Elmar Məmmədyarov Nyu-Yorkda görüşlərə başlayıb
Tarix: 19-09-2016 09:06 | Bölmə: Siyasət / Xəbərlər

Birləşmiş Ştatların Nyu-York şəhərində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-a üzv ölkələrin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) iclası keçiriləcək.

Reyting.az saytı "Report"a istinadən xəbər verir ki, bu barədəUkrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, görüş BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində xarici işlər nazirləri səviyyəsində keçiriləcək. Nyu-Yorkda, həmçinin GUAM+ formatında görüşlərin keçirilməsi də planlaşdırılır.

BMT Baş Assambleyasının 71-ci sessiyası sentybarın 13-də öz işinə başlayıb. Tədbirdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

 





Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər