22:12 / 03-02-2023
Deputat: “Ermənilər sülh danışıqlarından qaçır və...”
21:37 / 03-02-2023
Acun İlıcalı: "Fənərbağça" komandanı yarışdan geri çəkməlidir"
20:55 / 03-02-2023
Putinin üzə çıxan məxfi portfeli: Rusiya lideri bununla dünyaya nüvə müharibəsi mesajı verir - Foto
20:20 / 03-02-2023
İran-Azərbaycan hərbi toqquşması mümkündürmü? - Təhlil
19:51 / 03-02-2023
Avropa Komissiyasının rəhbəri Kiyevdə: "Avropa üzərinə düşən dəstəyi sonadək göstərəcək"
19:46 / 03-02-2023
Avropa çıxış yolunu Bakıda axtarır - Təhlil
19:08 / 03-02-2023
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edib - Video (Yenilənib)
19:06 / 03-02-2023
MHP liderinə 8 gün vaxt verilib - Bahçeli siyasi qətldə ittiham olunacaq?
18:04 / 03-02-2023
Energetika Nazirliyi "ACWA Power" şirkəti ilə yeni əməkdaşlıq sənədləri imzalayıb
17:51 / 03-02-2023
Ölkəmizdə daha 2 nəfər COVİD-19-dan ölüb
17:08 / 03-02-2023
Dolların qarşıdakı 3 günə olan rəsmi məzənnəsi açıqlanıb
17:01 / 03-02-2023
Uğur Dundardan hakimə etiraz: "Allahınız olsun"
16:48 / 03-02-2023
Azərbaycan çempionatının püşkü atılıb
16:26 / 03-02-2023
AFFA İntizam Komitəsi bəzi klub və futbolçuları cəzalandırıb
16:00 / 03-02-2023
Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupu yaradılıb
15:27 / 03-02-2023
İlham Əliyev bu şəxsləri təltif edib - Siyahı
15:23 / 03-02-2023
Ceyhun Bayramov Macarıstanın xarici işlər naziri ilə görüşüb
15:19 / 03-02-2023
DİM ümumtəhsil müəssisələrinin rəhbərlərinə müraciət edib
14:44 / 03-02-2023
Türk klubu "Barselona"dan aldığı gənc futbolçunu icarəyə verib
13:42 / 03-02-2023
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Yenilənib
13:40 / 03-02-2023
Prezident Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi ilə bağlı sərəncam imzalayıb
13:32 / 03-02-2023
"Ailə"nin ikinci fraqmenti yayılıb - Fotolar
13:14 / 03-02-2023
Rumıniya prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
12:48 / 03-02-2023
Sabahın hava proqnozu açıqlanıb
12:42 / 03-02-2023
Rumıniya prezidenti İçərişəhərlə tanış olub - Foto
12:32 / 03-02-2023
Bakıda yanğın təhlükəli daha bir obyektin fəaliyyəti dayandırılıb - Video
12:26 / 03-02-2023
İlham Əliyev: "Biz nəinki hasilatı, o cümlədən ixracı artıracağıq"
12:15 / 03-02-2023
Kəşfiyyat: "Qarşıdakı 6 ay Ukraynadakı müharibə üçün həlledici olacaq"
20:20 / 02-02-2023

09:33 / 31-01-2023

00:17 / 30-01-2023

00:19 / 30-01-2023

12:58 / 31-01-2023

20:11 / 01-02-2023

18:06 / 30-01-2023

00:01 / 01-02-2023

12:31 / 31-01-2023

20:18 / 30-01-2023

15:40 / 01-02-2023

17:18 / 31-01-2023

Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
Tarix: 27-11-2022 10:15 | Bölmə: Müsahibə

