23:08 / 04-12-2024
Gəncədə taksi sürücüsü bıçaqlanıb
21:47 / 04-12-2024
Azərbaycan Kuboku: 1/4 final mərhələsinin cütləri müəyyənləşib
21:04 / 04-12-2024
Həsənquliyev: “Əli Kərimli müxalifətdəki kiçicik etimadı da itirmişdi”
19:19 / 04-12-2024
Məhkəmə Rüfət Səfərov barəsində həbs qərarı verib
19:13 / 04-12-2024
Paşinyan: "Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil"
18:47 / 04-12-2024
Müttəfiqlər Trampın andiçmə mərasimini gözləyir
18:34 / 04-12-2024
Bakı-Sumqayıt ekspres marşrutu istifadəyə verilir
18:01 / 04-12-2024
"Qarabağ" 1/4 finala vəsiqə qazanıb
17:53 / 04-12-2024
Gürcüstanda müxalifət koalisiyasının lideri saxlanılıb
17:38 / 04-12-2024
"Abzas Media" işi: ibtidai istintaq başa çatıb
17:32 / 04-12-2024
Atları ovlayan ilk insanların qalıqları tapılıb
17:23 / 04-12-2024
Bu qanunu pozanları ağır cərimələr gözləyir
17:11 / 04-12-2024
Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşüb
16:52 / 04-12-2024
Afət Telmanqızı yeni vəzifəyə təyin olunub
16:47 / 04-12-2024
DSX “Vətəndaş A”nın dronunu vurub? - Açıqlama
16:28 / 04-12-2024
Bir qrup sahibkar həbs olunub
16:24 / 04-12-2024
Bakıda və rayonlarda leysan olacaq - Xəbərdarlıq
16:11 / 04-12-2024
Bakıda məktəbdə şagird bıçaqlanıb
16:08 / 04-12-2024
Bayden afrikalılara 1 milyard dollar yardım ayırıb
15:59 / 04-12-2024
NATO Rusiya və Çini hədəfə çevirib
15:19 / 04-12-2024
Emoməli Rəhmon İlham Əliyevə zəng edib
15:04 / 04-12-2024
İstanbulda saxta spirtdən ölənlərin sayı 17-yə çatıb
14:56 / 04-12-2024
Trampın sülh planı… - Prezidentlər razılaşmasa nə baş verəcək?
14:53 / 04-12-2024
Portuqaliya çempionu Taylandda itkin düşüb
14:42 / 04-12-2024
Şuşaya növbəti köç karvanı gedib - (Yenilənib)
14:19 / 04-12-2024
Ədliyyə Nazirliyində təyinat olub
14:13 / 04-12-2024
“Ukrayna Rusiya ərazilərində doğru hədəfləri vurur” - General
13:40 / 04-12-2024
İsrail əsgərləri xaricə getsələr həbs olunacaqlar - Foto
13:32 / 04-12-2024
Kadırovun xüsusi təyinatlı alayına hücum olub - Foto
11:41 / 04-12-2024
Bir musiqiçi Gülyaz Məmmədovaya 47 dəfə elçi göndərib
12:05 / 01-12-2024
SDU tələbələrinin məqaləsi ABŞ-da nəşr edilib - Fotolar
19:19 / 04-12-2024
Məhkəmə Rüfət Səfərov barəsində həbs qərarı verib
08:57 / 03-12-2024
Fazil Mustafa vətəndaş qəbulu keçirib - Fotolar
13:30 / 30-11-2024
DAMMİB İH-yə yeni sədr və üzvlər seçilib
12:57 / 04-12-2024
Kollec direktoru vəzifədən azad edilib
12:58 / 02-12-2024
SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb
11:57 / 04-12-2024
Həm axtarışda olan terrorçu, həm də Əsədin yerinə namizəd - Colani kimdir?
14:13 / 03-12-2024
Naxçıvan Dövlət Universitetinə rektor təyinatı olub - Sərəncam
13:11 / 02-12-2024
Cəbrayıla daha 34 ailə köçürülüb - (Yenilənib)
11:09 / 03-12-2024
Sumqayıtda yaşayış binasında partlayış olub - (Yenilənib)
11:36 / 03-12-2024
İki ölkə Ukraynaya qoşun göndərmək istəyir
Fəzail Ağamalı: “Yaxın vaxtlarda partiya sədrliyindən gedəcəm” - Müsahibə
Tarix: 24-10-2018 14:19 | Bölmə: Müsahibə
AVP rəhbəri: “Gözləməli deyilsən ki, sən dünyadan köçəndən sonra sədrlik uğrunda kimsə ölüm-dirim mübarizəsi aparsın…”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bəzi məmurlara qarşı sərt tədbirlər görməyin tərəfdarıdır. Hətta deyir ki, ayrı-ayrı məmurlarımızın oğurluq yolla xaricdə aldıqları malikanələr satılmalı, pulu Azərbaycanın dövlət büdcəsinə köçürülməlidir.
