18:09 / 05-07-2025
Mingəçevirdə iki qayıq toqquşub - Beş nəfər xəsarət alıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
14:16 / 05-07-2025
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - Sərəncam
12:19 / 05-07-2025
“AzerGold”-un qiymətli metal satışından gəlirləri artıb
12:09 / 05-07-2025
Beş kollecə direktor təyin ediblər - Siyahı
12:04 / 05-07-2025
Sadiq Qurbanov: “Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın qələbəsidir”
10:36 / 05-07-2025
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - Video
10:35 / 05-07-2025
Türkiyəyə güclü qar yağıb
10:31 / 05-07-2025
Kürdə boğulan 19 yaşlı gəncin meyiti tapılıb
10:09 / 05-07-2025
Azərbaycanlı “qanuni oğru”lar barədə qərar verilib
09:26 / 05-07-2025
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
19:49 / 04-07-2025
Şəmkirdə üç uşaq göldə batıb - Yenilənib
19:48 / 04-07-2025
İran prezidenti Qarabağa gəlib - (Yenilənib)
19:46 / 04-07-2025
Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları müzakirə olunub - Fotolar
19:14 / 04-07-2025
Ərdoğanı Füzulidən yola salıblar - (Yenilənib) - Foto
18:42 / 04-07-2025
İlham Əliyevlə İran prezidenti arasında görüş olub - Fotolar (Yenilənib)
18:35 / 04-07-2025
Ukrayna və ABŞ prezidentləri telefonla danışıblar
18:25 / 04-07-2025
Müsavat Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyir
18:19 / 04-07-2025
DTX-nın saxladığı sabiq diplomatın məhkəməsi başlayıb
18:01 / 04-07-2025
Ali Məhkəmə inzibati mübahisələrə dair işlərlə bağlı qərar qəbul edib
17:42 / 04-07-2025
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
17:21 / 04-07-2025
Deputatlar daha 15 qanuna dəyişiklik edəcək - Siyahı
17:05 / 04-07-2025
Fransada “səssiz etiraz”: ABŞ demokratiyasına şübhə ilə yanaşırlar
16:59 / 04-07-2025
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
16:33 / 04-07-2025
ECO-nun növbəti sammiti İranda keçiriləcək
16:31 / 04-07-2025
Ərdoğan ilə Pezeşkian Xankəndidə görüşüblər
16:20 / 04-07-2025
Meyxanaçı azadlığa buraxılıb
16:17 / 04-07-2025
Azərbaycan diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
16:01 / 04-07-2025
Xankəndidə 17-ci Zirvə görüşü: ölkə başçıları mesajlar verir - (Yenilənib) - Fotolar
15:47 / 04-07-2025
Üç şəhidimiz Kəlbəcərdə dəfn edilib - Fotolar
21:03 / 30-06-2025

13:01 / 01-07-2025

13:16 / 02-07-2025

14:40 / 03-07-2025

07:52 / 01-07-2025

12:16 / 02-07-2025

19:48 / 04-07-2025

10:26 / 02-07-2025

15:33 / 02-07-2025

14:53 / 01-07-2025

16:55 / 02-07-2025

ADP sədri: “Azərbaycanda qeyri-siyasi müxalifət ortaya çıxa bilər” - Müsahibə
Tarix: 25-11-2018 11:44 | Bölmə: Müsahibə

