Hikmət Hacıyev “Sərhədsiz reportyorlar” təşkilatına və ATƏT-ə çağırış edib
Tarix: 05-11-2020 21:46 | Bölmə: Siyasət
Hikmət Hacıyev “Sərhədsiz reportyorlar” təşkilatına və ATƏT-ə çağırış edib

“İtaliyanın La Republica qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır. Erməni lobbisi tərəfindən TF1 və "New York Times" jurnalistləri də fiziki təhdidlərə məruz qoyulmuşdu. Azad media və ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter hesabında yazıb.

Prezidentin köməkçisi daha sonra bildirib: “Biz “Sərhədsiz Reportyorlar”a, ATƏT-in media azadlığı üzrə nümayəndəsinə çağırış edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə və mediaya qarşı fiziki, mənəvi təhdidləri, təhqiramiz şəxsi hücumları qınasınlar. İfadə azadlığına hörmət edilməlidir”




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}