Ordumuz Ağdam istiqamətində düşmənə ağır zərbə vurub - Ermənilər geri çəkilib
Tarix: 07-11-2020 18:23 | Bölmə: Siyasət
Ordumuz Ağdam istiqamətində düşmənə ağır zərbə vurub - Ermənilər geri çəkilib

Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi ziyan vurulub.

Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, bu istiqamətindəki 37-ci atıcı diviziyanın 4-cü motoatıcı alayının müdafiə sahəsindəki minaatan batareyasına endirilən artilleriya zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib: "Alayın gücləndirilməsi məqsədilə buraya gətirilən və içərisində könüllülər olan avtobus qəzaya uğrayıb. Nəticədə 30 nəfərədək ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin xəsarət aldığı məlum olub.

62-ci artilleriya briqadasının 4-cü reaktiv divizionunun atəşə tutulması nəticəsində 1 BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb, şəxsi heyət arasında ölən və yaralanan var".




Bölməyə aid digər xəbərlər