan 10 abituriyent tələbə adını qazana bilməyib
22:48 / 22-08-2025
Ağdarədəki yanğın söndürülüb - Video
22:40 / 22-08-2025
Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb
19:38 / 22-08-2025
Astarada oğul anasını öldürüb - Yenilənib
18:45 / 22-08-2025
Azərbaycan-Türkmənistan-Özbəkistan yüksəksəviyyəli görüşü keçirilib - (Yenilənib) - Fotolar
18:21 / 22-08-2025
Politoloq Rusiyada xarici agent elan olunub
18:20 / 22-08-2025
FTB Con Boltonun evində axtarış aparıb
18:12 / 22-08-2025
Ukraynalıların neçə faizi öz ölkəsində yaşamaq istəyir? - Sorğu
18:02 / 22-08-2025
“SpaceX” gizli orbital təyyarə buraxıb
17:57 / 22-08-2025
Rusiya Suriya üçün yeni pul çap edəcək
17:45 / 22-08-2025
Tramp: “İki həftə ərzində Ukrayna müharibəsinin taleyi bəlli olacaq”
17:33 / 22-08-2025
Əli Əsədov Çinin korporasiya prezidenti ilə görüşüb
17:08 / 22-08-2025
Abşeronda boya zavodu yanıb - (Yenilənib)
17:05 / 22-08-2025
İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edilib - Fotolar
16:42 / 22-08-2025
Vətəndaşları ziyarətgahlara aparmaq adı ilə aldadan şəxs saxlanılıb
16:21 / 22-08-2025
NATO-nun baş katibi Kiyevə gəlib
16:12 / 22-08-2025
Özbəkistan lideri iki prezidentə təkliflər verib
16:07 / 22-08-2025
Kolleclərə qeydiyyat tarixi uzadılıb
17:10 / 20-08-2025

18:17 / 21-08-2025

21:19 / 21-08-2025

11:25 / 21-08-2025

12:09 / 19-08-2025

16:05 / 19-08-2025

09:37 / 22-08-2025

19:38 / 22-08-2025

18:23 / 21-08-2025

18:40 / 19-08-2025

00:05 / 23-08-2025

Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
Tarix: 16-08-2023 12:08 | Bölmə: Müsahibə / Slayd

Avropa Kino Akademiyasının üzvü deyir ki, Azərbaycan kinosunun problemləri çoxdur: “Azərbaycanfilm” kimi unikal sənət ocağına 6-7 aydır ki, dövlətdən maliyyə ayrılmırsa milli kinodakı vəziyyətdən necə rahat olmaq olar?”
Kənan Məmmədov milli kinomuzun canlı əfsanələrindən biridir. “Atları yəhərləyin”, “Fəryad”, “Doğma sahillər”, “Təhminə”, “Otel otağı”, “Köhnə bərə”, “Qara gölün cəngavərləri”, “Haray”, “Küçələrə su səpmişəm”, “Qala”, “Qızıl uçurum”, “Qətldən yeddi gün sonra”, “Məhkumlar”, “Ovsunçu”, “İstanbul reysi”... kimi bədii filmlərimizin quruluşçu operatoru olub. Tofiq Tağızadə, Rasim Ocaqov, Şamil Mahmudbəyov, Eldar Quliyev, Oqtay Mirqasım, Ramiz Həsənoğlu kimi görkəmli rejissorlarla çalışıb.
Özünün dediyi kimi, dünyanın o başına -Kanadaya köçsə də, tez-tez Vətənə gəlir, doğma Bakını, doğulduğu İçərişəhəri gəzir, uzun illər çalışdığı “Azərbaycanfilm” kinostudiyasına baş çəkir, bir vaxtlar çiyin-çiyinə işlədiyi insanlarla söhbətləşir, ötən günləri yada salır.
Əməkdar incəsənət xadimi, Avropa Kino Akademiyasının üzvü Kənan Məmmədovla Azərbaycana budəfəki gəlişində görüşdük, Reyting.az-a müsahibəyə həvəslə razılıq verdi.
- Kənan müəllim, o gün sosial şəbəkədə yazışanda bu sualı sizə vermişdim, istəyirəm yenə təkrarlayım. Doğma Vətəndə günlər necə keçir?
- Artıq 6 ildir ki, dünyanın o başına -Kanadaya köçmüşəm, amma harada yaşamasından asılı olmayaraq Vətən insan üçün əzizdir. Mən də Azərbaycanı çox istəyirəm, imkan düşəndə Bakıya gəlirəm. Budəfəki gəlişim şəxsi məsələlərlə bağlı olsa da əlamətdar hadisələrə təsadüf elədi...
- Yəqin ki, kino ilə bağlı yubileyləri nəzərdə tutursunuz?
- Təbii. Bu il milli kinomuzun 125, uzun illər çalışdığım Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının isə 100 yaşı tamam oldu. Yubileylərlə bağlı keçirilən tədbirdə iştirak etdim, sənət yoldaşlarımla, dost-tanışlarla görüşdüm.