Sərdar Cəlaloğlu deyir ki, partiyalardan çox iqtidarın daxilində kifayət qədər möhkəmlənmiş, kapitala sahiblənmiş, cinayət yolu ilə özünə bir tayfa yaratmış qüvvələrin hakimiyyət iddiasına düşməsi mümkündür
Artıq neçə müddətdir ki, siyasi dairələrdə ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr aparılır. Bəzi siyasi şərhçilər də hakimiyyətin son davranışlarının yaxın müddətdə seçkiyə hesablandığını iddia edirlər. “Reytinq”ə müsahibə verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu söhbətə bu mövzudan başlayıb:
- Sonuncu referendumda Azərbaycan Konstitusiyasına dəyişiklik edilib və referendumun nəticələri təsdiq ediləndən bu günə qədər Milli Məclisin fəaliyyəti konstitusiyaya ziddir. Milli Məclisin fəaliyyətinin konstitusiyaya uyğunlaşdırılması üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi vacibdir.
İctimai-siyasi duruma gəldikdə də, bu parlament legitim deyil və Azərbaycan xalqının maraqlarını ifadə etmir. Xalqın maraqlarını ifadə edən bir parlamentin yaradılması vacibdir. Amma Azərbaycanda bu məsələlər subyektiv qərarlarla qəbul olunduğundan, seçkinin keçirilib, keçirilməyəciyini bilmək olmaz.
- Sərdar bəy, parlament seçkilərinin yaxın müddətdə keçirilməsi nə qədər inandırıcı görünür?
- Mənə elə gəlir ki, bir il bundan öncə prezident seçkilərində hökumət növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazırlaşırdı. Hansısa bir faktor bu qərarı təxirə saldı. Bu, həm geopolitika ilə bağlı, həm də iqtidarın daxilindəki vəziyyətlə əlaqəli ola bilər. Amma vəziyyət dəyişəcəyi təqdirdə növbədənkənar parlament seçkilərinin keçirilməsi mümkündür.
- Sizin də qatıldığınız Prezident seçkilərində kifayət qədər təkliflər səsləndirdiniz, islahatların aparılmasının vacibliyini diqqətə çatdırdınız. Hökumət rəsmiləri islahatların aparıldığını iddia edir. Siz nə deyirsiniz?
- Azərbaycanda heç bir islahat aparılmır. Faktiki olaraq islahatların aparılması Azərbaycanda çox ciddi siyasi qüvvələrin yerdəyişməsini tələb edir. Əgər bir ölkədə 30 ildə nə gəlirlərin yerdəyişməsi, nə də siyasi yerdəyişmələr olmayıbsa, o ölkədə hansısa bir inkişafdan danışmaq olmur. İslahatlar inkişafa xidmət edir. Əgər inkişaf yoxdursa, deməli, islahat da yoxdur.
- Amma son illər uzun müddətdir nazir işləyən və ətrafında ciddi qrup yarada bilən məmurların “yola salınma” prosesi də başlayıb. Bu barədə nə deyə bilərsiniz?
- Əslində yola salınan nazirlər övladlarını, hətta nəvələrinə qədər öz adamlarını öz yerlərinə qoyublar. Bunların yola salınmasının nə mənası var? Baxırsan ki, 30 ildir özü vəzifədədir, oğlunu, hətta nəvəsini öz yerinə hazırlayıb. Uzun müddət eyni vəzifədə olmaq isə Azərbaycanda korrupsiyanın çiçəklənməsinin başlıca səbəblərindən birinə çevrilib. Uzun müddət vəzifədə qalan, tayfa, ailə prinsipi ilə formalaşan hakimiyyət isə Azərbaycan dövlətinə ciddi zərbə vurur.
- Başqa bir tendensiya da odur ki, son zamanlar siyasi çəkisi az olan, belə demək mümkündürsə, kölgəsi olmayan kadrlar vəzifəyə gətirilir. Bu, bir taktikadır, yoxsa konkret səbəblər var?
- İdarəetmə aşağı olduğundan hətta kölgəsiz adamlar da hakimiyyətə təhlükə törədə bilər. Söhbət yüksək keyfiyyətli idarəetmədən, vətəndaşların dövlət və xalq adına xidmətlərini nəzərə alıb onların hakimiyyətə gətirilməsindən gedir ki, Azərbaycan iqtidarında son 30 ildə belə bir fakt olmayıb. Ona görə də bu məsələlərin heç bir əhəmiyyəti yoxdur.
