22:37 / 31-03-2025
Zelenski prezident seçkilərinə hazırlaşır
19:41 / 31-03-2025
Keçmişə və gələcəyə yollanmaq reallığa çevriləcək
19:03 / 31-03-2025
Donetski ələ keçirmək rus ordusu üçün prioritetdir
18:45 / 31-03-2025
Almaniya səfiri Azərbaycan XİN-ə çağırılıb
18:31 / 31-03-2025
PUA və dronlar mövqelərimizə yaxınlaşıb, hərbçilərimiz atəşə tutulub - (Yenilənib)
17:25 / 31-03-2025
Genetik Ehtiyatlar İnstitutunun həyətindəki ağacları kəsirlər
17:15 / 31-03-2025
Xaçmaz və Qubanın kəndlərində yanğın olub
15:24 / 31-03-2025
Qlobal fond bazarlarında gərginlik yaranıb
15:11 / 31-03-2025
Atəşkəs Kiyev üçün təhlükə yarada bilər
14:31 / 31-03-2025
Əliyevlə Pezeşkian arasında telefon danışığı olub
14:12 / 31-03-2025
Sabahın hava proqnozu açıqlanıb
13:26 / 31-03-2025
Gərginlik yenidən artır: İran raketlərini həyəcan vəziyyətinə gətirib
12:49 / 31-03-2025
Sabah Almaniya prezidenti Azərbaycana gəlir
12:01 / 31-03-2025
Abşeronda oğul anasını qətlə yetirib
11:51 / 31-03-2025
Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib
11:37 / 31-03-2025
Prezident İlham Əliyev paylaşım edib - Foto
11:25 / 31-03-2025
Azərbaycana narkotik gətirən İran vətəndaşları saxlanılıb
10:51 / 31-03-2025
Mehriban Əliyeva Soyqırımı Günü ilə bağlı paylaşım edib - Foto
10:24 / 31-03-2025
Pentaqon rəhbəri məxfi məlumatları xanımı ilə bölüşür - Foto
10:08 / 31-03-2025
Ermənistanın əsassız iddialarına son qoyulmalıdır
09:58 / 31-03-2025
Ombudsman 31 mart soyqırımı ilə əlaqədar bəyanat yayıb
00:03 / 31-03-2025
Azərbaycanlıların soyqırımından 107 il ötür
23:39 / 30-03-2025
"Zirə" "Şamaxı"ya qalib gəlib
20:02 / 30-03-2025
May ayında iki gün iş olmayacaq
18:01 / 30-03-2025
Şeyx: "Bu, şəxsi işimdir, hər şeyi açıqlamalıyam?"
17:46 / 30-03-2025
Ərdoğan: "Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir"
17:45 / 30-03-2025
Belaruslu müxalifətçi itkin düşüb
15:24 / 30-03-2025
Ermənilər kəşfiyyat uçuşlarına cəhd edib, növbəti təxribata əl atıblar
14:06 / 30-03-2025
Sabah hava necə olacaq? - Proqnoz
10:52 / 30-03-2025
Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik edib
13:35 / 27-03-2025

14:54 / 27-03-2025

23:29 / 28-03-2025

16:12 / 27-03-2025

14:31 / 27-03-2025

14:22 / 27-03-2025

15:42 / 27-03-2025

22:59 / 27-03-2025

12:28 / 27-03-2025

20:24 / 27-03-2025

21:35 / 28-03-2025

23:32 / 28-03-2025

İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
Tarix: 04-11-2023 09:41 | Bölmə: Müsahibə

