İran ordusunun zirehli hissələri Azərbaycan və Ermənistanla sərhəd zolağında yerləşdirilib
Tarix: 06-11-2020 14:45 | Bölmə: Siyasət
İran ordusunun zirehli hissələri Azərbaycan və Ermənistanla sərhəd zolağında yerləşdirilib

İran ordusunun şimal-qərb bölgəsindəki bazasının zirehli hissələri Azərbaycan Respublikası və Ermənistanla sərhəd zolağında yerləşdirilib.

Reyting.az
İRNA-ya istinadla xəbər verir ki, bunu briqada generalı Əli Hacilu bildirib.

General vurğulayıb: “İslam Respublikası ordusu, Konstitusiyaya uyğun olaraq, İslam vətəninin sərhədlərini düşmənlər tərəfindən mümkün müdaxilələrə qarşı müdafiə etməyə borcludur. Əlbəttə, sərhəd sakinlərinin gündəlik təhlükəsizliyi və rahatlığı da bizim üçün ən vacib məsələdir”.

O əlavə edib: “Ölkənin şimalındakı iki qonşu ölkə, yəni Azərbaycan və Ermənistan arasındakı son gərginliyi nəzərə alaraq, ölkənin şimal-qərb bölgəsindəki ordunun quru qüvvələri hər hansı bir təhdidin qarşısını almaq üçün məsuliyyət daşıyır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}