Müdafiə Nazirliyi: "Ağdərə yaxınlığında düşmənin hərbi kolonu məhv edilib"
Tarix: 05-11-2020 19:13 | Bölmə: Siyasət
Müdafiə Nazirliyi: "Ağdərə yaxınlığında düşmənin hərbi kolonu məhv edilib"

Azərbaycan Ordusunun bölmələri cəbhənin Ağdərə istiqamətində həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edib.

MN-dən Reyting.az-a verilən xəbərə görə, Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAZ” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını məhv edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}