19:08 / 21-02-2026
Azərbaycan millisi Belarus yığmasına qalib gəlib
15:31 / 21-02-2026
İctimai vəkillik layihəsi çərçivəsində tədbirlər keçirilib - Foto
15:20 / 21-02-2026
Ötən ay Azərbaycanda 18 milyon tondan çox yük daşınıb
11:21 / 21-02-2026
Sumqayıt-Laçın avtobus reysi təşkil ediləcək
11:00 / 21-02-2026
Narkotikin təsiri altında olan sürücü saxlanılıb
10:52 / 21-02-2026
Azərbaycanda işsizlərin sayı artıb
10:44 / 21-02-2026
Yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurub, ölən var
23:14 / 20-02-2026
Ramazanın üçüncü günü: dua, imsak və iftar vaxtı
20:53 / 20-02-2026
İlk dəfə 3D çapı ilə beton hazırlanıb
20:41 / 20-02-2026
Rusiyalı ekspert: Avropa buzqıran donanması Arktika üçün yetərli deyil
20:23 / 20-02-2026
Misirdə qızılla örtülmüş mumiya tapılıb
19:30 / 20-02-2026
Azərbaycandan Ukraynaya növbəti yardım göndərirlər
18:52 / 20-02-2026
Səfirlik: "Prezidentin avtomobilinə hücum aktları həyata keçiriblər"
18:45 / 20-02-2026
Elçibəyin keçmiş köməkçisi partiya sədrindən pulunu istəyir
18:31 / 20-02-2026
Bayraktar: Ermənistan Türkiyə-Azərbaycan enerji əməkdaşlığına qoşula bilər
17:33 / 20-02-2026
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni qurum yaradılır - Fərman
17:28 / 20-02-2026
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
17:24 / 20-02-2026
Holdinqin Müşahidə Şurasına yeni üzvlər təyin edilib
16:57 / 20-02-2026
STM MEDİA-ya birləşdirilir, BMTM yenidən təşkil olunur
16:50 / 20-02-2026
ABŞ 2026-cı ildə Ukraynada sülhə nail ola bilməyəcək
16:34 / 20-02-2026
Azərbaycan əhalisinin sayı açıqlanıb
16:16 / 20-02-2026
Qadınları xaricə apararaq cinsi istismara məruz qoyan mütəşəkkil dəstə aşkarlanıb - Video
15:38 / 20-02-2026
Netanyahu: Ayətullahlara təsəvvür etmədikləri cavabı verəcəyik
15:27 / 20-02-2026
Xocavəndə ilk köç karvanları gedib - (Yenilənib)
15:27 / 20-02-2026
İrana hücum zamanı ilk hədəflər müəyyən olunub
15:19 / 20-02-2026
İdman federasiyalarından birinin adı dəyişdirilib
15:02 / 20-02-2026
Qərbi Azərbaycan İcması Səməd Vəkilovu təltif edib - Foto
14:51 / 20-02-2026
Sem Altman: Süni intellekt fəlakətə səbəb ola bilər
14:37 / 20-02-2026
Müğənni Fərəh Samirəqızı saxlanılıb
09:44 / 17-02-2026
Rəssam Ayla İnsanovanın əsərləri Parisdə sərgilənib - Fotolar
16:16 / 20-02-2026
Qadınları xaricə apararaq cinsi istismara məruz qoyan mütəşəkkil dəstə aşkarlanıb - Video
14:42 / 18-02-2026
Avropa ABŞ-dan asılılığı azaltmaq istəyir: müstəqil nüvə çətiri qurmağa çalışırlar
16:31 / 19-02-2026
ASC rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb - (Yenilənib)
10:26 / 20-02-2026
Şovinist ermənilər Azərbaycanın anti-milli qüvvələrini dəstəkləyir
16:57 / 18-02-2026
İcra başçısı sabiq deputatdan polisə şikayət edib
15:31 / 21-02-2026
İctimai vəkillik layihəsi çərçivəsində tədbirlər keçirilib - Foto
16:19 / 18-02-2026
Əli Mustafa: Azərbaycanda Rusiyanın nüfuz dairəsində olan mərkəzlər zəiflədilməlidir
08:56 / 17-02-2026
ABŞ-da tələbələr kütləvi şəkildə ixtisaslarını dəyişirlər
17:02 / 18-02-2026
Məşhur kollecin direktorunun adı qalmaqalda: milyonluq mülklər...
10:55 / 18-02-2026
Daha 17 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
Kinorejissor: “İsa Məsihi gözləyirəm, şeyx nəsrullahlar yordu məni” - Müsahibə
Tarix: 21-07-2023 15:00 | Bölmə: Müsahibə

Mübariz Nağıyev: “Bəzi kinematoqrafçılar kinomuzun xəstələndiyini deyir, amma mənim qənaətim belədir ki, bizim kino ölüb!”