Yazıçı deyir ki, “Qələm adamına “elə yazma, belə yaz”,- demək əxlaqsızlıqdır
“Orta məktəbdə oxuyanda riyaziyyatla dərindən maraqlanırdım. Günlərin birində Lev Tolstoyun “Sergi ata” əsərini oxudum və bu mətn məni valeh elədi. Daxilimdə qəribə bir hiss oyandı, qardaşım Qoşqara dedim ki, nəsə yazmaq istəyirəm...”
“Yazıçıya “bunu belə yox, elə yaz”, -demək özü əxlaqsızlıqdı. Yazıçı haqqında onun həmkarı yox, ədəbiyyat tənqidçisi irad bildirsə daha yaxşı olar”.
Yazıçı İlham Əziz maraqlı hekayələr müəllifidir. İlk bədii yazısının çapından cəmi altı il keçməsinə baxmayaraq imzasını təsdiqləyə bilib. Hekayələrindəki qəhrəmanların sonrakı taleyi də bir insan kimi onu düşündürür.
- İlk hekayəniz 2017-ci ildə işıq üzü görüb və necə deyərlər ədəbiyyata gəlmisiniz. Bu faktı ədəbiyyata gəlmək hesab edirsizmi və buradakı mövqeyiniz sizi qane edirmi?
- Ədəbi aləmdə imzaları tanınan Sərdar Amin, Ömər Xəyyam, Elşən Mehdi, rəhmətlik II Mahmudla həmin il tanış oldum. Onların vasitəsi ilə Şərif Ağayar və digər gənc yazarlarla tanışlığım yarandı. Bu mühit, müzakirələr, ədəbiyyata baxış məni özünə cəlb eməyə başladı. Əslində ədəbiyyat elədir ki, gərək uşaq yaşlarından daxilində nəsə olsun, necə deyərlər, bu sahəyə gərək balacalıqdan talib olasan. Məktəb illərində oxuduğun hansısa bir mətn səni yazmağa vadar edir. Yəqin ki, əksər yazıçılar bu hissi yaşayıb. Orta məktəbdə oxuyanda riyaziyyatla dərindən maraqlanırdım, amma günlərin birində Lev Tolstoyun “Sergi ata” əsərini oxudum və bu mətn məni valeh elədi. Daxilimdə qəribə bir hiss oyandı, balaca qardaşım Qoşqara dedim ki, nəsə yazmaq istəyirəm...
- Və başladınız yazmağa...
- Nələrsə qarlamağa başladım, amma sonra anladım ki, oxunası o qədər gözəl mətnlər var ki. Ondan sonra yazmaqdansa oxumağa, mütaliə etməyə daha çox üstünlük verdim.
“Ədəbiyyat süfrəsində sıxlıqdı”
Bəzən yaradıcı adam hisslərini, düşüncələrini yazıya köçürmək istəyəndə oxuduğu müəlliflərin dili ilə danışdığını hiss edir. Başa düşürsən ki, bu, sənin yox, məhz həmin müəlliflərin əlifbası, dilidir. Öz dilində, əlifbanda yazmağı bacarmırsansa səni yazıçı hesab etmək olmaz. Düşünürəm ki, hər yazıçının öz əlifbası olmalıdır.
Sualınızın əvvəlindəki məsələyə -mövqeyimdən razılıq məsələsinə gəlincə, tarix baxımından çox az müddət keçib. Bu müddət ərzində “Şimşəkdən sonra” adlı kitabımı nəşr etdirmişəm, hekayələrim dərc olunur.