Qabil Hüseynli deyir ki, sülhməramlılar Qarabağda həddini aşır və Ukraynadan sonra Rusiyanın məğlubiyyəti ilə bağlı qərar Cənubi Qafqazda verilə bilər
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Ermənistan-Azərbaycan sülh danışıqları Fransa və Ermənistan liderlərinin bəhanəsi səbəbindən dalana dirənib. Məlum olub ki, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə yalnız Fransa lideri Makronun da iştirak edəcəyi təqdirdə görüşəcəyini bildirib. Bununla da rəsmi İrəvan faktiki olaraq Brüssel platformasını gündəmdən çıxarır.
Bəs bundan sonra Azərbaycan-Ermənistan danışıqlarının perspektivi necə olacaq?
Sabiq dövlət müşaviri, professor Qabil Hüseynli Reyting.az-ın bu və digər suallarına cavab verib.
- Qabil müəllim, prezident İlham Əliyev Nikol Paşinyanın dekabrın 7-nə planlaşdırılan Brüssel görüşündə Fransa prezidenti Makronun da iştirakı şərtini irəli sürdüyünü bildirdi və əlavə etdi ki, bu səbəbdən də görüş baş tutmayacaq. Sizcə, Azərbaycan və Ermənistan danışıqları ilə bağlı nə baş verir?
- Hesab edirəm ki, danışıqlarda böhranlı vəziyyət yaranıb. Belə vəziyyətin yaranmasında əsas təqsikar Rusiya və Fransadır. “Baş rejissor” Moskvadır, onun “alət”i olan və dünənə qədər özünü “sülh göyərçini” kimi təqdim edən Paşinyan bu gün sözün əsl mənasında “qırğıya” çevrilib.
Paşinyan dünənə qədər ilin sonunda sülh sazişi bağlamağa hazır olduğunu elan edirdi, indisə məlum olur ki, onun sözləri yalan imiş, sülh sazişi imzalamaq deyil, vaxt udmaq və bəlkə gələcəkdə nələrisə dəyişdirərək status-kvonu özlərinə uyğun tənzimləmək imkanı əldə etmək haqqında fikirləşir. Sözün həqiqi mənasında əsas ötürmələr Rusiya tərəfindəndir, əsas bəhanə isə Makronun Brüssel görüşündə iştirakının Paşinyan tərəfindən ön plana çıxarılması olub.
Yaxşı, Paşinyan sülhyaratma üçün vasitəçilik missiyasını özü təşkil edəcəkdisə, onda vasitəçiliyə nə ehtiyac var idi? Və ya Paşinyan bilmirmi ki, Praqa görüşündən sonra Makron Azərbaycanı təhqir edən, bizə böhtan və iftira atan bəyanatla çıxış edib? Ardınca Fransa Senatı biabırcı və hətta Avropa Birliyinə daxil olan ölkələrin təqdir etmədiyi, Senatın səlahiyyətinə aid olmayan səfeh qərar qəbul etdi. Bu qərarla Azərbaycanın ərazi bütövlüyünə xələl gətirildi, açıq ermənipərəst mövqe tutuldu. İndi ermənipərəst mövqe tutan və açıq kartla oynamağa başlayan Fransa və onun prezidenti Makronun vasitəçiliklə nə əlaqəsi ola bilər? Azərbaycan ona qarşı düşmən mövqeyində dayanan bir şəxslə eyni masa arxasında necə otura bilər? Bu, Azərbaycanın özünə xəyanəti olardı.
Bəli, ruslar və fransızlar Nikol Paşinyanın vasitəsi ilə Avropa İttifaqının yaratdığı, kifayət qədər pozitiv görünən prosesi bu il üçün pozmağa və onu təxirə salmağa nail oldular. Gələcəkdə Fransa-Rusiya əməkdaşlığı, Makron-Putin, eləcə də Paşinyan-Makron-Putin işbirliyinin nələrə gətirəcəyini də görəcəyik.
- Bundan sonra Azərbaycan hansı xətti seçə bilər?
- Mənim zənnimcə, Azərbaycan daha sülhyaratma istiqamətində səy göstərməməlidir. Bəli, biz sülh, eləcə də bölgədə əmin-amanlıq, azad edilən torpaqların yenidən qurulması və əsl sahiblərinin ora qayıdışını istəyirik. Əgər bu, dünyada bəzi ölkələr tərəfindən müqavimətlə qarşılaşacaqsa, səylərimiz düzgün başa düşülməyəcəksə, Azərbaycan beynəlxalq təşkilatlarla yəqin ki, işləməli olacaq, bu istiqamətdə müəyyən izahat işləri aparacaq. Amma Azərbaycanın edəcəyi vacib məsələlər də ortaya çıxa bilər...
- Nəyi nəzərdə tutursunuz?