Televiziya məkanında uğurlu layihələrdən söhbət gedəndə mütəxəssislər və tamaşaçılar “Yadındamı” verilişini xüsusi qeyd edirlər. Dörd mövsümdür ki, ATV kanalında yayımlanan “Yadındamı” bir-birindən maraqlı araşdırmaları ilə diqqət çəkir.
Yola saldığımız televiziya mövsümündə “Yadındamı” komandasına quruluşçu rejissor kimi qoşulan tanınmış kinorejissor Mübariz Nağıyev həm də layihənin aparıcısı kimi çıxış edir.
Mübariz bəylə söhbətə televiziyadakı son işlərindən başlasaq da, daha çox kinomuzun bugünkü durumunu müzakirə etdik. Çünki müsahibim əsl kino adamıdır, çox maraqlı sənədli filmlər çəksə də, özünü daha çox böyük kinoda sübut etmək istəyir. Amma təəssüf ki...
- Kinorejissor kimi tanıdığımız Mübariz Nağıyevi televiziya layihəsində aparıcı qismində gördük. Axı yadımızdadır ki, “Yadındamı” fərqli aparıcılarla başlamışdı...
- İlk üç televiziya mövsümündə “Yadındamı” layihəsində fərqli rejissor və aparıcılar çalışmış, kifayət qədər uğur qazanmışdılar. Lakin iş elə gətirmişdi ki, aparıcılar şəxsi planları ilə bağlı bir-birinin ardınca layihədən getmişdilər.
Layihənin müəllifi, istedadlı ssenarist, araşdırmaçı Füzuli Sabiroğlu təklif etdi ki, “Yadındamı”nın aparıcısı olum. Bu təklif mənə də maraqlı gəldi və razılaşdım.
Layihənin rəhbəri Qurban Səlimovla görüşüb müzakirə aparanda isə yeni bir ideya yarandı, Qurban bəy dedi ki, sən özün rejissorsan, layihəyə başqa bir rejissor dəvət etməyə ehtiyac yoxdur. Beləcə “Yadındamı” verilişinin həm quruluşçu rejissoru, həm də aparıcısı oldum. Sözün açığı, bu işim özüm üçün də maraqlıdır, yeni nələrisə öyrənirəm.
Füzuli Sabiroğlu arxiv materialları ilə işləməyi həqiqətən də bacarır, elə faktlar tapır ki, rejissor və aparıcı kimi mənə də, tamaşaçılara da çox maraqlı gəlir. Məsələn, elə ilk verilişimiz sualtı arxeologiya mövzusuna həsr olunmuşdu, bu temada nə qədər yeni məsələlər öyrəndim.
Kino adamı kimi operator Yuri Varnovskini yaxından tanıyıram, bilirəm ki, bəzi filmlərdə sualtı çəkilişlər edib. Lakin verilişi çəkəndə öyrəndim ki, Yuri Yiriyeviç Azərbaycanda bu işi bacaran ilk operator olub, sualtı arxeologiya ilə bağlı zamanında çox maraqlı çəkilişlər həyata keçirib.
- Yeni ampluada çıxış etməyin çətinlikləri də var yəqin...
- Təbii, çətinliklər istənilən yeni işdə ola bilir. Çalışıram ki, mətni yaxşı mənimsəyim, çünki film çəkəndə rejissor olaraq aktyordan hər zaman bunu tələb etmişəm. İndi özüm həm də aparıcı kimi buna əməl etməliyəm.
Bir tərəfdən də mənim üçün çox rahatdır, “kamera xofu” deyilən hissi yaşamıram. Bəzi aparıcıların xətrinə dəyməsin, efirdə yaxşı görünmək istəyirlər, amma unudurlar ki, operator rəssam deyil, o səni necə var, eləcə də göstərir.
Təbii ki, televiziyada çalışmağın öz çətinlikləri də var, kinodan fərqli olaraq o qədər də sərbəst deyilsən, müəyyən şərtlərə əməl etməlisən, layihənin vaxt məsələsini, stilistikasını qorumalısan.
Bir məsələni də qeyd edim, televiziya layihəsinə maraq göstərməyimin bir səbəbi də kinonun bugünkü vəziyyətidir. Kino sahəsində işlər demək olar ki, dayanıb, boş oturmamaq üçün telelayihələrdə çalışmaq qərarına gəlmişəm.
“Getmək istədiyimiz istiqaməti tapa bilmirik...”