Təbii ki, bugünkü mövqeyimdən razıyam, hekayələrim oxunur, ədəbi aləmdə müzakirə və tənqid edilir. Bu gün ədəbiyyat aləmində seçilmək, Saday Budaqlı, Mahir N.Qarayev, Etimad Başkeçid, Salam Sarvan, Fəxri Uğurlu, Şərif Ağayar kimi ciddi imzaların çiynindən boylanmaq, onların ədəbiyyat süfrəsində yer tutmaq asan məsələ deyil, çünki orda çox sıxlıqdır. Ədəbi prosesi yaxından izləyənlər yəqin ki, dediklərimi təsdiqləyər. Bir məsələni də deyim ki, bizim ədəbi mühit çox ədalətlidir, 45 yaşında yazmağa başlayan İlham Əzizi qəbul edibsə, deməli, istənilən istedad qəbul oluna bilər. Yetər ki, ortada gözəl mətn olsun.
- Bizim ədəbi prosesin bir özəlliyi də var, çap olunmaq, kitab nəşr etdirmək yazıçıya, şairə pul qazandırmır. Riyaziyyatı yaxşı öyrənmiş, iqtisadiyyat sahəsi üzrə təhsil almış və vəzifədə çalışmış məmur kimi siz bunları yaxşı bilirdiniz. Bəs niyə məmurluğu yox, yazıçılığı seçdiniz?
- Cavan yaşından Maliyyə Nazirliyində mühüm vəzifə tuturdum, istefa verib şəxsi biznesimi qurmağa başladım. Çünki dövr, zaman dəyişmişdi, kapitalizm münasibətləri formalaşırdı. Kapitalizmin isə məlumdur ki, sərt qayda-qanunları var, sovet dövrünə öyrəşmiş insanlar üçün yeni qaydalara uyğunlaşmaq çətindir. Bəziləri hələ də düşünür ki, şair və yazıçıları dövlət dolandırmalıdır. Sovet hökuməti yazı-pozu adamlarından, ümumiyyətlə yaradıcı insanlardan təbliğat aparatının ruporu kimi istifadə edirdi və təbii ki, onların dolanışığı üçün də ciddi addımlar atırdı, diqqət göstərirdi. Kapitalizmdə münasibətlər sözsüz ki, fərqlidir, rupora ehtiyac qalmır.
Oxucularda sual yarana bilər, bəs şair-yazıçılarımız necə yaşamalıdır?
Müsahibənin bu yerində məsələyə yazıçı İlham Əziz kimi yox, iqtisadçı İlham Əzizov kimi münasibət bildirim. Hesab edirəm ki, dövlət quruculuğunun əsas elementlərindən biri sayılan milli burjuaziya formalaşmalıdır. Gəlin açıq danışaq, bu gün Azərbaycanda necədir? Biznes mühitində ayrı-ayrı siyasi adamlar ciddi şəkildə iştirak edirlər. Yeni qurulan dövlətlərdə belə hallar ola bilir, zaman keçdikcə və Azərbaycan daha da gücləndikcə həmin siyasi adamlar biznes mühitindən çəkiləcək, həmin yeri milli burjuaziya nümayəndələri, orta təbəqəni təmsil edən iş adamları tutacaq. Normal ölkələr bu yolu keçiblər, biz də gec-tez bu yolla gedəcəyik. Düşüncə sahiblərinin pul qazanmaq vaxtı gəlib çatacaq. Adi bir misalla fikrimi izah etməyə çalışım, bütün Qafqazda ən böyük ticarət mərkəzi sayılan “Binə” ticarət mərkəzində elə bir dövr olub ki, adını düz-əməlli yazmağı bacarmayan, vurma cədvəlini bilməyən adamlar Çindən, İrandan mal gətirərək yaxşı pullar qazanıblar, çünki o vaxt nə gətirirdinsə satılırdı. Amma indi bazarı öyrənmədən, marketinq işlərini bilmədən, gömrük, vergi ilə bağlı qanunvericiliyindən xəbərdar olmadan pul qazana bilməzsən.
Bayaq dediyim kimi, orta təbəqə, milli burjuaziya bazarı formalaşdıracaq, şair və yazıçılarımız kitablarının satışından qazanc əldə edə biləcəklər. Bəziləri deyir ki, bizdə oxucu sayı azdır, amma mən əksini düşünürəm, bu məsələdə bədgüman olmağa əsas görmürəm. Kitaba olan maraq göz qabağındadır, təkcə Bakıda deyil, bölgələrimizdə keçirilən kitab festivallarındakı qələbəlik buna sübutdur.
- Qələm adamı üçün ədəbi tənqidin diqqətində olmaq yaxşı göstəricidir. Hekayələriniz təhlil olunur, bəyənilir, bəzən tənqid də olunur. Əkrəm Əylisli hekayəniz haqqında demişdi ki, əti, sümüyü var, amma qanı yoxdur... Tənqidə münasibətiniz necə olur adətən?
- Əkrəm Əylisli bu sözləri onun haqqında yazdığım “Xəsil adam” adlı hekayəm barədə deyib. Əkrəm Əylisli ustad yazıçılarımızdandır, onun iradlarını qəbul edib nöqsanları aradan qaldırmaq lazımdır.
“Dostoyevskini yazıçı saymayan o qədər yazıçı adı çəkə bilərəm ki...”
Mənim haqqımda bəzən deyirlər, mətnləri poetikdir, şeirə də oxşayır. Mətn üzərində bütün tənqidləri qəbul edə bilirəm, təki münasibətlər şəxsi müstəviyə keçməsin. Dostoyevskini yazıçı kimi qəbul etməyən o qədər yazıçı adı çəkə bilərəm ki... Amma düşünürəm, yazıçını peşəkar tənqidçi təhlil etməlidir.