Reyting.az saytı Fəzail Ağamalının bu və digər məsələlərlə bağlı “Report”a verdiyi müsahibəsini təqdim edir:
- Bir müddət əvvəl sağlamlığınızda problem yaranmışdı. Hazırda səhhətiniz necədir?
- Yaxşıyam, hər şey qaydasındadır. Hazırda özümü yaxşı hiss edirəm. Sağlamlığımda hər hansı problem yoxdur. Hər bir insanın həyatında bu və buna bənzər məqamlar olur. Əsas odur ki, Allahın vermiş olduğu ömrü düz yaşayasan. Allahın qisməti nədirsə, o da olur. Bir müddət öncə səhhətimdə müəyyən problemlər oldu. Şükür olsun, artıq bu, geridə qaldı. Çətin də olsa, hər şey keçmişdə qalıb.
- Müalicənizi davam etdirirsinizmi?
- Yox, müalicəmi bitirmişəm. Sadəcə, 10 ildən artıqdır ki, bir qayda olaraq hər il həkim müayinəsindən keçirəm.
- Bakıda müalicə olundunuz, yoxsa xarici ölkədə?
- Müalicəmin bir hissəsini Bakıda, bir hissəsini də xarici ölkələrdə aldım. Daha çox Türkiyədə müalicə olundum.
- Azərbaycan səhiyyəsinin durumunu necə qiymətləndirirsiniz?
- Bu, bir az problemli məsələdir. Təbii ki, Azərbaycan həkimləri böyük ənənələrə söykənirlər. Sovet dövründə həkimlərin aldığı təhsil, onlara tələb, münasibət fərqli idi. Həmin zaman kəsiyində Azərbaycan həkimləri kifayət qədər nüfuzlu, güclü idilər. O məktəb artıq bitib. Yəni, 30 ilə yaxındır ki, o məktəb Azərbaycanda yoxdur. Həkimə münasibət məsələsində iki mühüm amil var: texnologiya və avadanlıqların, texnologiyanın göstəricilərinə uyğun olaraq çıxarılan nəticə, diaqnoz, tətbiq edilən müalicə. Bu, xarici ölkələrdə daha güclüdür. Azərbaycanda əvvəlki nəsil həkimlər savadlıdırlar, lakin müasir texnologiyadan anlayışları zəifdir. Hazırki nəsil həkimlərin texnologiyadan anlayışları güclüdür, amma əvvəlki nəsil həkimlərə nisbətən diaqnoz qoymaq, düzgün nəticə çıxarmaq imkanları zəifdir. Köhnə həkimlər bir xəstəliyi iki-üç dərmanla müalicə edə bilirdilərsə, burada özlərinə əminlik də var idisə, hazırki həkimlər isə daha çox dərman yazmaqla məşğuldurlar. Yəni “Bu dərman kömək etməzsə, digəri kömək edəcək. O da etməzsə, başqa birisi kömək edəcək”,- prinsipi ilə hərəkət edirlər. Bu da təbii ki, müəyyən çətinliklər yaradır. Amma bunu da qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda peşəkar həkimlər yetişməkdədir. Azərbaycanda təhsil alaraq sonra Türkiyənin nüfuzlu universitetlərində təhsillərini təkmilləşdirən həkimlərimiz var. Azərbaycan həkimləri də bir neçə ildən sonra arzuladığımız səviyyədə olacaqlar. Bu da təxminən 10-15 il vaxt aparacaq.
- Müalicə ilə bərabər istirahət də etdiniz. Nələri təhlil etdiniz, hansı nəticələrə gəldiniz?
- Tam səmimi deyirəm, müalicə olunduğum dövrdə düşünürdüm ki, evə tez qayıdım, ailəmlə bərabər olum. Həmin dövrdə telefonlarımı qapatmışdım, demək olar ki, yalnız ailəmlə əlaqə saxlayırdım. Ən yaxşı halda lazım olan insanlarla yanımda olan övladlarım vasitəsilə əlaqə yaradırdım.