İl yarımdan çox idi ki, Vətənə gələ bilmirdim. Şablon kimi çıxmasın, hər dəfə gələndə Bakının necə dəyişdiyini, inkişaf etdiyini görürəm. Amma Bakı çox tünlükdür, sürücülər və piyadalar qaydalara əməl etmirlər. Kanadada tamam fərqli mənzərədir. Buna baxmayaraq Bakı mənə bütün halları ilə maraqlı və əzizdir. Həmişə olduğu kimi, bu dəfə də İçərişəhərə baş çəkdim, mən orda doğulmuşam, orda böyümüşəm axı. İçərişəhərin küçələri həmişə məni özünə çəkir.
- Mən sizi əslən lənkəranlı bilirdim...
- Babam Hacıəli Məmmədov 1900-cü ildə Lənkərandan Bakıya gəlib, o dövr üçün həm savadına, həm də gözəl xəttinə görə Bakı Dumasında işə götürüblər, orda mirzəlik edib. Sonra bir müddət babamgil Lənkərana qayıdıblar, atam Əzizağa kişi orda anadan olub, atam kiçik yaşlarında olanda ailəsi yenidən Bakıda yaşamağa başlayıb. Mən də 1946-cı il oktyabrın 9-da İçərişəhərdə dünyaya göz açmışam.
- Doğma Bakını, İçərişəhəri özünüzün də dediyiniz kimi, dünyanın o başına -Kanadaya dəyişmək qərarı yəqin ki, anidən, birdən-birə verilməyib?
- Sözsüz ki, Kanadaya köçməklə bağlı fikrimi bir günə verməmişəm. Qızımın həyat yoldaşı savadlı, bacarıqlı poliqlotdur, 5-6 xarici dili mükəmməl bilir. O, çalışdığı korporasiyada tenderi udduğuna görə işləmək üçün Kanadaya dəvət aldı və ailəsi ilə ora köçməli oldu. Qızım isə istedadlı pianoçudur, orda musiqi müəlliməsidir. Mən də qızıma çox bağlı bir insanam, gördüm ki, ondan ayrı qalmaq çətindir, belə qərara gəldik ki, xanımımla birgə qızımızın yanına daşınaq.
- Kanadanın hansı şəhərində yaşayırsınız?
- Kürəkənim və qızım Toronto şəhərində işləyirlər, meqapolis olduğundan Torontoda yaşamaq çətindir. Yaşadığımız şəhərin adını kürəkənim belə tərcümə edir - Təzə bazar. Bizim yaşadığımız şəhərdən Torontoya avtomobillə 35 dəqiqəlik yoldur, sakit, ekoloji cəhətdən təmiz, yaşıllıqların içərisində salınan bir şəhərdir.
- Söhbətimizin əvvəlindəki sualı bu dəfə başqa cür səsləndirim. Kənan müəllimin qürbətdə günü necə keçir?
- Qızımgil meşənin kənarında ev alıblar, təbiətin qoynunda dincəlirəm özüm üçün.
Mən 2008-ci ildən pensiyaya çıxsam da, ondan sonra quruluşçu operator kimi 6 filmdə işləmişdim, işləmək üçün yenə enerjim, sağlamlığım imkan verirdi. Sadəcə, bizim kinoda nəsil dəyişikliyi baş verdi, birgə çalışdığım rejissorların əksəriyyəti dünyasını dəyişdi, “Azərbaycanfilm”də də işlər demək olar ki, dayandı.
Yaradıcı işlə məşğul olan adam üçün sənətdən ayrı qalmaq çətindir, bir yandan da bayaq dediyim kimi, qızım üçün darıxırdım, ona görə də köçüb getməli oldum. İndi də orda həm dincəlirəm, həm də sözsüz ki, kino adamı kimi dünyada bu sahədə gedən prosesləri, yenilikləri izləyirəm.
Bugünkü cavanlar ola bilsin, yaxşı tanımır, mən axı həm də Avropa Kino Akademiyasının üzvüyəm. Rüstəm İbrahimbəyovla eyni vaxtda bu nüfuzlu quruma üzv qəbul edilmişik, sadəcə, rəhmətlik Rüstəm müəllim akademiyaya seçiləndə hələ Rusiya vətəndaşı idi. Yəni deməyim odur ki, Azərbaycandan ilk dəfə mən həmin quruma seçilmişəm.
Avropa Kino Akademiyasının müxtəlif ölkələrdə keçirilən tədbirlərinə üzvü kimi qatılaram, müzakirələrdə iştirak edirəm. Sonuncu iştirak etdiyim belə tədbir ötən ilin sonunda İslandiyanın paytaxtı Reykyavikdə keçirildi, yeni filmlərə baxıb müzakirə etdik, nominasiyaların qaliblərini seçdik. Çox istərdim ki, onların arasında nə vaxtsa Azərbaycan filmi də olsun, amma hələ ki, bu arzunu reallaşdırmaq mümkün deyil.
- Bizim kino sahəsində yenilikləri necə, izləyə bilirsinizmi?
- Əlbəttə izləyirəm, cavanlar nələrisə etmək istəyir. Amma onların çəkdikləri teleserialların bədii keyfiyyəti bir peşəkar kimi məni qane eləmir. Ümumiyyətlə, bu sahədə çoxlu problemlərin olduğu görünür. Milli Kino Günü ilə bağlı keçirilən tədbiri yarımçıq tərk etməli oldum, özümü çox pis hiss elədim?
- Niyə?
- Kino günündə göstərməyə yeni film olmadı, heç vaxt belə vəziyyət yaranmamışdı. Kinosuz da kino günü olar? Bunun özü göstərir ki, problemlər çoxdur. “Azərbaycanfilm” kinostudiyası kimi böyük ənənəsi olan bir unikal sənət ocağına 6-7 aydır ki, dövlətdən maliyyə ayrılmırsa milli kinodakı vəziyyətdən necə rahat olmaq olar? Mən dəqiq bilmirəm ki, kinomuza konseptual yanaşma necədir, nələri düşünürlər? Bəziləri deyir ki, kinostudiya baza kimi qalsın, ayrı-ayrı prodakşnlar orda film çəksinlər. Öz-özlüyündə pis təklif deyil, amma əvvəlcə gəlin görək kinostudiyanın buna texniki imkanları çatırmı, sexlərdə vəziyyət müasir tələblərə cavab verirmi, yüksək səviyyəli mütəxəssislər varmı? Bunlar yoxdur axı.