Yazıçıya “bunu belə yox, elə yaz”, -demək əxlaqsızlıqdı. Yazıçı haqqında onun həmkarı yox, peşəkar ədəbi tənqidçi irad bildirsə daha yaxşı olar. Cavanşir Yusifli, Elnarə Akimova, Maral Yaqubova kimi peşəkarlar heç bir maddi gəlir güdmədən ədəbi prosesi yaxından izləyir, fikir bildirir, gənclərin yaradıcılığını təhlil edirlər.
Mən öz mətnlərimə, Azərbaycan dilinə, hər bir cümləyə qarşı çox həssas və tələbkaram. Təsəvvür edək ki, ev tikirik və biz hökmən daşdan, qumdan, sementdən istifadə etməliyik. Sudan ev tikəsi deyilik ki? Bədii mətni də tikilən binaya bənzətsək söz, cümlə, ümumiyyətlə, dil ona lazım olan vacib materiallardır. Azərbaycan dilini bilmədən necə hekayə, roman yazmaq olar?
- Oxucu fikri də sizin üçün maraqlıdırsa deyim ki, hekayələriniz qısametrajlı filmlərə əla ssenari ola bilər. Bu barədə kino rejissorlarla hər hansı fikir mübadiləsi aparmısınızmı, əməkdaşlıq təklifləri gəlibmi?
- Bu bərədə bəzi yazıçı həmkarlarım, oxucular, rejissor dostlarım da deyiblər, söhbətlərimiz çox olub. Hətta iki il öncə Sərdar Aminlə bir ssenari yazıb “Fırtına öncəsi xəyanət” adlı qısametrajlı film çəkdik. Gənc və istedadlı rejissor dostum Pərviz Həsənovla, aktyor kimi kinoda oyununu bəyəndiyim Səmimi Fərhadla müəyyən planlar cızırıq, görək inşallah, nələr olur.
Söhbət kino mövzusuna gəldisə, deyim ki, rejissor Emil Musayevin qısametrajlı “Pupa” filmində hətta aktyor kimi çəkilmişəm də. Bu film müxtəlif beynəlxalq festivallarda iştirak edib, festival dövrünü başa vurduqdan sonra yəqin ki, bizim tamaşaçılar da onu ekranlarda görə biləcəklər.
Bu dəqiqə hər şey vizuallaşıb, ədəbiyyatın da trendi dəyişir yəqin. Uzun-uzun mətnlər, təsvirlər oxucunu yorur, insanlar oxuduğunu görmək istəyir həm də. Sən də ədəbiyyat adamısansa trendin tələbinə uymalısan.
- Hekayələrinin bəzi qəhrəmanları Rusiyada qəriblik görmüş insanlardı...
- Mən özüm də bir müddət Rusiyada yaşamışam, oradakı soydaşlarımızın üzləşdikləri problemləri yaxından izləmək imkanım olub. Orada yaşayan azərbaycanlıların taleyi məni həddindən çox narahat edir. Rusiyada yaşayan, bura gəlib ev tikən, qardaşına toy edən, bacısını gəlin köçürənlər göz qabağındadır. Lakin orda səfil həyatı yaşayan, ömrü məhv olan, faciələr içində çırpınan soydaşlarımız da var. Dolanışıq üçün, çörək qazanmaq ardınca Rusiyaya üz tutan nə qədər insanın sevgisi yarımçıq qalıb... Biz onların taleyini hələ ədəbiyyata doğru-düzgün gətirə bilməmişik.
- Qəhrəmanlarınızın - Feyzinin, Elviranın... sonrakı taleyi sizi düşündürürmü heç?
- Uydurduğum bədii qəhrəmanımın taleyinə ağladığım anlar da olub... Fikrimcə, yazıçı içinə doğru hərəkət edəndə, hisslərinə doğru gedə biləndə yazıçı olur. Hər bir insanın daxili dərin, dibi görünməz bir quyu kimidir, Marian çökəkliyi onun yanında heç nədir. İnsanlıq durduqca insanların daxilindən, yaşantısından yazılacaq, özü də bunları insan yazacaq, heç bir kompyüter proqramları bunu bacara bilməyəcək.
“Sonda Allah qalib gəlir”
Təbii ki, Elviranın da, Malikin də, Feyzinin də və digər qəhrəmanlarımın da taleyi barədə düşünürəm. Mənə elə gəlir ki, yazıçı öz mətnlərində Allahı sınayır. İnanıram ki, hər bir insanın taleyi öncədən yazılıb, özü də çox dəqiqliklə, yazıçılar yenidən tale yazmaqla sanki Allahla sınağa girişirlər. Son nəticədə isə Allah qalib gəlir, çünki yazıçının da taleyi onun əlindədir. Bədii mətnlər də əsasını, kökünü Onun yazdıqlarından götürüb. Quranda elə cümlələr var ki, heyrətlənməyə bilmirsən...
- Böyük həcmli əsərlərinizi oxuya biləcəyik, yoxsa elə ancaq hekayə janrı ilə kifayətlənmək fikrindəsiniz...
- Roman üzərində işləyirəm, əlimdə yarımçıq bir neçə hekayəm də var. Hər gün neçə saat yazmaqla, planlı, səliqə-sahmanlı şəkildə işləməklə deyil, əsas odur ki, sən ortaya roman qoyursansa həmin əsər hadisəyə çevrilməlidir. Dostumuz Mahir N.Qarayevin “Sonuncu korifey” romanı kimi. Gənclərdən Aqşin Yeniseyin, Sərdar Aminin, Vüqar Vanın da romanları diqqətimi çəkib.
Hekayələrdən sonra roman yazmağı da yaradıcılığın növbəti mərhələsi-falan hesab etmirəm. Mənim fikrimcə, hekayə çox ciddi janrdı. Çexov roman yazmayıbsa, bu onun böyüklüyünə kölgə salmır.