- Bəs müxalifət düşərgəsində vəziyyət necədir?
- Ataların bir sözü var: Axsaq atın, kor nalbəndi olar. Tərəflərdən biri tərəqqi edəndə, o biri də tərəqqi edir. Biri tənəzzülə uğrayanda, o biri də tənəzzülə uğrayır. Azərbaycan iqtidari kifayət qədər tənəzzülə uğradığından, müxalifəti də tənəzzüldədir.
- Müxalifətin bu tənəzzülündə liderlərdən biri kimi Sizin də payınız varmı?
- Ayrı-ayrı subyektlərin heç bir rolu yoxdur. Ümumi siyasi mühit belədir ki, iqtidar qeyri-siyasidir. İqtidar gərək siyasi ola, biz də siyasi rəqib kimi qarşılarına çıxaq, mübarizədə güclənək. İqtidar qeyri-siyasiləşib, daha çox ailə, tayfa, kriminal prinsiplərlə formalaşıb. Kriminal elementlərə qarşı isə hüquq-mühafizə orqanları mübarizə aparmalıdır. Qeyri-siyasi iqtidarla biz necə mübarizə apara bilərik? Yəni, iqtidarın nə ideologiyası, nə konkret siyasi platforması, nə bir siyasi kadrı var, nə də siyasi bir müstəviyə çıxır ki, onunla siyasi cəhətdən mübarizə aparaq. İqtidar qeyri-siyasi və patrialxal bir sistem olduğuna görə onunla müasir siyasi mübarizə aparmaq mümkün deyil. Ona görə də Azərbaycanda qeyri-siyasi müxalifət qüvvəsi ortaya çıxa bilər. Qeyri-demokratik, qeyri-siyasi müxalifətin meydana çıxmasını mümkün sayıram.
- Kimləri nəzərdə tutursunuz?
- Müəyyən ailələrin hakimiyyət iddiasını nəzərdə tuturam. Məsələn, sabiq nazir Ziya Məmmədov və ətrafının belə bir iddiasının olduğu deyilirdi. Hamı bilirdi ki, o, hakimiyyətə iddialıdır. Belə ailələrin meydana çıxması bununla bağlıdır. Artıq partiyalardan çox iqtidarın daxilində kifayət qədər möhkəmlənmiş, kapitala sahiblənmiş, cinayət yolu ilə özünə bir tayfa yaratmış qüvvələr hakimiyyət iddiasına düşə bilər.
- Müxalifət bunu deməklə kifayətlənməlidirmi? Çıxış yolunu kim göstərməli, kim deməlidir?
- Qətiyyən. Biz bunu deməklə kifayətlənmirik. Biz ardıcıl olaraq xalqla ünsiyyət yaradırıq. Əlimiz çatan televiziyalarda, qəzetlərdə çıxış edirik, kitab yazırıq, məqalə yazırıq. Xalqın özündə də geopoetik bir vəziyyət var. Qlobal səviyyədə də çox təhlükəli proseslər getdiyinə görə bir qədər yersiz aktivlik etməyi məqbul hesab eləmirik. Yəni, həm daxili, həm də xarici səbəblər Azərbaycan müxalifətinin bu gün bir qədər susqun vəziyyətdə durmasını şərtləndirir.
- Belə bir məqamda ölkədəki siyasi qüvvələrin monolitləşməsi vacib deyilmi?
- Azərbaycan müxalifətinin ən böyük günahı onların bir araya gələ bilməməsidir. Demokratik mübarizənin nəticəsi bununla bağlıdır. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Subyektiv səbəb odur ki, bəzi liderlər şəxsi ambisiyalarından çıxış edir, milli və dövlət maraqlarını önə çəkmirlər. Obyektiv səbəbə gəlincə, xalq özü kifayət qədər aktiv deyil ki, siyasi liderləri müəyyən qərarlar qəbul eləsin.
- Sərdar bəy, bu gün dünyanın böyük qüvvələrinin Azərbaycanda görmək istədiyi nədir?