Çalışıb həmişə ayaq üstə olmaq lazımdır. Təbii ki, səni istəyən dostlar, tanışlar narahat olurlar, maraqlanırlar. Bir şeyə əmin oldum ki, özünə dost bildiyin, taleyini, ömrünü bu dostluğa sərf etdiyin və bu sədaqəti, səmimiyyəti tam mənada olduğu kimi qəbul edib qiymətləndirən insanlar səni dar ayaqda tək qoymurlar. Bu, çox önəmlidir. Ona görə də həyatda düz yol tutmalısan, düz əqidə ilə fəaliyyət göstərməlisən, dövlətinə, xalqına təmənnasız xidmət etməlisən. Bu, nə dövlət, nə də xalq tərəfindən unudulur. Müalicə aldığım dövrdə bunu dərk etdim və bu, məndə qürur hissi yaratdı. Yaxşı ki, həyatımı bu cür qurmuşam, əqidəmə, məsləyimə sədaqətlə xidmət etmişəm.
- Milli Məclisdə ümumi istifadədə olan nəqliyyat vasitələrinin, xüsusilə avtobusların fəaliyyətinin nizamlanması üçün cəzaların tətbiq edilməsini, hətta sərtləşdirilməsini təklif etmişdiniz... Sizcə, cəzaların sərtləşdirilməsi effekt verirmi?
- Şübhəsiz ki, istənilən sahədə nöqsanların üzərinə gedilməlidir. Burada israrlı olmaq lazımdır. Deputatın işi nədən ibarətdir? Deputatın işi həm də gördüklərini, ona çatan informasiyaları təhlil edərək parlament tribunasından səsləndirməkdir. Bütün bunlar dövlət və dövlət başçısı tərəfindən izlənilir. Açıq demək lazımdır ki, Prezident İlham Əliyev ölkədəki proseslərin fövqündədir, şəxsən nəzarət edir. Müsbət haldır ki, ölkə Prezidenti həm vətəndaşların müraciətlərini, həm də kütləvi informasiya vasitələrində yayımlanan informasiyaları diqqətdə saxlayır. Prezident deputatların fikirlərinə də diqqətlə yanaşır, Prezident Administrasiyası bunları təhlil edir. Deputat bir məsələni qabardarkən şəxsi maraqlardan kənar çıxış etməlidir.
Nazirlər Kabinetinin sonuncu iclasında Prezident İlham Əliyev çıxışında vətəndaşlara etdikləri müraciətlərə görə təşəkkürünü bildirdi. Dövlət başçısı vətəndaşları fəallığa çağırdı. Demokratik cəmiyyətin əsas prinsiplərindən biri də ictimai baxış sisteminin fəal olmasıdır. Belə olan halda dövlət orqanları da diqqətli olur və nəticə çıxarır.
Bakıda, eləcə də regionlarda ictimai nəqliyyatda, yəni avtobuslarda çox ciddi problemlər var. "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobuslar isə istisnadır. Onlar yüksək səviyyədə xidmət göstərirlər, həmin avtobuslarda problem görməmişəm, xoşagəlməz informasiya almamışam. Sahibkarlara məxsus sərnişin avtobuslarında çox ciddi problemlər var. Bunlar aradan qaldırılmalıdır. Bakı Nəqliyyat Agentliyi bu sahəyə xüsusi diqqət yetirməlidir. Şirkət sahibləri köhnə avtobuslardan istifadə edir, aşağı xidmətlə daha çox pul qazanmağa çalışırlar, sürücülər ciddi yoxlamalardan keçirilmir, az maaşla işləyirlər. Ən önəmli məsələ isə sürücülərin yoxlanılmamasıdır, yəni bilmirlər ki, bu insanın alkaqola, narkotik maddələrə münasibəti necədir... Təəssüf hissi ilə qeyd edirəm ki, həkimlər də bəzi hallarda sürücüləri yoxlayarkən bunu formal həyata keçirirlər, pul alaraq tibbi arayış verirlər. Ona görə də nəzarət gücləndirilməli, cəzalar sərtləşdirilməlidir.
Başqa problemlər də var. Metrostansiyalarının yaxınlığında avtobus dayanacaqlarına diqqət edin, avtobusları, taksiləri necə saxlayırlar? Hamısı dayanma-durma qaydalarını pozurlar. Düzdür, bir müddət əvvəl taksilərlə bağlı qaydalar qəbul olundu, müəyyən dərəcədə nəzarət gücləndirildi, amma buna baxmayaraq problemlər, özbaşınaqlıqlar qalmaqdadır. Yenə də yollarda 1-ci, 2-ci zolaqlarda avtomobilləri saxlayırlar, tıxaclar yaranır. Buna görə də sərt cəzalar tətbiq edilməlidir.
- Bir müddət öncə, Nəqliyyat Nazirliyi ləğv edildi, səlahiyyətlərinin bir hissəsi Bakı Nəqliyyat Agentliyinə verildi. Dəyişiklik hiss olunurmu?