Gənclərdən Həmid Piriyevin bu günlərdə bir hekayəsini oxudum və çox xoşuma gəldi. Deyim ki, belə hekayə yazanda bəzən bir romana sərf etdiyin enerji canından çıxır. Bir-iki misralıq yapon haykuları ilə də dünyanı heyran etmək olur. Söz dəhşətli bir qüvvədir. Deyildikcə, yazıldıqca qurtarmır, rəngdən rəngə düşür, yox olmur.
Bəzən deyirlər ki, ədəbiyyat adamı siyasi proseslərə niyə qoşulmur, filan məsələyə qarşı niyə etirazını bildirmir? Ədəbiyyat adamı öz-özü ilə vuruşdadır hər gün, öz-özünə müxalifdir. Çünki öz-özü ilə vuruşmayandan ondan ədəbiyyat adamı çıxmaz.
Bəzən yeri gəldi-gəlmədi qınayırlar ki, bizdə niyə güclü əsər yazılmır?
30 ilik işğal, qaçqınlıq, müharibə ədəbiyyat adamlarına böyük mənəvi zərbə vurub. 30 ildə demək olar ki, komediya janrında ciddi bir əsərimiz yoxdur. Səhərdən axşamacan torpaq itkisi, məğlubiyyət acısı, şəhid, qazi xəbəri eşidən yazıçıda komediya yazmaq fikri necə yarana bilər? Bu gün 50 yaşılı yazıçının 30 ili məğlubiyyət acısının içində keçdi, müharibə psixologiyamıza, dünya görüşümüzə təsir etdi. Adam öz evində oğul böyütməyə də utanırdı. Şükürlər olsun ki, xalq öz Ali Baş Komandanı ətrafında birləşərək torpağını işğaldan azad etdi, dövlət olaraq ərazi bütövlüyümüz təmin olundu.
Azərbaycanın gələcəyi ilə, ədəbiyyatı, bütövlükdə incəsənəti ilə bağlı nikbinəm. Qələbə qazanmış xalq yenə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahilər yetirəcək.
Etibar CƏBRAYILOĞLU
Reyting.az
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə