Spiker: "Tezliklə Azərbaycan bayrağı Şuşada, Laçında, Xankəndidə dalğalanacaq"
Tarix: 06-11-2020 11:49 | Bölmə: Siyasət
Spiker: "Tezliklə Azərbaycan bayrağı Şuşada, Laçında, Xankəndidə dalğalanacaq"

“Erməni şovinistləri öz havadarları ilə birlikdə bir əsrdən çoxdur ki, xalqımıza qarşı apardığı informasiya müharibəsində də sarsıdıcı zərbələr alır”.

Reyting.az xəbər veirr ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını söyləyən möhtərəm prezidentimiz hər kəsə nümunə göstərir: “Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr informasiya savaşında ermənilərə ən böyük zərbədir. Mən əminəm ki, Azərbaycan Ordusunun zəfər yürüşünün başa çatacağı gün uzaqda deyil. Tezliklə Azərbaycan bayrağı Qarabağın incisi olan Şuşada, Laçında, Xankəndidə dalğalanacaq. Prezidentin də dediyi kimi biz haqq mübarizəsindəyik və zəfər çalacağıq. Qarabağ Azərbaycandır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}