- Müsbətə doğru heç bir dəyişiklik olmadı. Avtobus nəqliyyatı sistemində vəziyyət olduğu kimi qalır. Metrostansiyalarda da problemlər mövcuddur. Olmazmı ki, pik saatlarda qatarların intervalı 1-2 dəqiqə olsun? Bu qurum zərərlə işləmir axı... Əgər pula ehtiyac varsa, ölkə Prezidentinə, Nazirlər Kabinetinə müraciət etmək lazımdır. Əminəm ki, məsələ müzakirə edilib, həll olunar. Necə olur ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəisi təyin edildikdən sonra problemlərə son qoyuldu? Niyə "Bakı Metropoliteni"ndə problem olmalıdır? Baxın, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edildikdən sonra Bakı-Sumqayıt qatarı işə düşdü, burada xidmət yüksək səviyyədədir. Hazırda Bakı-Gəncə surət qatarı işə düşməlidir. Bu addımlar Cavid Qurbanov təyin edilməzdən öncə, əvvəlki rəhbərlik tərəfindən niyə atılmırdı?
- Demək istəyirsiniz ki, dövlət qurumlarında işin keyfiyyəti rəhbərdən asılıdır?
- Əlbəttə. Gərək vəzifəyə təyin olunan şəxs vətənpərvər, dövlətini sevən olsun, tamahkar olmasın. Problem bundadır. Düşünürəm ki, Bakıda tıxacların bir səbəbi də "Bakı Metropoliteni"nin yaratmış olduğu problemdir.
- Sizi başqa hansı problemlər narahat edir?
- Sizi, hər bir azərbaycanlını narahat edən problemlər məni də narahat edir. Prezident İlham Əliyev dövləti yüksək səviyyədə idarə edir, ölkənin beynəlxalq nüfuzu surətlə artır. Dünya İqtisadi Forumunun yeni metodologiya əsasında hazırladığı Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın dünya ölkələri arasında qabaqcıl mövqeyini qoruyub saxlaması böyük nailiyyətdir. Bu, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin və siyasəti reallaşdıran qurumun adı ilə bağlıdır. İstərdim ki, bu qurum ölkə Prezidentinin tapşırıqlarını necə yerinə yetirirsə, digər qurumlar da o şəkildə işləsinlər. Bəzən baxırsan, normal insandır, ünsiyyətcildir, savadlıdır. Ölkə Prezidenti də bunu qiymətləndirir, vəzifəyə təyin edir, amma bir ildən sonra həmin insanı tanımaq olmur, maşınını, evini dəyişir, bir sözlə, bütün həyat tərzini yeniləyir. Bu nəyə lazımdır?
- Hazırda elə məmurlar varmı?
- Təbii ki, var. Sadəcə, istəmirəm, ad çəkim. Atalar məsəli var: Qızım, sənə deyirəm, gəlnim sən eşit. Ona görə də ad çəkməyə ehtiyac yoxdur. Hər kəs bilir ki, harada nöqsanı var, hansı səhvə yol verir. Məmur düşünməməlidir ki, pul yığım, bir ildən sonra çıxarıldıqda yığdığımı xərcləyərəm... Ona görə də nöqsanına görə işdən çıxarılan məmurlarla bağlı inzibati orqanlar araşdırmalar aparmalıdırlar və bunu Prezidentə məruzə etməlidirlər. Ölkə Prezidenti hər şeyə nəzarət edə bilməz axı, bunu digər qurumlar həyata keçirməlidir. Əgər məmur bilsə ki, 5 ildən sonra işdən çıxarılarkən hüquq-mühafizə orqanları onun cinayətlərini üzə çıxarıb cəza tədbirləri görəcək, həmin məmur işlədiyi dövr ərzində səhvə yol verməz. Bu, keçid dövrünün bəlalarıdır. Güman edirəm ki, bu cür hallar keçicidir, zamanla qaydasına düşəcək, yeni nəsil gəldikdən sonra bu problemlər olmayacaq.
- Azərbaycanda struktur islahatları nəticəsində bir neçə gənc kadr yüksək vəzifə təyinatı aldı. Onlar özlərini doğrultdularmı?
- Həmişə onlar haqqında yüksək fikirlər söyləmişəm. Əksəriyyətini də tanıyıram. Düzdür, insanı tanımaq bir qədər çətindir, vaxt aparır. Belə bir deyim var: Bir insanı tanımaq üçün bir insan ömrü yetməz... Düşünürəm ki, həmin insanlar üstün keyfiyyətlərə malikdirlər. Güman etmirəm ki, həmin kadrlar özlərindən əvvəlkilərin səhvlərini təkrar edərlər.
- Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüsünüz. Hazırda hansısa qanunverici təşəbbüslə çıxış etməyi düşünürsünüzmü?
- Qanunverici təşəbbüslə çıxış etmirəm. Amma həm komitənin, həm də parlamentin plenar iclaslarında təkliflərlə çıxış edirəm. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli olduqca demokratik insandır, komitənin iclaslarında müzakirələrə şərait yaradır, hər kəs təkliflərini irəli sürür. Komitənin sonuncu iclasında parlamentin Daxili Nizamnaməsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı Milli Məclis deputatının toxunulmazlığı məsələsini qaldırdım. Qeyd etdim ki, deputatların diplomatik pasportu onlar deputat seçilməyəndə də qüvvədə olarsa, yaxşı olar. Bu, dövlətçilik baxımından da əhəmiyyətlidir. Burada söhbət fərddən getmir, bunu heç özüm üçün də demirəm, artıq 70 yaşım var, harasa getməyi də düşünmürəm. Azərbaycanda olmaq mənə kifayət edir. Türkiyədə, Avropa ölkələrində deputatın səlahiyyət müddətinin bitməsinə baxmayaraq, diplomatik pasport qüvvəsini itirmir. Deyirlər ki, bu, problem yarada bilər. Belə olarsa, həmin şəxslə bağlı tədbir görmək olar.
Qanun layihələri məsələsinə gəldikdə isə deyə bilərəm ki, daha çox kollektiv beynin məhsulu və istehsalı olan qanun layihələrinin müzakirəyə çıxarılaraq təsdiq edilməsinin tərəfdarıyam. Qanun layihəsini bir nəfər hazırlayarsa, burada subyektiv məqamlar ola bilər. Qanunverici təşəbbüslə çıxış etmək və qanunvericiliyə töhfələr vermək ayrı-ayrı şeylərdir. Düşünürəm ki, qanunverici təşəbbüslə çıxış etmək bir institutun səviyyəsində olan bir işdir. Prezident Administrasiyasının, Nazirlər Kabinetinin hüquq şöbələri var, onların belə təşəbbüslərlə çıxış etmələri normal haldır. Qanunvericilikdə səhv etmək cəmiyyəti alt-üst etməyə bərabərdir. Ona görə də bu, çox məsuliyyətli işdir.
- Bakıda mer seçkilərinin keçirilməsini necə qiymətləndirirsiniz? Yəni bu, mümkündürmü?
- Mer seçkiləri keçiriləndən sonra nə dəyişəcək? Düşünürəm ki, biz hələ buna hazır deyilik. Bakı kimi böyük şəhərə nəzarət səlahiyyəti yalnız xalqda deyil, eyni zamanda ölkə Prezidentində olmalıdır. Məncə, mer seçkilərini bir neçə ildən sonra keçirmək olar. Şəhər rəhbərliyinin dövlət başçısı tərəfindən təyin edilməsi daha effektlidir. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə Prezidentin nəzarəti var. İcra başçısı bilir ki, səhvə yol versə, cinayət törətsə, cavab verəcək. Tutaq ki, seçki keçirildi, mer seçildi, fəaliyyətində müəyyən nöqsanlara yol verdi, nə olacaq? Burada problem yaşanacaq, çünki o, seçilib. Düzdür, müəyyən formada tənzimləmək olar. Amma çətinlik yaradacaq. Ona görə də biz mer seçkilərinə hazır deyilik.
- Azərbaycanda bir qrup ictimai-siyasi fəal “Qarabağa azadlıq” şüarı ilə mitinqlər təşkil edirlər. Sizə mitinqdə iştirakla bağlı dəvət göndərilirmi?