- Son dövrlər suveren Azərbaycan torpaqlarında yerləşən erməni silahlıları xeyli fəallaşıb. Onlar əvvəlcə Füzuli və Ağdamı atəşə tutdu, ardınca bizim üçün qırmızı xətt olan Şuşa və Tərtərə atəş açdılar. Sanki Azərbaycana qarşı elan olunmamış müharibə apardılar. Yəqin ki, Azərbaycan cavab tədbirləri hazırlayacaq. Ola bilsin, Azərbaycan ultimativ formada erməni silahlı qüvvələrinin tör-töküntülərini Qarabağın dağlıq hissəsindən təmizlənməsini tələb edəcək. Bu tələbləri yerinə yetirilməyəcəyi təqdirdə Azərbaycan bölgədə “Qisas” əməliyyatına oxşar yeni əməliyyat hazırlaya və bu əməliyyatın ilkin məqsədi bölgədə olan bütün erməni silahlı qüvvələrinin təmizlənməsi və sıradan çıxarılması ola bilər. Üstəlik, bölgədə Rusiya və Fransanın emisarları dolaşmaqdadır, onlar Xankəndi şəhərində hansısa sarsaq hökumət qurur, ürəkbulandırıcı bəyanatlar yayırlar. Onların da müəyyən həddə qədər sıxışdırılması üçün hərbi-siyasi xarakterli tədbirlər görülə bilər. Hərbi xarakterli tədbirlər dedikdə, mən Xankəndi başda olmaqla Ağdərə istiqamətində Kəlbəcər yolunun tamamilə təmizlənməsi üçün əməliyyatların aparılmasını nəzərdə tuturam. Burada sülhməramlılar olsa da, onlar Azərbaycan Ordusuna qarşı müqavimət göstərə bilməzlər. Onsuz da son dövrlər onlar tamamilə gözdən düşüblər. Azərbaycan dövləti onların da ərazidən çıxarılması üçün vaxtın yetişməsini gözləyir. Üstəlik, öz suveren torpaqlarımızda hüquqlarımızın bərpası üçün danışıqlar yetərli nəticə vermirsə, məsələnin həllini hərb meydanında həyata keçirməyə çalışmalıyıq. Söhbət ərazi bütövlüyümüzdən, Azərbaycan dövlətinin suveren hüquqlarının bərpasından gedir.
- Deməli, siz yaxın dövrdə hərbi qarşıdurmalar gözləyirsiniz?
- Mən bunu istisna etmirəm. Məsələlərin siyasi yolla, sivil qaydada həlli görünməyəndə hərbi tədbirlərə əl atmaqdan savayı çıxış yolu qalmır.
- Hazırda sülhməramlılarla bağlı ciddi narazılıq var. Üstəlik, rus sülhməramlıları ərazidə olan separatçılara imkan yaradır ki, Ermənistandan Xankəndiyə silah-sursat daşısınlar və güclənsinlər. Sizcə, separatçıları hərbi qarşıdurmaya hazırlaşdırırlar?
- Sülhməramlı qüvvələr üçtərəfli müqavilədə onlar üçün ayrılan səlahiyyətlərin heç birini yerinə yetirmir. Gəldikləri gündən bölgədə gərginliyin artması, ermənipərəst siyasətin həyata keçirilməsi, “rus icması”ı, “rus mərkəzi” kimi qondarma qurumların yaradılması, rus millətinə məxsus müxtəlif heykəllərin qoyulmasını həyata keçirirlər. Sanki bölgədə hakimi-mütləq kimi qeyri-qanuni, beynəlxalq hüquqda nəzərdə tutulmayan addım atırlar. Son dövrlərdə isə özlərinin internet saytını açıblar, burada Azərbaycanın əzəli torpaqları olan və bu torpaqlarda formalaşan türk toponimlərini də dəyişdirərək, bir qədər də rus dilindəki çevirmələrə qataraq qondarma “artsax”ın xəritəsini hazırlayırlar. Sözün əsl mənasında sanki hədəqələrindən çıxdıqlarını desəm yanılmaram. Heç bir mandatı və səlahiyyəti olmayan, beynəlxalq təşkilatlar tərəfindən sülhməramlı kimi tanınmayan bu silahlı qüvvələr bölgədə aranı qarışdırmaqla məşğuldur. Bütün bu əsassız fəaliyyət zənnimcə, onların vaxtından əvvəl bölgədən çıxarılması məsələsini də gündəmə gətirə bilər.
- Buna qədər Moskva, Brüssel və Vaşinqton formatında danışıqlar aparılırdı. İndi Brüssel formatı sanki aradan çıxarılır. Bəs Vaşinqton formatından nə gözləyirsiniz?
- Brüssel platforması aradan çıxarılmır, sadəcə, təxirə salınır. Vaşinqton formatı isə davam edəcək. Ümumiyyətlə, Vaşinqton əlini bu bölgədən çəkməyib və yəqin ki, heç vaxt da çəkməyəcək. Rusiyanın bölgədə “at oynatmasına” həm Vaşinqton, həm beynəlxalq təşkilatlar, hətta Fransa istisna olmaqla, əksər Avropa Birliyi ölkələri, şəxsən Şarl Mişel də seyrçi qalmayacaq. Söhbət yaxın günlərdə siyasi meydançada ciddi təlatümlərin yaşana biləcəyindən gedir. Bu, ciddi xarakter alacaq, Moskvanın Ukraynada olduğu kimi, Cənubi Qafqazdan da dışlanmasına təkan verəcək. Bəlkə də Ukraynadan sonra Rusiyanın məğlubiyyəti üçün qərarlar Cənubi Qafqazda veriləcək.
Reyting.az
Bölməyə aid digər xəbərlər