- İstedadınıza, təcrübənizə görə kinomuz, ümumiyyətlə incəsənətimiz üçün qənimət insanlardansınız. Rəsmi dairələrdən kinomuzun gələcəyi ilə bağlı fikirlərinizi, təkliflərinizi soruşan olubmu?
- Ömrümün 45 ilini milli kinomuza həsr etmişəm, 28 bədii filmin quruluşçu operatoruyam, xoşbəxt adamam ki, böyük rejissorlarımızla çalışmışam. Bu gün milli kinomuzu inkişaf etdirmək üçün xüsusi bir model, yol axtarmaq, nə bilim baş sındırmaq lazım deyil. Necə deyərlər, velosiped icad etməyə ehtiyac yoxdur. Birinci növbədə dövlət kinoya maliyyə ayırmalı, bununla da göstərməlidir ki, sahənin dirçəldilməsində maraqlıdır. Onsuz da biz bu gün Hollivudla rəqabət aparmaq gücündə deyilik.
O ki qaldı rəsmi şəkildə görüşməyə, təklif verməyə, nə deyim vallah... Mədəniyyət naziri yenə dəyişdi, başqa komanda gəldi, mən də onların heç birini tanımıram.
Bu dəfə Bakıya gələndə həmişəki kimi doğma kinostudiyamıza baş çəkdim, direktor Nazim Hüseynovla görüşüb söhbətləşdim, indiki durumu öyrəndim. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda bir yerdə oxuduğum gözəl operatorumuz və rejissorumuz Hüseyn Mehdiyevin rəhbərlik etdiyi Professional Kinorejissorlar Gildiyasına baş çəkdim, Hüseynlə fikir mübadiləsi apardıq.
- Maraqlıdır, Kənan müəllim hər dəfə kinostudiyanın qapısından içəri daxil olanda hansı hissləri keçirir?
- Əsas qapıdan keçən kimi üzbəüz binadakı ağ rəngli pəncərəni gözüm axtarır. Çünki ora mənim iş otağım olub. Nostalji hisslər keçirirəm. Yadıma düşür ki, çəkiliş qrupu səhər tezdən toplaşıb şən əhval-ruhiyə ilə minirdik avtobuslara, gedib natura çəkilişləri aparırdıq. Gecə də yorğun-arğın, lakin işimizdən razı halda qayıdırdıq kinostudiyaya. Ömür keçir, həmin insanların əksəriyyəti artıq həyatda yoxdur. Bəziləri də kinostudiyanın durğunluq dövründə gedib başqa sahələrdə iş-güc tapıblar.

