XİN Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı məlumat yayıb
Tarix: 12-11-2020 15:47 | Bölmə: Siyasət
XİN Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı məlumat yayıb

10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri, Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış birgə bəyanatdan irəli gələrək, Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı bu ilin 11 noyabr tarixində Memorandumun imzalanmasını alqışlayırıq.

Bu barədə Reyting.az-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumata görə, Azərbaycan ərazisində yerləşəcək, atəşkəs rejiminə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarəti həyata keçirəcək Birgə Mərkəzin işinin təşkili ilə əlaqədar ən qısa zamanda Birgə İşçi Qrupun fəaliyyətə başlayacağı məmnunluqla qeyd edilib: "Birgə Mərkəzin fəaliyyətinin atəşkəs rejiminə nəzarətin səmərəliliyinin artırılmasına və beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyinə inanırıq”.




Bölməyə aid digər xəbərlər