Separatçı rejim: "Azərbaycan Ordusu Xankəndinin ətrafındadır, hər şeyi itiririk"
Tarix: 09-11-2020 19:15 | Bölmə: Siyasət
Separatçı rejim: "Azərbaycan Ordusu Xankəndinin ətrafındadır, hər şeyi itiririk"

“Cəsarətverici təbliğat tezisləri bizə reallıq hissini itirməkdən başqa heç nə vermir. Bəli, biz Şuşanı itirdik. Azərbaycan Silahlı Qüvvələri indi Xankəndinin yaxınlığındadır”.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Qarabağdakı cinayətkar rejimin “sözçüsü” Vaqram Poqosyan sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, uğursuzluq zəncirində çabalayırlar: "Artıq Şuşa şəhərinin tamamilə nəzarətimizdən çıxdığını etiraf etməliyik və bu barədə bütün cəzarət və ümidləndirici təbliğat tezisləri bizə reallıq hissini itirməkdən başqa heç nə vermir. Azərbaycan Ordusu artıq Xankəndinin ətrafındadır".

O daha sonra qeyd edib ki, yalan qələbə çağırışları və “Facebook”dakı şayiələr addım-addım hər şeyin itirilməsinə gətirib çıxaracaq.




Bölməyə aid digər xəbərlər