- Mən işğal olunmuş torpaqların, o cümlədən Dağlıq Qarabağın azad edilməsi üçün mübarizə aparan adamlardan biriyəm. Mitinqdə yalnız Qarabağa aid hissəni qabartmaq lazım deyil, Qarabağa aid olmayan torpaqlarımız da var. Ona görə də məsələyə kökündən yanaşmaq lazımdır. Terminologiyanı dəyişmək lazımdır. Dağlıq Qarabağ anlayışından istifadə edirlər. Ermənilər də bundan yetərincə istifadə edir. Deyilməlidir ki, Azərbaycanın işğal edilən əraziləri içərisində Dağlıq Qarabağ da var. Məsələn, Zəngəzur, Göyçə, İrəvan da işğaldadır. Ola bilsin ki, bu ərazilər hazırda siyasi-diplomatik müzakirələrin predmeti deyil. Amma bu, insanların şüurunda, milli varlığında saxlanılmalıdır. Milli şüura həkk edilməlidir ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarında dövlət qurub. Ölkə Prezidenti İlham Əliyev bunu dəfələrlə deyib. Amma ölkənin bəzi siyasətçiləri “Dağlıq Qarabağ”, “Qarabağ” terminlərindən istifadə edirlər. Niyə “işğal olunmuş torpaqlar” ifadəsindən istifadə olunmur? Bu mitinqlər xalqa nə verir? Mitinqlər Azərbaycan Prezidentinə, dövlətinə “Biz bərabərik” mesajı vermirsə, belə aksiyaların əhəmiyyəti ola bilməz. Həmin mitinqlərdə “İstefa” şüarı səsləndirilir, Siz kimsiniz ki, istefa tələb edirsiniz? Qarabağ haqqında danışırsansa, daha “istefa” şüarı nəyə lazımdır? Guya sənin sözünlə ölkə Prezidenti istefa verəcək? Onlar düşmənə mesaj verirlər ki, biz Prezidentlə bərabər deyilik, istədiyinizi edə bilərsiniz... Bu, avantürist, ölkəmizin milli maraqlarına xidmət etməyən yanaşmadır. Ona görə də bu cür mitinqlərin əleyhinəyəm, oradakı çıxışları anti-milli çıxışlar hesab edirəm. Mən o mitinqlərdə həmrəylik görmürəm. Biz həmrəy olmalıyıq. Baxın erməni cəmiyyətinə, nəticə çıxarın, cənablar! Onlar hakimiyyətə gələn şəxslə Qarabağ məsələsində həmfikirdirlər. Ermənistanda hakimiyyət dəyişir, mövqe dəyişmir... Bakıda keçirilən bu cür mitinqlərə münasibətim mənfidir.
- Sədri olduğunuz Ana Vətən Partiyasına dövlət büdcəsindən maliyyə ayrılır. Partiyanıza ayrılan vəsait ehtiyacları ödəyirmi?
- Əvvəllər maliyyələşmirdik, çətinliklərimiz var idi. Partiya qərargahının aylıq ödənişini belə, verə bilmirdik. Rayon təşkilatlarına da maliyyə yardımı göstərmirdik. Artıq bir neçə ildir ki, Milli Məclisdə təmsil olunan partiyalara dövlət büdcəsindən maliyyə yardımı ayrılır. Biz bu maliyyə ilə müəyyən problemlərimizi həll edirik. Buna görə dövlətimizə minnətdarıq. Etiraf etmək lazımdır ki, Azərbaycanda partiyalaşmağa və siyasiləşməyə o qədər də maraq yoxdur. Xalqın mütləq əksəriyyəti dövlətin yanındadır, Prezidentlə bərabərdir.
Ana Vətən Partiyası 1990-cı ildə yaradılıb, hazırda 50 rayon (şəhər) təşkilatımız var, oturuşmuş sosial dayağımız mövcuddur. “Dövlət büdcəsindən ayrılan maliyyə ilə bütün işlərimizi görürük”,- deyə bilmərəm. Təbii ki, bu maliyyə kifayət etmir. Partiyanın güclənməsi üçün daha çox maliyyə vəsaitinə ehtiyac var. Partiyanın 50 rayon təşkilatı var, bunlara ofis kirayələmək, təşkilatın 3-5 nəfərdən ibarət aparatını qurmaq lazımdır, orta hesabla aylıq 50 min manat pula ehtiyac var, bu da illik 600 min manat vəsait edir. Biz isə illik 600 min manat vəsait almırıq, xeyli dərəcədə az məbləğ alırıq. Əlbəttə, daha çox pula ehtiyac var.
- Yəqin, 2019-cu ilin büdcə zərfi Milli Məclisdə müzakirə edilərkən bu məsələni qaldıracaqsınız...
- Büdcə layihəsinin müzakirəsi zamanı təkliflərimizi veririk, hərdən nəzərə alırlar... Vəsaitin artırılması məsələsini o qədər də qaldıra bilmirik. Çünki ölkənin çox ciddi problemləri var. İşğal edilən torpaqların azad edilməsi üçün külli miqdarda vəsait xərclənir. Ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var, bu insanların məişət və digər problemləri həll edilir. Bütün bunlara görə istəklərimizi məhdudlaşdırırıq.
- Hakim partiyanın funksionerləri qeyd edirlər ki, partiyalar illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) düzgün təqdim etmirlər. Doğrudanmı belə hallar var?