Kinostudiyamıza hər gələndə birgə işlədiyim Tofiq Tağızadəni, Rasim Ocaqovu, Eldar Quliyevi, Fikrət Əliyevi yad edirəm.
Moskvada təhsilimi başa vurub 1976-cı ildə Bakıya qayıdanda Rasim Ocaqovun məşhur “Ad günü” filmində ikinci operator oldum. Düz iki il müxtəlif mövzularda sənədli filmlər işlədim. Bir gün səhər kinostudiyaya gələndə dedilər ki, Tofiq Tağızadə səni axtarır. Tofiq müəllim kimi korifey rejissorun gənc bir operatorla maraqlanması kino aləmində sıradan bir hadisə deyildi. Tofiq Tağızadə mənə İsi Məlikzadənin ssenarisini verdi və dedi ki, istəyirəm yeni filmimin quruluşçu operatoru sən olasan. Beləliklə, böyük kinoda “Evdə kişi var” filmi ilə debüt etdim. Tofiq müəllim həmişə deyirdi ki, maraqlı bir layihəm var, onu səninlə birgə işləyib kinodan gedəcəm. Amma heyf ki, həmin arzusunu həyata keçirə bilmədi.
Rasim Ocaqovla 4 film üzərində birgə işlədik. Ümumiyyətlə, Rasim müəllim kimi nəhəng rejissorla qarşılaşmağım, onunla çalışmağım mənim kino həyatımda mühüm bir hadisə oldu.