- Kinonun bugünkü vəziyyətindən söz düşmüşkən, durumu necə dəyərləndirirsiz? Amma siz Allah bircə deməyin ki, bütün problemlər bu sahəyə yetərincə vəsaitin ayrılmaması ilə bağlıdır...
- Hələ bir neçə il öncə jurnalist həmkarlarınızdan biri mənə kinomuzun düşdüyü vəziyyətlə bağlı sual vermişdi. Çox təəssüf ki, illər öncəki cavabımı yenə təkrarlamalı olacam - bəzi kinematoqrafçılar kinomuzun xəstələndiyini deyir, amma mənim qənaətim belədir ki, bizim kino ölüb! Ölünü diriltmək üçün isə Həzrəti İsanı gözləyirəm. Bu illər ərzində gələnlər isə Şeyx Nəsrullah çıxdı və bu şeyx nəsrullahlar məni yordu...
Maliyyə məsələsinə gəlincə, kino xeyli pul tələb edən sahədir. Lakin bu gün dərdimiz tək pul dərdi deyil.
- Bəs nədir?
- Biz hələ getmək istədiyimiz istiqaməti düzgün müəyyən edə bilmirik. Biri Amerika modelini, başqa birisi Avropa modelini, digəri Gürcüstan modelini çıxış yolu sayır. Bəzi gənclər isə sovetdən qalma oturuşmuş sistemdən imtina etməyə çağırır. Bunu da doğru saymıram, çünki nəyisə dağıdırıqsa, onu uçurtmaqdan əvvəl yaxşı tərəflərini götürmək lazımdır. Əgər sovet zamanında çəkilən filmlərə bu gün də maraqla baxırıqsa, deməli, o sistemdə nələrsə doğru-düzgün edilib. Sözsüz ki, sovet dövrünün ideoloji yanaşmasını bu gün tətbiq edə bilmərik, çünki azad, müstəqil ölkəmiz var, təbii olaraq öz ideologiyamız, yanaşmamız olmalıdır. Amma keçmiş siyasi quruluşda kinematoqrafiyada istifadə edilən administrativ-texniki sistemin yaxşı tərəflərindən bəhrələnmək olar.
Bayaq dedim, bəziləri təklif edir ki, Amerika sistemini seçək. Ay qardaş, axı həmin sistem tamam fərqli qurulub, məsələn, orda quruluşçu rejissor texniki heyət sayılır. Çünki Amerika sistemində filmin sahibi prodüserdir. Amma Avropa sistemində film quruluşçu rejissorundur, bizə bu sistem həmişə bir qədər yaxın olub.
İndi bəziləri kinoda inqilab etmək istəyir, amma onlar unudurlar ki, adətən inqilablar zamanı köhnə nə varsa dağıdılır, yenisi isə qurulmur.
Bəzi həmkarlarım ölkədə kinoprokatla bağlı məsələni qabardır, yadımdadır, Kino Forumunda da ayrı-ayrı çıxışlarda bu məsələyə toxunuldu, kinoteatrların sayının artırılması təklifi səsləndi. Kinoteatrların sayının artırılması təklifinə şəxsən mən iki əlli razıyam, olsun. Amma biz bu kinoteatrlarda nə göstərəcəyik? Bəlkə elə birinci bu suala cavab tapaq?
Əsas məsələ yaxşı film çəkməkdir, çünki həmin filmə Uqandada da, Almaniyada da baxacaqlar. Keyfiyyətli məhsul dünyada öz alıcısını hökmən tapacaq.
Son illər biz nə ilə məşğuluq? Kann kinofestivalında öz ayrıca stendimizi qururuq, orada göstərilən filmlərə baxıb gəlirik. Amma əslində biz kinofestival başa çatandan 5-10 gün sonra ora gedib bazarı araşdırmalıyıq, hansı filmlərin alındığını öyrənməliyik. Biz bilməliyik ki, bu gün kino bazarında hansı mövzulara, filmlərə tələbat var. Dünyanın kino bazarını öyrənə bilən prodüserlərimiz isə yoxdur. Bizdə bəziləri xoşlayır ki, titrdə adı prodüser kimi yazılsın. Sən dövlətin ayırdığı pulu mənə qonorar kimi yazırsansa, sən prodüser yox, sadəcə, administratorsan.
Kino haqqında danışanda adətən deyirlər ki, sinema zamanın güzgüsüdür. Azərbaycan kinosu ətrafımızda baş verənlərin heç 10 faizini göstərə bilmir. Biz öz milli kino brendimizi yarada bilməmişik, təəssüf ki, sovet vaxtı da bunu bacarmadıq. Gürcülər, özbəklər buna nail oldular, lakin biz edə bilmədik.