- Dövlət büdcəsindən maliyyələşən partiyalar illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Bunu etməsələr, onların pulu kəsilə bilər. Ana Vətən Partiyası hər il aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə MSK-ya təqdim edir. Ölkədə elə partiyalar var ki, dövlət büdcəsindən maliyyələşmirlər. Amma buna baxmayaraq həmin partiyalar da illik maliyyə hesabatını təqdim etməlidirlər. Yəni, il ərzində hansı maliyyə əməliyyatları həyata keçiriblərsə, bununla bağlı hesabat verməlidirlər. Bəzi gizli məqamlar da var, iş adamları hansısa müxalifət partiyalarına yardım edirlər. Azərbaycanı istəməyən qüvvələr də müxtəlif yollarla partiyalara maliyyə yardımı edirlər.
Uzun illərdir, ictimaiyyət qarşısında olan insanlardan biriyəm, müxtəlif vəzifələrdə çalışmışam, 1996-cı ildən də Milli Məclisin deputatıyam, amma gizli yollarla maliyyələşən partiya sədrləri qədər imkanlı deyiləm. Bir məsələni deyim, məni düzgün başa düşün, nəvəm xaricdə təhsil üçün imtahan verdi. Düşündük ki, maddi durumumuz onun hansısa Avropa ölkəsində təhsil almasına imkan vermir. Ona görə də nəvəm təhsilini Türkiyədə almağa başladı. Yəni, biz problemlərimizi çətinliklə həll edirik. Amma müxalifətdə elə insanlar var ki, onların övladları Böyük Britaniyada, Amerikada, Kanadada təhsil alır. Bunlar pulu haradan alırlar? Deputatam, cəmiyyətdə kifayət qədər tanınıram, maaşım yüksəkdir, amma o cür imkanım yoxdur. Deməli, həmin insanlar düzgün yolda deyillər, natəmizdirlər. Onlar anti-Azərbaycan qüvvələrindən maliyyə alırlar. Bəziləri də xarici ölkələrə üz tuturlar, orada Azərbaycanı istəməyən qüvvələrdən maliyyə alaraq ölkəmizə, dövlətimizə hədyanlar yağdırırlar. Bunun da arxasında ermənilər dayanır.
Bu cür məmurlar da var. Onlar yığdığı pullarla ailələrinə xarici ölkələrdə mülklər alırlar, şərait qururlar. Məlum olur ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı 2500 dollara çaxır içirmiş, külli miqdarda pul xərcləyirmiş. Bu, bizim - sənin, mənim, xalqın puludur. Cahangir Hacıyev bu pulları dağıdıb, hazırda ona 15 il həbs cəzası verilib. Nə olsun? Lap 20 il həbs cəzası versinlər, nə dəyişir ki? Ölkədən çıxarılan pullar qaytarılmalıdır. Bilmirəm necədir, bəlkə də həbs həyatını ən gözəl şəraitdə keçirir, bu barədə fikir söyləyə bilmərəm. Amma bütün hallarda həmin pullar ölkəyə qaytarılmalıdır... Ayrı-ayrı məmurların xaricdə aldıqları malikanələr satılmalıdır, pulu da Azərbaycanın dövlət büdcəsinə köçürülməlidir. Biz həmin pullarla silah ala, pensiyaları, müəllimlərin, məmurların maaşını artıra bilərik. Məmur özbaşınalığna son qoymaq lazımdır.
- Sizcə bu qədər siyasi partiyaya ehtiyac varmı?
- Bunu qadağan etmək olmaz. Çünki Azərbaycan demokratik dövlətdir. Bu məsələ təbii yolla-insanların, cəmiyyətin seçimi ilə həllini tapmalıdır. Azərbaycan cəmiyyətinə, dövlətinə xidmət edən partiyaların sayı təqribən 10-dan artıq deyil.
- Bəzən iddia olunur ki, parlamentdə müxalifət partiyaları təmsil olunmur? Bu fikrə münasibətiniz necədir?
- Azərbaycan Milli Məclisində müxalifət partiyaları da təmsil olunur. Müxalifət nümayəndəsi nə etməlidir, qışqırmalıdır, dava etməlidir? Parlamentdə kifayət qədər fərqli fikirli insanlar təmsil olunur. Orada siyasi plüralizm mövcuddur. Milli Məclisdə təmsil olunan müxalifət partiyalarının nümayəndələri müxtəlif qanun layihələrinə öz alternativ fikirlərini bildirirlər, bəzi hallarda onların təklifləri nəzərə alınır. Müxalifət belə olmalıdır. Müxalifətçilik qışqırmaq, təhqir etmək, söyüş söymək deyil ki... Biz bu cür müxalifətlə çoxdan vidalaşmışıq, o dövr keçib artıq. Müxalifətçilik təfəkkürdə, baxışlar sistemində olmalıdır. Onlar dağıdıcı deyil, töhfəverici olmağa çalışmalıdırlar.