- Hələlik bu gün dünyada gedən qlobal proseslərdə Azərbaycan yoxdur. Əsas Rusiya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı məsələsidir. Həm də bir şeyi bilmək lazımdır ki, müasir dünyada ayrı-ayrı ölkələr yox, regionlar üzrə siyasət aparılır. Amerikanın Qafqaz siyasəti ilə bağlı bunları deyə bilərik ki, Rusiyanın Qafqazla bağlı siyasəti. Super güclər artıq ayrı-ayrı dövlətlər ətrafında yox, regionlar - Asiya üzrə, Afrika üzrə, Yaxın və Uzaq Şərq üzrə siyasət yürüdürlər. Qafqazdakı hadisələrə baxsaq görərik ki, necə ki Rusiya Ermənistanı birtərəfli qaydada özünün platkamı eləyib, Amerika da Gürcüstanı alternativ olaraq özünün platkamı eləməyə cəhd göstərir. Azərbaycan bu prosesdən kənarda qalır. Faktiki olaraq, Qərblə Amerika Gürcüstanda möhkəmlənmək istəyir, Azərbaycana heç bir dəstək vermirlər. Qərbin Azərbaycanda yeganə marağı geopolitik və iqtisadidir. Onları da təmin edir.
- O zaman böyük güclər Azərbaycandakı status-kvonun dəyişməsində maraqlı deyil...
- Bəli. Azərbaycanla bağlı özəl hər hansı bir plan, yaxud niyyət yoxdur.
- İlin əvvəlindən başlayaraq, Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif variantlar işə düşür, vasitəçilər guya yeni bir təkliflə çıxış edirlər, müzakirələr başlayır və il sonunda məlum olur ki, nəticə sıfırdır. Artıq ilin sonuna yaxınlaşırıq, nəsə gözlənilirmi?
- Bu mövqeyimi ifadə eləmişəm, yenə deyim, Qarabağ münaqişəsinin bir həlli yolu var, o da müharibədir. Yerdə qalan heç bir yolla Qarabağ problemi həll olunmayacaq. Yəni Azərbaycan tərəfi beynəlxalq hüququ əsas götürüb öz torpağını silah yolu ilə azad eləməlidir. Danışıqların, ermənilərin, rusların heç bir mənası yoxdur. Bunlar ancaq vaxt itkisidir və Qarabağı Azərbaycandan qoparmağa xidmət edir. Amerikanın, Avropanın müharibə əleyhinə verdikləri bəyanatlar Dağlıq Qarabağın Azəırbaycandan qoparılmasına xidmət göstərir.
Super dövlətlər hər yerdə müharibə aparırlar, bizə də deyirlər ki, müharibə olmasın. Müharibə olmayacaqsa, onda sən niyə başqa regionlarda müharibə aparırsan? Biz ədalətli müharibə aparıb ərazilərimizi qaytaracağıq, bizi qoymurlar. Amma özləri ədalətsiz müharibə aparırlar, özləri də deyirlər ki, müharibə olmaz. Yəni ikili standartlar Dağlıq Qarabağın azad olunmasına imkan vermir. Azərbaycan özü birtərəfli qaydada əlində olan bütün imkanlardan istifadə edərək Dağlıq Qarabağı azad etməlidir.
- Axı, müharibəni etmək üçün beynəlxalq razılaşmaya nail olmaq lazımdır...
- Beynəlxalq hüquq bizim tərəfimizdədir. Beynəlxalq hüququn mahiyyəti ondan ibarətdir ki, işğala məruz qalmış ölkə öz ərazilərini istənilən üsul ilə işğaldan azad etmək hüququna malikdir. Azərbaycanın müharibə aparmaq, öz ərazilərini hərbi yolla azad etmək hüququ var. Bu zaman kim Ermənistanın tərəfini tutacaqsa, deməli, o dövlətlərin də Dağlıq Qarabağın işğalında rolu var. Ya gərək təcili olaraq beynəlxalq hüquq tətbiq oluna, ya gərək BMT gücləri gəlib Qarabağı Ermənistan işğalından azad eləyə, ya da Azərbaycan özü müharibəyə başlamalıdır. Eyni zamanda, strateji müttəfiqləri ilə məsləhətləşib bu müharibəni aparmalıdır.
- Yaxşı, bu addımı atmaq üçün Azərbaycana nə lazımdır ki?
- Bu addımı atmaq üçün Azərbaycana siyasi iradə, Rusiyanın hədə-qorxusundan çəkinməmək və Azərbaycan xalqını mütəşəkkil hala gətirmək lazımdır. Daxildə iqtidar-müxalifət münasibətlərində sivil münasibətlər yaradılmalıdır. Daxildə sabitliyin pozulmayacağı təmin olunduqdan sonra bu müharibəyə başlamaq olar.
Reyting.az
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə