Azərbaycan helikopterin vurulmasına görə Rusiyadan üzr istəyib
Tarix: 09-11-2020 21:45 | Bölmə: Siyasət
Azərbaycan helikopterin vurulmasına görə Rusiyadan üzr istəyib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Rusiya Federasiyası Müdafiə Nazirliyindən əldə etdiyi məlumata görə, bu ilin 9 noyabr tarixində saat 18:30-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasının “Mi-24” hərbi helikopteri vurulub.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Azərbaycan tərəfi təsadüfi xarakter daşıyan və Rusiyaya qarşı yönəlməyən bu faciəli hadisə ilə əlaqədar Rusiya tərəfindən üzr istəyib.

Azərbaycan tərəfi həlak olan ekipaj üzvlərinin ailələrinə səmimi qəlbdən başsağlığı verir və xəsarət alanların tezliklə sağalmalarını arzulayır.

Azərbaycan müvafiq kompensasiya ödəməyə hazır olduğunu bəyan edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}