- Növbəti dəfə deputat seçilmək üçün namizədliyinizi irəli sürəcəksinizmi?
- Sağlıq olsun, hələ o müddətə çox var: iki il...
- Növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilirmi?
- Növbədənkənar parlament seçkilərinin keçirilməsini gözləmirəm. Bunun üçün əsas yoxdur. Ölkədə nə baş verib ki, seçki keçirilir? Parlament normal qaydada fəaliyyətini davam etdirir. Milli Məclisin buraxılması üçün əsas yoxdur.
- Fəzail Ağamalı AVP sədrliyindən getsə, onu əvəzləyəcək kimsə varmı?
- Belə bir şəxs olmasa da, tapılacaq. Ana Vətən Partiyasında yetərincə perspektivli insanlar var. Sadəcə, biz bunu qabartmırıq, təbii inkişafa, seçimə buraxırıq ki, o, ciddi bir sosial sifarişə çevrilsin. Artıq partiya sədrliyindən getməyi düşünürəm. Yəqin ki, bu, yaxın vaxtlarda, növbəti qurultayda həllini tapacaq. Partiya sədrinin kim olması qurultayın səlahiyyətindədir. Baxın görün hansı partiya liderdən bu və ya digər dərəcədə asılı deyil? Bütün siyasi partiyaların gücü həmin təşkilatların liderlərinin gücü, xarizması, potensialı ilə bağlıdır. Türkiyədə Ədalət və İnkişaf Partiyası (AKP) 2003-cü ildən hakimiyyətdədir. Bu birbaşa Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Almaniyada Angela Merkelin təmsil olunduğu partiyaya diqqətin edin. Amerikadakı partiyaları da misal çəkmək olar. Hakim Yeni Azərbaycan Partiyasının gücü Heydər Əliyev və onun siyasi kursunun davamçısı İlham Əliyevlə bağlıdır. Heydər Əliyevdən sonra partiya rəhbərliyinə İlham Əliyev deyil, başqa birisi gəlsəydi, güman etmirəm, təşkilat bu qdəər güclü ola bilərdi. Bu, reallıqdır. Tarixdə şəxsiyyətlərin rolu mühüm məsələdir.
- Partiya sədrliyindən getməyinizin səbəbi nədir?
- Hər şeyi vaxtında etmək lazımdır. Gözləməli deyilsən ki, sən dünyadan köçəndən sonra sədrlik uğrunda kimsə ölüm-dirim mübarizəsi aparsın, ya da partiya tarixə qovuşsun. Mən həyatın dialektikasına inanan, əməl edən insanam. İnsan müəyyən dövrdə səhnədən çıxmalıdır. Müəllim 80 yaşında müəllimlik edə bilməz ki... 80 yaşlı həkimin xəstəsinə xidməti necə olacaq?... Düzdür, siyasət bir qədər fərqlidir, daha çox düşüncə, beyin, təcrübə tələb edir. Amma bu da tükənir. Hazırda mən 50 yaşındakı kimi deyiləm axı. Bütün sahələrdə olduğu kimi siyasətdə də bir limit var. Təbii ki, hələ siyasətdən getməyi düşünmürəm. Tükəndiyimi düşünmürəm. Qeyri-adi nəsə baş verməzsə, səhhətimdə problemlər olmazsa, bir müddət siyasətdə qalacağam. Partiya sədrliyindən getmək məsələsini müzakirə etmişəm. Doğrusu, partiyada bu məsələnin üzərinə çox getmirlər. Səbəbini bilmirəm, görünür, bu, mənə olan rəğbətin ifadəsidir. Yəqin ki, zamanında qərar qəbul edəcəyik. Ana Vətən Partiyasının qurultayı 5 ildən bir keçirilir, növbəti qurultay 2020-ci ildə keçiriləcək.
- “Facebook” sosial şəbəkəsində hesabınız var. Özünüz idarə edirsiniz?
- Nəzarət edirəm, amma köməkçim idarə edir. Sosial şəbəkələrə aludəçiyim yoxdur, çünki bilirəm ki, ora mütəmadi daxil olsam, çıxmaq çətin olacaq. Bu da vaxtımı çox apara bilər. “Facebbok” hesabımda yazılarımı, verdiyim müsahibələrdən vacib hesab etdiklərimi paylaşıram. Bir sözlə, sosial şəbəkədə passivəm.
Bölməyə aid digər xəbərlər

18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 21:27
Rahib Qərib: “Mən seçicilərimə vəd yox, kişi sözü verirəm” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə
9-10-2022, 14:22
Sülhəddin Əkbər: “İran yalnız Zəngəzur dəhlizinin açılacağından qorxmur” - Müsahibə