7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə
9-10-2022, 14:22
Sülhəddin Əkbər: “İran yalnız Zəngəzur dəhlizinin açılacağından qorxmur” - Müsahibə
29-09-2022, 20:29
Elxan Qarayev: “Rusiyada hərbi səfərbərliyə cəlb olunan azərbaycanlılar kontrakt tələb etməlidir” - Müsahibə
21-09-2022, 14:06
Sərdar Cəlaloğlu: “Hər dəqiqə Ermənistan-Azərbaycan müharibəsi başlaya bilər” - Müsahibə
3-07-2022, 13:50
Deputat: “Məmur sahibkarlığından qaynaqlanan inhisarçılıq əhaliyə böyük ziyan vurur” - Müsahibə
6-06-2022, 13:50
Politoloq: “Rusiyada etirazlar artacaq” - Müsahibə
27-05-2022, 13:03
Keçmiş səfir: “Zaman Ukraynanın dostu, Kremlin düşmənidir” - Müsahibə
26-05-2022, 20:43
Hərbi ekspert: “Rusiya texnokratları müharibəni uduzduqlarını başa düşürlər” - Müsahibə
25-05-2022, 16:16
Deputat: “Qərb Ukraynanı güzəştə məcbur edəcək” - Müsahibə
25-05-2022, 11:08
Zərdüşt Əlizadə: “Rusiyanı bu müharibədə məğlub edəcəklər” - Müsahibə
21-05-2022, 16:12
Sabiq müdafiə naziri: “Ruslar üçün ideal variant payız və qış döyüşünə hazırlaşmaqdır” - Müsahibə
17-05-2022, 08:56
Etibar Məmmədov: “Yaxın zamanlarda Rusiyanın dağılma prosesi başlayacaq” - Müsahibə
4-05-2022, 10:42
Professor: “Türkiyənin hərbi bazalarının bir hissəsi Azərbaycanda yerləşdiriləcək” - Müsahibə
26-04-2022, 12:30
Qətlə yetirilmiş prezidentin oğlu: “Ruslara inanmayın!” - Müsahibə
20-04-2022, 15:33
Podolyak: “Kütləvi şəkildə qadınları zorlayan, uşaqları öldürən vəhşi sivilizasiya ilə müharibədəyik” - Müsahibə
20-04-2022, 11:22
Ad gününü qeyd edən şair: “Ədəbiyyat və sənət insanları təkləyib məğlub etmək sənətidir” - Müsahibə
18-04-2022, 16:52
İqor Jovkva: “Üçüncü variant son əsgərə və son ukraynalıya qədər döyüşməkdir” - Müsahibə
9-04-2022, 14:39
Xarkovun rəhbəri: “Düşmən nə Xarkov şəhəri, nə də bölgə ilə bağlı istəyindən əl çəkməyib” - Müsahibə
17-03-2022, 12:34
Ukrayna Təhlükəsizlik Şurasının katibi: “Biz dözəcəyik və mütləq qalib gələcəyik” - Müsahibə
31-12-2021, 08:53
Rauf Rəcəbov: “İctimai Televiziya etnik mədəniyyətlərin carçısı olmalıdır” - Müsahibə
25-11-2021, 14:32
Akademik: “İşğaldan azad olunmuş ərazilərdə radiasiya təhlükəsizliyinin araşdırılması prioritet istiqamətlərindədir”
21-09-2021, 18:00
Türkiyə səfiri: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalı və..."
15-09-2021, 09:33
Professor: “Yeni dünya düzəni yaranacaq” - Müsahibə
13-09-2021, 20:40
Ramin Bayramlının atası: "Dedim, nəyə görə istefa verdin?"
30-08-2021, 17:07
Vahid Əhmədov: “Koronavirus uzun müddət davam etsə dövlətlər sıradan çıxa bilər” - Müsahibə
23-08-2021, 16:57
Əli Əliyev: “Azərbaycanda vaksinasiya düzgün aparılmır” - Müsahibə