- Sizcə niyə bacarmaqdıq?
- Görünür burda mentalitet məsələsi də önəmli rol oynayır. Biz bir millət olaraq xor oxumağı deyil, muğam ifa etməyi sevirik.
Film istehsalı zamanı xeyli insan bir komanda şəklində çalışır, operator, səs rejissoru, montajçı, qrim ustası, geyim ustası, pirotexnik... Bu gün qrim ustası deyiləndə hamının yadına Elbrus Vahidov düşür, Allah ömür versin, onun da 70-dən çox yaşı var. Yaxşı bir qrim ustası yetişdirə bilmişikmi? Akif Rüstəmov kinostudiyada ən yaxşı ikinci rejissor sayılıb. Bu gün o da pensiyaya çıxıb, oturub evdə. Əsəd Əsədovdan başqa əsl peşəkar sayıla biləcək səs rejissorumuz yoxdur.
- Kinomuzun gələcəkdə inkişaf edəcəyinə heç bir ümid yoxdur?
- Niyə ki? Ümid hər zaman var. Yeni nazir Adil Kərimli mədəniyyət sahəsində müəyyən müsbət işlər görməyə başlayıb. Kino sahəsinə, belə deyim də, növbə hələ çatmayıb. İnşallah, kinonun inkişafı üçün işlər görülməyə başlayandan sonra doğru-düzgün qiymət vermək olar. İndilikdə bizə ümid etmək qalır.
- Kino Agentliyi bu günlərdə film layihələri müsabiqəsi elan etdi. Layihə təqdim etməyi düşünürsüzmü?
- Yox.
- Niyə?
- Çünki müsabiqənin obyektivliyinə inanmıram. Agentlik az qala iki ilə yaxındır yaradılsa da bir qurum kimi hələ də formalaşmayıb. Formalaşmayan agentlik necə müsabiqə keçirir, bu mənim üçün çox maraqlıdır.
- Görkəmli rəssamlarımız haqqında sənədli filmlər çəkmisiniz. Bu təsadüfdən belə alınıb, yoxsa rəssamlığa xüsusi marağınız var?
- Sözün açığı, təsadüfən belə alınıb. Bir vaxtlar Mədəniyyət Nazirliyinin belə bir layihəsi var idi, həyatda olan böyük fırça ustalarımız barədə silsilə sənədli filmlər hazırlanması qarşıya məqsəd kimi qoyulmuşdu. Həmin layihəyə uyğun olaraq Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Elbəy Rzaquliyev, Oqtay Sadıqzadə ilə bağlı filmlər çəkdim. Bu sənədli filmləri təkcə özümə görə deyil, həm də ona görə dəyərli hesab edirəm ki, adlarını sadaladığım böyük fırça ustalarımız həyatda sağ olarkən onları lentə ala bildik. Mirnadir Zeynalov barədə film isə Milli Xalça Muzeyinin direktoru Şirin xanım Məlikovanın təklifi ilə ərsəyə gəldi. Filmi başlayanda Mirnadir müəllim ağır xəstə idi, onu çox çətinliklə lentə ala bildik. Özü haqqında çəkilən filmi görmək Mirnadir müəllimə nəsib olmadı, biz filmin montajı üzərində işləyərkən o, dünyasını dəyişdi.
Bir məsələni də qeyd etmək istəyirəm, bu günə kimi xeyli sayda sənədli film çəksəm də, əslində özümü sənədli film rejissoru saymıram.
- Niyə?
- Hər zaman belə hesab etmişəm ki, sənədli film çəkmək üçün rejissor olduqca böyük fədakarlıq etməlidir, bir növ özünü bu işə qurban verməlidir. Buna görə də yaxşı sənədli film çəkən rejissorlarımızın qarşısında baş əyirəm.
Bədii filmdən fərqli olaraq sənədli film montaj prosesində yaranır. Öncədən təxmini ssenari planı tərtib etsən də, istehsal prosesində ortaya çıxan hansısa bir maraqlı fakt rejissoru istiqaməti dəyişməyə vadar edə bilir.
Bədii film isə rejissor ssenarisi yazılanda yaranır. Hətta kiçik improvizələr belə, qlobal olaraq heç nəyi dəyişmir.
Ən əsası, mən aktyorlarla çalışmağı sevirəm. Amma təəssüf ki, əhəmiyyətli maliyyə tələb edən sahə olduğundan bədii film çəkmək hər zaman qismət olmur...

Etibar CƏBRAYILOĞLU
Reyting.az
Bölməyə aid digər xəbərlər

4-02-2026, 14:04
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək