Beynəlxalq Avrasiya Mətbuat Fondu erməni təxribatları barədə hesabat hazırlayıb
Tarix: 05-11-2020 15:38 | Bölmə: Siyasət
Beynəlxalq Avrasiya Mətbuat Fondu erməni təxribatları barədə hesabat hazırlayıb

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Vətən Müharibəsi ilə bağlı ikiaylıq hesabat hazırlayıb.

Bu barədə hüquq müdafiəçisi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu məlumat verib.

O bildirib ki, hesabat Ermənistan işğalçı qüvvələrinin Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlıdır.

Hesabatda erməni hərbi birləşmələrinin Azərbaycanın mülki şəxslərinə, strateji obyektlərinə, sosial infrastruktura qarşı təcavüzün nəticələrinə dair qiymətləndirmələr əks olunub.

Sənəd BAMF müşahidә missiyasının üzvlәri - BAMF prezidenti Umud Mirzәyev, vitse-prezident Ramil Әzizov, təşkilatın Amerika təmsilçisi, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys, BAMF-nin BMT-nin Cenevrə ofisində, BMT İnsan Haqları üzrə Komitəsində daimi nümayəndəsi, hüquq elmləri üzrə professor Osman Әl-Həcc tərəfindən hazırlanıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}