DTX-nın Şuşa şəhər idarəsi təsis edilib, işğaldan azad olunan ərazilərdə yerli şöbələr xidmətə başlayıblar
Tarix: 12-11-2020 14:17 | Bölmə: Siyasət
DTX-nın Şuşa şəhər idarəsi təsis edilib, işğaldan azad olunan ərazilərdə yerli şöbələr  xidmətə başlayıblar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb.

DTX-nın İctimai əlaqələr şöbəsindən bildirilib ki, Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilib və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq.



Reyting.az




Bölməyə aid digər xəbərlər