1999-cu ildə onunla “Otel otağı” bədii filmini çəkdik. Bu, Rasim müəllimin sonuncu filmi idi, çünki “Otel otağı”nı təhvil verəndən sonra xəstələndi, daha heç bir film çəkə bilmədi. Amma böyük planları, ideyaları var idi, hər dəfə görüşüb müzakirə edir, hazırlaşırdıq. Təəssüf ki, nəhəng sənətkar rəhmətə getdi və birgə planlarımız yarımçıq qaldı.
“Axırıncı dayanacaq” filmi isə kinoda sonuncu işim oldu. Həmin ekran əsərini 2014-cü ildə mərhum Fikrət Əliyevlə birgə işlədik...
- Dediyiniz kimi, həm sovet, həm də müstəqillik illərində kinomuzdakı ən görkəmli rejissorlarla birgə çalışmaq sizə nəsib olub. Belə bir məşhur rejissorumuz varmı ki, onunla işləmək istəmisiniz, amma alınmayıb?
- Çox görkəmli bir kino rejissorumuz var idi, onunla işləməyi çox arzulamışdım. Həmin şəxsin adını çəkməzdən əvvəl bir hadisəni danışım. 1990-cı il idi, Rasim Ocaqovla “Qətldən yeddi gün sonra” adlı bədii filmimizi təhvil vermək üçün Moskvaya getmişdik. “Kino Evi”ndə banket oldu, həmin rejissorla yanaşı oturmuşduq. Məni təbrik elədi, film barədə, operator işindən xoş sözlər söylədi. Dedi ki, Kənan, əla bir ssenari var, biz səninlə hökmən o filmi çəkməliyik. Həmin rejissor görkəmli həmyerlimiz, Vyetnamda milli kinonu yaradan, sonralar SSRİ Xalq artisti kimi ən nüfuzlu fəxri ada layiq görülən Əjdər İbrahimov idi. Çox istəyirdim ki, belə bir insanla işləyim, amma Əjdər müəllimlə birgə film çəkmək arzum həyata keçmədi.
- Son vaxtlar bizdə quruluşçu operatoru təsvir rejissoru kimi təqdim edirlər. Şəxsən mənim dilimə yatmır, məsələn, təsvir rejissoru Kənan Məmmədov...
- Mənim fikrimi öyrənmək istəyirsinizsə, əslində doğru seçimdir. Moskvada görkəmli professor Aleksandr Vladimiroviç Qalperinin emalatxanasında təhsil alanda sənət müəllimim də “operator” ifadəsi ilə razılaşmırdı, deyirdi ki, fermada inəyi aparatla sağan qadına da, neft-kimya sahəsində çalışana da, kino çəkəndə bizə də operator deyirlər. Şəxsən mən də hesab edirəm ki, təsvir rejissoru uğurlu ifadədir, məzmun etibari ilə işimizi tam əhatə edir, görünür bizimkilər Amerika variantını seçiblər. Yəqin ki, Amerika və Avropada istehsal olunan filmlərə diqqət etmisiniz, titrlərdə “quruluşçu operator” deyil, “kamera” sözü yazılır.
- Kənan müəllimin fikrincə 125 illik milli kinomuzun 10 ən yaxşı filmi hansılardır?
- Bu çox geniş və əhatəli cavab tələb edən sualdır. Mən bir mütəxəssis kimi adını çəkəcəyim hər bir filmi gərək geniş təhlil edim. Bəlkə bu sualı saxlayaq növbəti müsahibəmizə? İnşallah, gələn dəfə Kanadadan qayıdanda bu barədə ayrıca müsahibə edərik.
- Növbəti dəfə doğma Bakıda görüşənədək!

Etibar CƏBRAYILOĞLU
Reyting.az
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
Dünən, 16:27
Bayramovla Lavrov arasında telefon danışığı olub
22-08-2025, 22:40
Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb
22-08-2025, 18:45
Azərbaycan-Türkmənistan-Özbəkistan yüksəksəviyyəli görüşü keçirilib - (Yenilənib) - Fotolar
22-08-2025, 14:50
Növbəti köç karvanı Qarabağa çatıb - (Yenilənib)
22-08-2025, 14:45
Prezident hərbi qulluqçuları təltif edib - Siyahı
22-08-2025, 14:42
Türkiyə Ukrayna məsələsində Qərb müttəfiqlərinə bənzəmək istəmir
22-08-2025, 13:04
Hərbi ekspert: Problemimiz müttəfiqlərimiz Türkiyə və İsrail arasındakı gərginlikdir
22-08-2025, 12:44
Əliyev-Berdiməhəmmədov görüşü keçirilib - (Yenilənir) - Fotolar
22-08-2025, 11:14
ABŞ İrana yeni sanksiya tətbiq edib
21-08-2025, 21:19
Prezident və birinci xanım Ağdərə sakinləri ilə görüşüblər - (Yenilənib) - Fotolar
21-08-2025, 18:23
Trampın Rusiya-Ukrayna siyasəti iflasa uğrayacaq - Professor
21-08-2025, 14:49
Zərərçəkən ermənilərin məhkəməsində: "Girovluqda ərimin başını kəsdilər"
21-08-2025, 10:38
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur
21-08-2025, 09:27
ABŞ Putinin həbsinə order verən hakimlərə sanksiya tətbiq edib
21-08-2025, 08:08
Sentyabrda Ay, Günəş və Venera tutulacaq
20-08-2025, 17:36
Putin-Zelenski görüşünə şübhələr artır
20-08-2025, 13:26
Professor: Avropa lider böhranı ilə üzləşib - Fotolar
20-08-2025, 12:15
Müəllimlərin işə qəbulu üzrə müsahibə başlayıb
20-08-2025, 11:50
İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb
20-08-2025, 11:19
10-a yaxın ölkə Ukraynaya qoşun göndərməyə hazırdır
19-08-2025, 16:05
İsazadə: Atəşkəs üçün yeganə şans Putin-Zelenski görüşü ola bilər
19-08-2025, 14:57
Ermənilərin Qarabağa qayıtması mümkün deyil
19-08-2025, 13:56
Tramp üçün iki sınaq: Ukrayna və Cənubi Qafqaz
19-08-2025, 12:41
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
19-08-2025, 12:09
Putin sülh danışıqlarından Qərbə qarşı müharibə aləti kimi istifadə edir
19-08-2025, 11:07
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
19-08-2025, 08:13
İspaniyada 2405 nəfər istidən dünyasını dəyişib
19-08-2025, 07:52
Zelenski: ABŞ-dan təhlükəsizliyimizə təminat aldıq
18-08-2025, 18:18
Tramp, Zelenski və Putin bu həftə görüşə bilərlər
18-08-2025, 17:57
Şəhidlər xiyabanında əxlaqsız videolar paylaşan əcnəbilər həbs olunub - (Yenilənib) - Fotolar
18-08-2025, 11:03
Məsud Pezeşkian İrəvana hansı ümidlə gedir?
18-08-2025, 10:41
Putin daha çox ərazi istəyir - Foto
18-08-2025, 08:18
Tramp ölkə başçılarını Ağ evə toplayır
18-08-2025, 07:53
Ruslar SOCAR-ın Odessadakı terminalını vurub
18-08-2025, 07:47
Tramp Zelenskini Krımdan imtina etməyə çağırır
16-08-2025, 18:21
Müğənni Rəqsanə həbs edilib - 520 min dollarlıq ittiham
16-08-2025, 12:48
Üç hərbçiyə ali rütbə verilib
16-08-2025, 12:40
Prezident hərbi qulluqçuları təltif edib - Siyahı
15-08-2025, 19:12
Aya astronavt göndərəcəklər - Foto
15-08-2025, 12:11
Sabiq səfirlərdən çağırış: ABŞ ermənilərə və azərbaycanlılara real kömək etməlidir
15-08-2025, 09:05
Turistlərə gözlənilməz qadağalar tətbiq olunub - Siyahı
15-08-2025, 08:07
ABŞ və Rusiya dünyanı yenidən bölüşdürür
14-08-2025, 15:51
Xəzərdə yeni ada kəşf ediblər
14-08-2025, 14:21
Sülh prosesi geridönməz mərhələyə daxil olub
14-08-2025, 13:17
“Nikol Ermənistanı xilas etdi” - Ermənistanda hamı bu rəydədir?
14-08-2025, 10:49
Normadan artıq istilər Avropada insanları öldürür